Cərrahiyyə

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının (ATUTCK) umumi cərrahiyyə şöbəsi 7 gün 24 saat ərzində Sizin xidmətinizdədir. Klinikaının Əməliyyat bloku dünyada qəbul olunmuş standartlar və protokollar əsasında bütün müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunmaqla, 18 əməliyyat otağını özündə birləşdirir. Klinikada demək olar ki, bütün növ cərrahi əməliyyatlar uğurla həyata keçirilir – uşaq cərrahiyyəsi, ümumi cərrahiyyə, uroloji, kardioloji, nefroloji, ginekoloji, torokal, kardio-torokal, proktoloji (mədə-bağırsaq cərrahiyyəsi), yırtıqların açıq və laparoskopik cərrahi müalicəsi, endokrinoloji, metobolok cərrahiyyə, şəkərli diabet cərrahiyyəsi, damar, abdominal, laporoskopik, orqan köçürülməsi (transplantololi), burun-qulaq-boğaz, plastik (rekonstruktiv və estetik plastik), köklük və piylənmənin müalicəsi, üz-çənə cərrahiyyəsi, baş-boyun cərrahiyyəsi,neyrocərrahi, travmatologiya və ortopediya və s. əməliyyatlar. Xəstəxanada icra olunan bütün əməliyyatlar zamanı keçirilən anestezioloji xidmətlər beynəlxalq standartlara cavab verir. Şöbəmizdə bütün palatalar monitor, kondisioner, telefon, süni ventilyasiya cihazı, xəstə çağırış siqnalı, mərkəzləşdirilmiş qaz və vakuum sistemləri ilə təchiz olunub. Belə ki, bütün müalicə müddətində xəstənin ürək-damar sisteminin fəaliyyəti (arterial təzyiq,nəbz) və tənəffüs sisteminin fəaliyyəti (qanın oksigenlə tachizatı) daimi nəzarətdə saxlanılır.Bütün xəstələrin əməliyyatları,tibbi təqibləri, baxımları 24 saat müddətində təcrübəli həkim və tibb bacıları tərəfindən nəzarət altında olur. Yatan xəstələrə xüsusi tibb personalları tərəfindən yüksək səviyyədə tibbi xidmət göstərilir, həkim dietoloqun nəzarəti altında səhər, günorta, axşam yeməkləri verilir, xəstə evə buraxılanadək yüksək təcrübəli həkimlərin təqibində olurlar.

Ümumi cərrahiyyə şöbəsində qarın boşluğu orqanlarında laparoskopik və açıq üsullarla ən mürəkkəb əməliyyatlar icra olunur. Bundan əlavə bütün endokrinoloji və ginekoloji əməliyyatlar geniş diapazonda mükəmməl icra olunur. Bizim cərrahiyyə keyfiyyəti, həcmi, sürəti, kosmetikliyi və daha az invazivliyi ilə seçilir. Şöbəmizdə adətən digər ölkə və bölgələrdə uğursuz operasiya olunmuş xəstələr şəfa tapır. Yəni biz ölkədə son ümid yeri olaraq qalırıq və onun öhdəsindən müvəffəqiyyətlə gəlirik. Şöbəmizdə qida borusu əməliyyatları, öd yollarinda rekonstruktiv əməliyyatlar müvəffəqiyyətlə icra olunur. Bundan əlavə proktoloji əməlyyatlar daha effektiv müalicə edirik. Şöbəyə Prof. Dr. Mubariz Əliyev rəhbərlik edir.
ATU TCK-nın cərrahiyyə şöbəsi ən müasir texniki tibbi avadanlıqlarla təchiz olunması, yüksək standartlara cavab verən əməliyyat blokunun olması, Akademiklər, Professorlar, Tibb Elmlər Namizədi və fəsəfə doktorlari, Avropanın bir sıra aparıcı klinikalarında təcrübə keçən cərrahlar, əməliyyat zamanı ultrasəs və rentgen müayinəsinin ən müasir cihazlar vasitəsi ilə aparılması, əməliyyatların video məlumatların saxlanması və arxivləşdirilməsi bizim üstünlüklərimizdən biridir.
Bu gün orqan və ya toxumaların transplantasiyası (orqan köçürülməsi) bir çox xroniki orqan xəstəliklərin etibarlı və əvəzsiz bir müalicə üsuludur.Klinikamızda məhz qaraciyər transplantasiyası, böyrək transplantasiyası, qaraciyər (öd yolları, mədə-bağırsaq sistemin bütün cərrahi əməliyyatları, mədəaltı vəzi cərrahiyyəsi) laparoskopik cərrahi əməliyyatlar, kişi və qadın proktoloji əməliyyatları yüksək ixtisaslaşmış həkim-mütəxəssislər tərəfindən uğurla icra olunur.