Əməliyyatlardan görüntülər

Nalabənzər böyrəyin nəhəng törəməsi

Nalabənzər böyrəyin nəhəng törəməsi

21.02.2018

Xəstə H.M. 40 yaşında “Nalabənzər böyrəyin nəhəng törəməsi” diaqnozu ilə ATU Tədris Cərrahiyyə Klinikasının urologiya şöbəsinə qəbul olunmuşdur. Xəstə klinikada müayinədən keçmişdir. Abdominal KT+KT kiçik çanaq Peroral+v/d kontrast ilə aparılmışdır-Nəticə: Nalvari böyrək. Böyrəklərin aşağı qütbləri ilə birləşməsi. Sol payın iri ölçülü (15x10 sm) olan heterogen patoloji tumoru aşkarlanmışdır. Bu patologiya çox nadir hallarda 2% xəstələrdə rast gəlinir. 15.02.18 tarixində xəstəyə AMEA-nın müxbir üzvü professor S.B.İmamverdiyev, professor Ə.A.Bağışov, Süleymanov A.F., rezident Hüseynov İ. tərəfindən Sol tərəfli heminefrektomiya əməliyyatı uğurla icra olunmuşdur. Bu əməliyyat klinikamızın praktikasında ilk dəfədir ki, icra olunurdu. Hal hazırda xəstənin ümumi vəziyyəti kafidir.#atutck
Dr.Azad Süleymanov.

Nalabənzər böyrəyin nəhəng törəməsi
Nalabənzər böyrəyin nəhəng törəməsi
Nalabənzər böyrəyin nəhəng törəməsi
Nalabənzər böyrəyin nəhəng törəməsi