Xəstənin qəbulu və qeydiyyatı aşağıdakı qaydada aparılır:
- Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına (ATU TCK) müraciət edən xəstə həkim müayinəsindən keçdikdən sonra, həkim tərəfindən xəstənin əməliyyat olunmasına, stasionar və yaxud reanimasiya şəraitində yatırdılmasına qərar verilir.
- Xəstə, həkim tərəfindən “Qəbul Şöbəsinə Göndəriş” kağızı ilə Qəbul şöbəsinə (Xəstə Xidmətlərinin Yatan Xəstə hissəsinə) göndərilir.
- Qəbul şöbəsinə ( Yatan Xəstə hissəsinə) müraciət edən xəstə, Xəstə Məsləhətçisi tərəfindən xəstə qəbulu və xəstə yatış qaydaları ilə tanış edilir.
- Xəstə tam məlumatlandırıldıqdan və əməliyyata və yaxud yatışa razılıq verdikdən sonra, xəstənin yatışı ilə əlaqədar işlər başladılır.
- Xəstəyə, "Enerjim Yazılım" xəstəxana proqramında Xəstə Müayinə Kartı və Yatan Xəstə Kartı açılaraq yatış müddəti ərzində göstərilimiş bütün tibbi xidmətlər və istifadə edilmiş dərman və tibbi sərflər xəstə müayinə kartına daxil edilir.
- Xəstəyə, əməliyyatdan və yatırdılmamışdan əvvəl “XəstəYatışForması” və “Tibbi Xidmətlərin Göstərilməsinə Dair Müqavilə” imzaladıllır.
- Müqavilə və forma imzaladıldıqdan sonra “XəstəlikTarixi” və ya “ Ambulator kart” açılır vəxəstə tibbi xidmətlərin göstərilməsi üçün uyğun bölməyə göndərilir.