Mama-ginekologiya

ATU Tədris-Cərrahiyyə Klinikası

II-ci Mama-Ginekologiya şöbəsi
 

Poliklinika xidmətləri:

Bu bölmə ginekoloji xəstəliklər və doğum ilə bağlı şikayətlərlə daxil olan xəstələrə müayinə və ambulator müalicə xidməti göstərən şöbədir.

Qadın xəstəlikləri ( ginekoloji ) poliklinikası: qadın xəstəlikləri ilə bağlı bütün mövzularda xəstə qəbul edən poliklinikamız həftənin 6 günü xidmət göstərir.

Konsultasiyaya öncədən yazılmaq mümkündür. Konsultasiyaya (012) 440 – 01 – 26; (051) 403 – 30 – 06 nömrəli telefonlara zəng edərək və ya xəstəxanaya gələrək yazıla bilərsiniz.

Poliklinikamıza daxil olan xətələrin bir gün ərzində həm müayinə, həm də müalicə alma imkanları vardır. Poliklinikamızda ambulator olaraq, diaqnoz qoymaq və müalicə olunmaq üçün, lazım gələrsə USM, krioterapiya, koterizasiya, kolposkopik müayinə üsulları istifadə olunur. Xəstələr lazım gələrsə, müayinə və müalicələrini davam etdirmək üçün digər xəstəxanalara  da yönəldilir.

Poliklinika şöbəsi hamiləlik diaqnozu qoyulduqdan sonra doğuma qədərki müddət ərzində daxil olan xəstələrin qəbul edildiyi şöbədir. Poliklinikamızda sonrakı kontrol müayinələr üçün istifadə edilən USM, non – stress test ( NST və ya KTQ ) kimi müayinələr rutin müayinəyə daxil olduğuna görə bu müayinələr üçün ayrıca müraciət etməyə ehtiyac qalmır.

Down sindromunun aşkar edilməsi üçün istifadə edilən ikili test ( 11 – 14 – cü həftələr ), üçlü və dördlü skrininq testləri ( 15 – 20 – ci həftələr ) hamiləliyin müşahidəsi zamanı icra edilir. Bu müayinələrin nəticəsinə əsasən Down sindromu baxımından yüksək risk daşıyan hamilələrə hamiləliyin 16 – 18 – ci həftələrində amniosentez ( dölyanı mayenin alınması ) aparılır. Poliklinikamızda Bakı və ərtaf bölgələrdəki həkimlər tərəfindən riskli heab edilən xəstələrə də lazımi müayinələr aparıldıqdan sonra amniosentez edilməklə müvafiq məsləhətlər verilir. Down sindromu və digər xromosom anomaliyalarının daha erkən aşkar olunması üçün risk daşıyan hamilələrə xorion xovlarının biopsiyası ( 11 – 14 – cü həftələr ) da aparılır. Poliklinikamızda amniosentez üçün uyğun həftədən daha gec ( 19 həftədən gec ) gəlmiş və Down sindromu, eləcə də digər xromosom xəstəlikləri baxımından yüksək risk daşıyan hamilələrə daha qısa zaman ərzində diaqnoz qoymağa imkan verən kordosentez ( dölün göbək ciyəsindən qan nümunəsinin alınması ) müayinəsi də aparılır. Bu xidmətlərdən başqa, şöbəmiz hamiləlik zamanı qarşıya çıxa biləcək bir çox riskli halların diaqnostikası, hamiləliyin təqibi və müalicəsində Bakı və ətraf bölgələrdə çalışan həkimlərə kömək edəcək mərkəz olaraq xidmət göstərir. Bu xidmətlərə riskli hamiləliklərin Dopplerli ultrasəs yardımı ilə qiymətləndirilməsi, fetal anomaliyaların diaqnostikası və müşahidələrinin aparılması, lazım gəldikdə ultrasəs müayinəsinin nəzarəti altında müxtəlif diaqnostik və müalicə məqsədli manipulasiyaların həyata keçirilməsi                        ( amnioinfuziya, fetal parasentez, fetal torakosentez, uşaqlıqdaxili qan transfuziyası və s. ) daxildir.

Menopauza diaqnozu qoyulmuş xəstələrin qəbul olunduğu poliklinikamızda lazım gələrsə, xəstələrə endometrial biopsiya və Pap – smear testləri eyni gün içərisində həyata keçirilir. Müayinələrdən sonra menopauza müalicəsi başlanan xəstələrin 6 ay fasilə ilə kontrol müayinələri də poliklinikada aparılır.

