Əməliyyatlar

Uroloji əməliyyatlardan canlı yayım və əməliyyat operatoru ilə bilik mübadiləsi

19.06.2015

Dünyanin bir çox ölkəsində kurs verən TürkÜrolap qrupu laparoskopik urologiya sahəsində 8-9 Iyun  2015 tarixində növbəti “32-ci Beynəlxalq tətbiqi  laparoskopik urologiya” kursunu Azərbaycan Tibb Universitetinin urologiya kafedrasi ilə birlikdə həyata keçirmiş və burada teorik və praktik  laparoskopik verdişlər tədris edilmişdi. Bunun da  davamı olaraq Ankara LIV Hospital Azərbaycan tibb universitetinin Tədris Cərrahiyyə klinikası ilə  birgə aparılacaq unikal uroloji əməliyyatlardan canlı yayım və əməliyyat operatoru ilə bilik  mübadiləsi aparılmasını təşkil edir.Robotik ve Laparoskopik əməliyyatlarin canlı yayımi urologiyanın bu sahəsində bilik əldə etməyə  və sürətli inkişafa təkan verəcəkdir. Qeyd edək ki, artıq dünən “Robotik Radikal Prostatektomiya”  əməliyyatı Prof. Dr. Lütfi Tunçun rəhbərliyi  altında icra edilərək bir cox uroloq ve resident  terefinden canlı izlənildi. Tibb universiteti  hekimlerin bilik ve bacarigini artirmaq ucun bir  cox yeniliye imza atir.