Həkimlərin TV çıxışları

Burnunu plastik əməliyyat etdirən qadınların sayı kəskin artıb

07.02.2019

Son illər ölkəmizdə rinoplastika əməliyyatı etdirən qadınların sayı kəskin artıb. ATU Tədris Cərrahiyyə Klinikasının Lor şöbəsinin müdiri Murad Şıxəliyev bildirir ki, burun tənəffüsü problemi ilə müraciət edən qadınların əksəriyyəti əməliyyat zamanı həm də burunun xarici görünüşünün dəyişdirilməsini yəni rinoplastikanı arzulayır. Həkim bunun səbəbini müasir qadınların xarici görünüşlərinə önəm verməsi və rinoplastika sahəsindəki mütəxəssislərin sayının artması ilə əlaqələndirir.