Qadınların endokrinoloji problemləri ( reproduktiv endokrinologiya ), hormonal disbalans səbəbli şikayətləri ( tüklənmə, aybaşı pozğunluğu və s. ), ailə planlaması məsələləri ilə bağlı lazımi məsləhətlərin verilməsi də poliklinikamızda həyata keçirilir.

Stasionar xidmətləri:

Qadın xəstəlikləri və doğuşla bağlı məsələlərdə 24 saat müalicə tələb edən xəstələrin olduğu stasionar bölməmiz 33 çarpayılıdır. Bu palatalardan biri tək çarpayılıq ( VİP ), biri 3 çarpayılıq, biri 4 çarpayılıq, digərləri isə 2 çarpayılıq olaraq bölünmüşdür.

Doğuş xidmətləri:

Doğuş blokumuzda doğuş üçün yatırılan hamilələr müşahidə edilir. 3 ədəd bir nəfərlik özəl doğuş zallarında hamilələr doğuş üçün yatırıldıqları andan etibarən həm ana, həm də döl baxımından tam monitor nəzarəti altında olurlar. Xəstənin istəyi ilə həyat yoldaşı və ya bir yaxınının da doğuşda iştirak etməsi mümkündür. Doğuş əsnasında ana və döldə yarana biləcək hər bir problem vaxtında müəyyən edilərək lazımi tədbirlər görülməklə aradan qaldırılır. Doğuş zalımıza yatırılan xəstələrin doğuşda ağrı hiss etmələrinin qarşısını almaq məqsədilə lokal anesteziya edilə bilər ( arzu edən bütün xəstələrimizə təcrübəli aneztezioloqlar tərəfindən epidural anesteziya aparılır ). Bu məsələ ilə bağlı məlumat verildikdən sonra istəməyən xəstələrə epidural anesteziya aparılmır. Normal doğuşdan sonrakı xəstələrimiz ən az 24 saat ərzində xəstəxanada müşahidə altında saxlandıqdan sonra evə yazılır. Qeysəriyyə kəsiyi əməliyyatı keçirən xəstələr orta hesabla 2 – 4 gün  klinikada qalır. Qeysəriyyə kəsiyi əməliyyatı da, anestezioloq və reanimatoloqlar tərəfindən uyğun görülərsə, lokal ( epidural və ya spinal ) anesteziya ilə aparılır.

Əməliyyatxana xidmətləri:

Əməliyyatxanamızda təcrübəli həkimlər tərəfindən bütün ginekoloji əməliyyatlar aparılır. Bura hər cür kiçik müdaxilələrdən tutmuş, total laporoskopik histerektomiya, laporoskopik miomektomiya və total vaginal histerektomiya əməliyyatına qədər bütün əməliyyatlar daxildir. Əlavə olaraq, uroginekoloji ( sidik saxlamazlıq ) əməliyyatları da aparılır.

Mütəxəssislərimiz:

  1. Kafedra müdiri. Professor. Dr.Bağırova Hicran
  2. Tibb elmləri doktoru, Professor Dr. İslam Mahalov
  3. Professor. Dr. Şəmsədinskaya Naziyyə
  4. Şöbə müdiri. Uzman Dr. Turab Canbaxışov
  5. Dosent. Dr. Şirinova Tamilla
  6. Dosent. Dr. İsmayılova Şölə
  7. Dosent. Dr. Bağırova Səfa
  8. Dosent. Dr. Qasımova Kamilə
  9. Dosent. Dr. Tağıyeva İradə
  10. Dosent. Dr. Əliyeva Sevinc
  11. Assisten. Dr.Hüseynova Yaqut
  12. Dosent. Dr. Əliyeva Pərvanə
  13. Assisten. Dr.Qədimova Şəymən
  14. Assisten. Dr. Əsgərova Şəhla
  15. Assisten. Dr.Sarıyeva Ellada
  16. Assisten. Dr. Cavadova Gültəkin
  17. Assisten. Dr. Şəmsədinskaya Nərgiz
  18. Assisten. Dr. Tağıyeva Fəxriyyə
  19. Assisten. Dr.Həsənova Raziyyə
  20. Assisten. Dr.Rzayeva Aytən
  21. Assisten. Dr. Babayeva Səbinə
  22. Assisten. Dr. Hüseynova Zərifə
  23. Assisten. Dr. Siraclı Ülviyyə
  24. Assisten. Dr. Müslümova Sevda
  25. Assisten. Dr. Seydəliyeva Sevinc
  26. Assistent. t.ü.f.d. İsmayılova Arzu
  27. Baş laborant. Dr.Kərimova İlhamə
  28. Baş laborant. Dr.Alcanova Mələk
  29. Baş laborant. Dr.Qasımova Günay
  30. Baş laborant. Dr.Məmmədova Nüşabə
  31. Baş laborant. Dr.Mehdiyeva Dilarə
  32. Baş laborant. Dr.Əmiraslanova Nərgiz
  33. Baş laborant. Dr. Həmidova Nuranə
  34. Baş laborant. Dr.Bağırova Leyla
  35. Baş laborant. Dr. Əzizova Məhbubə
  36. Baş laborant. Dr.Hacızadə Qubaxanım
  37. Baş laborant. Dr. Babayeva Gülnar

