Təcİlİ Tİbbİ Yardım

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ambulans və Təcili Tibbi Yardım Xidməti  7 gün 24 saat ərzində əhalinin sağlamlığının keşiyindədir. Klinikanın yüksək ixtisasa malik təcrübəli və peşəkar tibbi heyəti Azərbaycanın istənilən nöqtəsindən müraciət edən hər bir xəstələrə fasiləsiz və operativ olaraq təcili tibbi yardım xidməti göstərir. Ambulans və təcili yardım otaqları hər növ təcili və təxirəsalınmaz müdaxilələr üçün ən müasir tibbi cihaz və avadanlıqlarla təchiz edilmişdir.

    Xidmətlərimiz:

  • Evə çağırış xidməti:Xəstəyə tibbi yardım,xəstənin vəziyyətinin qiymətləndirilməsi,hospitalizasiyası.
  • Transport  xidməti:Travmalar,müxtəlif növ zəhərlənmələr,klinikaya çatdırılma,klinikadan klinikaya,klinikadan mənzilə çatdırılma və s.Transport xidməti tam reanimasion briqada tərəfindən həyata keçirilir.
  • Klinikanın təcili tibbi yardım şöbəsinə müraciət edən xəstələrə həftənin 7 günü 24 saat ilkin tibbi və cərrahi yardım-yaraların birincili işlənməsi,tikişlərin qoyulması,sarğılar,sınıqların immobilizasiyası,gipslərin qoyulması,kiçik və orta əməliyyatlar və s. xidmətlər göstərilir.