Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının (ATUTCK) Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsində əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərilir və 7 gün 24 saat ərzində Sizin xidmətinizdədir. Şöbə müasir narkoz-tənəffüs aparatları, süni tənəffüs aparatı, defibrillyator, monitor kompleksləri və avadanlıqlarla təchiz olunmuşdur. Xəstəxananın Reanimasiya bölməsində müasir tibbi avadanlıqlarla təchiz edilmiş 23 çarpayıdan ibarət reanimasiya zalı, 3 çarpayılı infeksion xəstəliklər üçün, 3 çarpayılı qadin və 3 çarpayılı kişilər üçün, 4 çarpayılı anesteziya, 3çarpayılı dializ və 1 VİP palatalar, həmçinin 2 izolyasiya otaqları fəaliyyət göstərir. Bütün yataqlar monitor, süni ventilyasiya cihazı, mərkəzləşdirilmiş qaz və vakuum sistemləri ilə təchiz olunub. Reanimasiya şöbəsində həmçinin 2 dializ aparatı, ultrasəs müayinə aparatı, hərəki rentgen aparatı, bronxoskop və digər yardımçı cihaz və alətlər var. Bütün reanimasion otaq və palatalar monitor, kondisioner, telefon, süni ventilyasiya cihazı, xəstə çağırış siqnalı, mərkəzləşdirilmiş qaz və vakuum sistemləri ilə təchiz olunub. Belə ki, bütün müalicə müddətində xəstənin ürək-damar sisteminin fəaliyyəti (arterial təzyiq, nəbz) və tənəffüs sisteminin fəaliyyəti (qanın oksigenlə təchizatı) daimi nəzarətdə saxlanılır. Bütün xəstələrin əməliyyatları, tibbi təqibləri, baxımları 24 saat müddətində təcrübəli həkim və tibb bacıları tərəfindən nəzarət altında olur. Yatan xəstələrə xüsusi tibb personalları tərəfindən yüksək səviyyədə tibbi xidmət göstərilir, həkim dietoloqun nəzarəti altında səhər, günorta, axşam yeməkləri verilir, xəstə evə buraxılanadək yüksək təcrübəli həkimlərin təqibində olurlar. Şöbədə yüksək ixtisaslı, Professor, Tibb elmlər Namizədi və Fəlsəfə doktorları, təcrübəli peşəkar həkim-mütəxəssis, həmçinin daxildə və xaricdə təhsil alıb, dünyanın aparıcı klinikalarında işləmiş və ya təkmilləşmə kursları keçmiş yüksək səviyyəli həkim kollektivi çalışır.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Əməliyyat bloku dünyada qəbul olunmuş standartlar və protokollar əsasında bütün müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunmaqla, 18 əməliyyat otağını özündə birləşdirir. Klinikada demək olar ki, bütün növ cərrahi əməliyyatlar uğurla həyata keçirilir – uşaq cərrahiyyəsi, ümumi cərrahiyyə, orqan köçürülməsi, uroloji, kardioloji, nefroloji, üz-çənə cərrahiyyəsi, baş-boyun cərrahiyyəsi, ginekoloji əməliyyatlar, burun-qulaq-boğaz, neyrocərrahiyyə, travmatologiya və ortopediya və s. əməliyyatlar. Xəstəxanada icra olunan bütün əməliyyatlar zamanı keçirilən anestezioloji xidmətlər beynəlxalq standartlara cavab verir.