Mama-ginekologiya şöbəsində  aşağıdakı tibbi xidmətlər göstərilir:

Ümumi xidmətlər:

  1. Yerli dərman təyini
  2. Abort
  3. Bartolin vəzi absesinin açılması
  4. Diaqnostik qaşıntı
  5. Douqlas(arxa tağ) punksiyası
  6. Düşükdən sonra qalıqların çıxarılması
  7. Endometrial biopsiya (novak ilə)
  8. Endometrial küretaj
  9. Endoservikal küretaj
  10. Follikulometriya (transvaginal)
  11. Hamiləliyin USM ilə təyini
  12. İpi uşaqlıq içinə qaçmış spiralın çıxarılması
  13. Karman aspirasiyası
  14. Kollum biopsiyası
  15. Kolposkopiya
  16. Kolposkopiya + biopsiya
  17. Krioterapiya
  18. Kültürün alınması
  19. Obstetrik USM
  20. Papsmear alınması
  21. Pelvik USM
  22. Pipel korneal ilə endometrial biopsiya
  23. Qadın məsləhətxanası
  24. Qanaxmanın dayandırılması
  25. Serviks (uşaqlıq boynu) eroziyasının koterizasiyası
  26. Spiral çıxardılması
  27. Spiral taxılması
  28. Süni abortdan sonrakı qalıqların təmizlənməsi
  29. Təkrar follikulometriya
  30. Transvaginal USM
  31. Uşaqlığın diaqnostik qaşınması
  32. Uşaqlıq boynu eroziyasının dərmanla yandırılması
  33. Uşaqlıq boynu eroziyasının loop vasitəsilə kəsilib çıxarılması
  34. Uşaqlıq boynu polipinin kəsilib götürülməsi + genişləndirilməsi+qaşınması
  35. Uşaqlıq boynu polipinin loop vasitəsilə kəsilib çıxardılması
  36. Uşaqlıq boynunun genişlənməsi
  37. Uşaqlıq boynunun konizasiyası
  38. Uşaqlıq ifrazatının təhlili
  39. Uşaqlıqdan kənar hamiləliyin metotreksat inyeksiyası
  40. USM (transabdominal)
  41. Utero-servikal (uşaqlıq və uşaqlıq boynu) polip eksiziyası+anesteziya
  42. Vaginal biopsiya
  43. Vaginal yaxmanın alınması
  44. Vulva kistinin kəsilib çixarılması
  45. Vulvadan kandilomaların kəsilib çixarılması (çox)
  46. Vulvadan kandilomaların kəsilib çixarılması (tək)
  47. Vulvadan kandilomaların koterizasiyası
  48. Yumurtalıq kistinin iynə aspirasiyası

Uşaqlıqda aparılan əməliyyatlar:

  1. Vaqinal histerektomiya, ön-arxa kolpoqrafiya
  2. Abdominal enterosele bərpası (kuldoplastika)
  3. Abdomino-sakral kolpapeksiya
  4. Burch kolposuspenziya
  5. Histereskopik miomektomiya
  6. Histero-salpinqoqrafiya, rentgen daxil
  7. Laparotomiya ilə burch əməliyyatı
  8. Laporatomiya ilə adenolizis
  9. Loop qreft interpozisyonu
  10. Metroplastika əməliyyatı
  11. Miom çıxarılması
  12. Miomektomiya
  13. Paravaginal deffekt bərpası-əməliyyata əlavə
  14. Pelvik və para-aortik limfadenektomiya
  15. Radikal histerektomiya
  16. Servikal yetməməzlik əməliyyatı
  17. Servikal yetməməzlik əməliyyatı
  18. Supraservikal histerektomiya
  19. Süni abortdan sonraki qalıqların təmizlənməsi
  20. Total abdominal histerektomiya
  21. Uşaqlığın suspenziyası
  22. Uşaqlıq boynu törəməsinin rezeksiyası
  23. Uşaqlıq boynunun loop vasitəsi ilə kəsilməsi
  24. Uşaqlıq boynunun amputasiyası (vaginal)
  25. Vaginal küdülün suspenziyası
  26. Vaqinal histerektomiya

