Həkimlərin TV çıxışları

Selektiv abortlar

18.01.2019

Müasir dünyada ən aktual problemlərdən biri abortlardır. Dünyanın ayrı-ayrı ölkələrində aborta münasibət müxtəlifdir. Bir qrup insanlar buna ailənin öz şəxsi qərarı olaraq hörmətlə yanaşdıqlarını bildirirlər. Digər qisim insanlar abortu tibbi və psixoloji cəhətdən zərərli olduğunu bildirirlər. 
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinin müdiri, ginekoloq Turab Canbaxışov deyir ki, selektiv abortların tamamilə aradan qaldırılması o qədər də düzgün deyil. Abortun ləğvi həm də qeyri-qanuni, kriminal abortlara gətirib çıxara bilər. Selektiv abortlar arzuolunmaz hamiləlik, dölün inkişafında müəyyən qüsurların olması, ailə problemləri, sağlamlıqla bağlı problemlər və s. səbəblərdən də gerçəkləşdirilə bilir. #atutck #selektivabortlar #turabcanbaxışov #reportaz #cemiyyet