Əməliyyatlardan görüntülər

Atrofik çənələr üçün təsirli həll yolu bikortikal implantlar.

Atrofik çənələr üçün təsirli həll yolu bikortikal implantlar.

10.11.2018

Uzun müddət əvvəl dişlərini itirmiş insanların çənələrində atrofiya (sümük həcminin itirilməsi) hadisəsi baş verir. Bu zaman xəstə və həkim bu problemin həlli üçün çətinliyə düşürlər. Belə hallarda əsasən bədənin digər nahiyələrindən sümük blokadaları istifadə olunaraq etaplı bir şəkildə cərrahi əməliyyatlar edilir. Bu isə həm çox vaxt, həm çox əziyyət, həm də çox vəsait tələb edən bir prosesdir. Bu isə pasiyentləri həvəsdən salan amillərdəndir.
Artıq pasiyentləri və həkimləri belə hallara məruz qoymayan asan və digər üsullardan daha sərfəli, əziyyətsiz olan bikortikal bazal implantlar vasitəsilə istənilən növ əng və çənə atrofiyası zamanı bikortikal implantasiya əməliyyatı aparılıb, 3 gün ərzində protezlənmədə yaxşı nəticələr almaq olur.
Nəzərinizə son bir pasiyentimizin müalicə prosesini göstəririk.Pasiyentimizə çənə və əng nahiyəsində adi implantlar qoyulmuşdur və nəticə olaraq isə əng nahiyəsindəki implantlar düşmüşdür.
Göründüyü kimi əng nahiyəsində ön və arxa bölgələrdə sümük atrofiyası prosesi hadisəsi baş vermişdir. Ön hissədəki blok sümüklərlə, arxa hissədəki sinus liftinq somatik vəziyyəti ilə etaplı bir şəkildə əməliyyat edilməlidir. Lakin xəstənin yaş həddi və nevroloji vəziyyəti bu əməliyyatı etməyə imkan vermir. Pasiyent tez zamanda dişlərinin yaxşı vəziyyətə gəlməsinin istədiyinə görə əməliyyat edilir. 

DrFərman Həsənov Tibb Elmləri üzrə Fəlsəfə Doktoru, Agız və Üz-Cənə Cərrahı #atutck #cerrahiyye #atu #azerbaijan #implant @ ATU Tədris Cərrahiyyə Klinikası
Atrofik çənələr üçün təsirli həll yolu bikortikal implantlar.
Atrofik çənələr üçün təsirli həll yolu bikortikal implantlar.