Məhəmməd Davudov-Vaqal Xemodektoma (paraqanglioma)
01.04.2017
Xəstə Əhlimanova G.,50 yaşında boynun sol yuxarı 1/3 nahiyəsində zəif pulsasiya edən şişkinlik şikayətləri ilə klinikamıza müraciət etmişdir.Xəstə mövcud patologiyanı təxminən 6-8 aydır hiss etmişdir.Xəstə kliniki müayinə olunduqdan sonra KT angiografiya müayinəsinin aparılması məsləhət olundu. Aparılmış KT angiografiya müayinəsinə əsasən ümumi yuxu arteriyasının bifurkasiyasında yerləşən, xarici və daxili yuxu arteriyaları ilə sıx əlaqədə olan törəmə aşkar edildi. Xəstə klinik laborator müayinələrdən keçdikdən sonra əməliyyata hazırlandı. Əməliyyat zamanı ümumi yuxu arteriyasının bifurkasiyasında yerləşən və n.vagus ( azan sinir) ilə sıx birləşən vagal xemodektoma aşkar edildi. Törəmə ümumi yuxu arteriyasının bifurkasiyasından, xarici və daxili yuxu arteriyalarından diseksiya edildi,azan sinirin şvann qişasından ayrılaraq çıxarıldı.Əməliyyat daxili görüntü vaqal paraqanqliomanı təsdiq etdi.
Operator t.ü.f.d. Davudov M.M.
Assistentlər: rez. Quliyev Ş.
rez. İrannejad F.
Anestezioloq: Abbasov M.