Vulvada aparılan əməliyyatlar:

  1. Anterior vaginal divar bərpası
  2. Bartolin vəzin çıxarılması
  3. Paravajinal kistanın çıxarılması
  4. Perineoplastika
  5. Perineoplastika
  6. Posterior vaginal divar bərpası
  7. Vaginal bitişmənin açılması

Endoskopik əməliyyatlar:

  1. Diaqnostik laparoskopiya + biopsiya
  2. Cərrahi histeroskopiya
  3. Diaqnostik histereskopiya
  4. Endometrioz ocaqlarının laparoskopik koaqulyasiyası
  5. Histeroskopiya ilə ablazio
  6. Hsteroskopik miotomiya
  7. Histeroskopiya ilə miom rezeksiyası
  8. Histeroskopiya ilə polip rezeksiyası
  9. Histeroskopiya ilə septum rezeksiyası
  10. Histeroskopiya ilə sinexiya açılması
  11. Histeroskopiya ilə uşaqlıq daxili spiralın ekstripasiyası
  12. Histeroskopiya ilə yad cisim çıxarılması
  13. Laparoskopik metroplastika
  14. Laparoskopik miomektomiya
  15. Laparoskopik ooferektomiya
  16. Laparoskopik salpinqo-Ooferektomiya
  17. Laparoskopik total histerektomiya
  18. Laparoskopik tubektomiya əməliyyatı
  19. Laparoskopik uterosakral denervasiya
  20. Laparoskopiya ilə adezyolizis
  21. Laparoskopiya ilə boruların bağlanması
  22. Laparoskopiya ilə burch əməliyyatı
  23. Laparoskopiya ilə salpinqotomiya
  24. Laparoskopiya ilə uşaqlığın suspenziyası
  25. Laparoskopiya ilə yumurtalıqların pazvari rezeksiyası
  26. Laporaskopiya ilə yumurtalıqların drillinqi əməliyyatı
  27. Uşaqlığın prolapsusu zamanı laparoskopik korreksiya
  28. Yumurtalıq kistinin laparoskopik çıxarılması

Uşaqlıqartımlarında aparılan əməliyyatlar:

  1. Yumurtalığın pazvari rezeksiyası
  2. Laparotomiya ilə boruların bağlanması (iki və ya tək tərəf)
  3. Salpinqo - ooferektomiya
  4. Tək tərəfli ovarioektomiya
  5. Tubektomiya əməliyyatı
  6. Yumurtalıq kistinin çıxarılması
  7. Laparotomiya ilə adezyolizis

Hamiləlik və doğum:

  1. Amniosentez
  2. Amnionfuziya
  3. Ağrısız doğuş
  4. Doğuşda iştirak xidməti
  5. Endoservikal küretaj
  6. Hamiləliyin 14-20 həftələri arasında düşüklər
  7. Keysəriyyə
  8. Keysəriyyə (çoxdöllü hamiləlik)
  9. Keysəriyyə + boruların bağlanması
  10. Keysəriyyə+epidural anesteziya
  11. Normal doguş
  12. Normal doguş (çoxdöllü hamiləlik)
  13. Non Stress Test (NST) + TOKO
  14. Özbaşına düşük (hamiləliyin 14-28 həftələr arası)
  15. Stasionar Hamiləliyin xidmət (14-20 həftələri arasında düşüklər)
  16. Süni abort
  17. Trimester paketı

Vaginada aparılan əməliyyatlar:

  1. Arxa kolpoqrafiya
  2. Anterior vaginal divara mesh qoyulması əməliyyatı
  3. Arxa və ön kolporrafiya
  4. Cinsiyyət dodaqlarının plastikası
  5. Himenin açılması
  6. Mançester əməliyyatı
  7. Ön kolporrafiya
  8. Posterior vaginal divara mesh qoyulması əməliyyatı
  9. TOT əməliyyatı
  10. Uşaqlıq boynunun küdülünün çıxarılması
  11. Uşaqlıq yoluna yerli anestetik inyeksiyası
  12. Vaginal enterosel bərpası
  13. Vaginal küdülün plastikası + arxa kolporrafiya
  14. Vaginal septumun kəsilməsi