Oftalmologiya

Xəstəxananın  Oftalmologiya şöbəsi ən son texnoloji avadanlıqlarla təchiz olunmuşdur. Burada yüksək təcrubəyə malik peşəkar professor, tibb elmlər namizədi, fəlsəfə doktorları, həmçinin xaricdə təhsil alan yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərirlər. Digər şöbələrdə olduğu kimi oftalmologiya şöbəsi də 7 gün 24 saat ərzində Sizlərin  xidmətinizdədir.

Bizim həkimlər müasir diaqnostik müayinələrin köməyi ilə kompleks müayinə apararaq, xəstənin səhhəti haqqında ətraflı informasiya əldə edirlər.Yalnız bu mərhələdən sonra tam və düzgün müalicə sxemi təyin edilir Oftalmoloqiya şöbəsində işin yüksək keyfiyyətdə görülməsi üçün imkan verən ən müasir aparat və cihazlarımız var.

Bu cihazların köməyi ilə gözdaxili təzyiqin ölçülməsi, gözdən yad cismi çıxarılması, göz yaşı vəzisinin kanalının açılması, zəifgörmənin dərəcəsinin təyin edilməsi və s. kimi vacib problemləri həll edirik.

Aparatlarımız üstün keyfiyyətə malikdir və olduqca rahat istifadə olunur.Klinikamızda təcrübəli və xaricdə ixtisas keçmiş  həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcədə əməliyyatı ilə məşğul olur. Bu xəstəliklərdən konyunktivit, uveit, katarakta, qlaukoma, blefarvit, çəpgözlük, zəifgörmənin bütün növləri, keratit və s. daxildir. 

Göz xəstəliyindən əziyyət çəkən xəstələr üçün klinikanın göz şöbəsi müasir avadanlıqlarla təchiz olunub. Bu avadanlıqlar vasitəsilə göz dibinin ultrasəslə müayinəsi, görmə sahəsinin və görmə itiliyinin yoxlanılması, gözün ön hissəsinin müayinəsi üçün kompüter rejimli aparatlar var. Həmin aparatlar Avropa ölkələrində kurs keçib, təcrubə toplamış mütəxəssislər tərəfindən icra olunur.
Artıq bir müddətdir ki, klinikada Fransa istehsalı olan “Quantel” markalı ən müasir arqon lazer aparatı istifadəyə verilib. Retinanın(torlu qişa) degenirativ xəstəliklərinin profilaktikası və müalicəsində istifadə olunur. Arqon lazer terapiyası proqressivləşmiş miopiya, diabetik retinopatiya zamanı, mərkəzi venanın trombozu və bir sıra xəstəliklərdə istifadə olunur. Terapiyanın mexanizmi ondan ibarətdir ki, retinaya verilən arqon şüaları retinanın məhdudlaşmış hissəsində hərarət yüksəlişi yaradır(koaqulyasiya) və torlu qişanın işlənmiş hissələri demək olar ki, damarlı qişaya yapışır. Arqon lazer terapiyasının üstünlükləri ondan ibarətdir ki, ümumi anesteziya tələb etmir, anestetik damcılarla yerli anesteziya olunur, prosedur qısa müddətdə aparılır(20-25 dəq). Zəruri hallarda prosedur təkrari aparıla bilər. Bundan sonra xəstə gündəlik həyat fəaliyyətinə qayıda bilər.

Flüoressein angioqrafiya (FA)

Almaniya istehsalı “Zeiss” markalı - standart hesab olunur. Bu müayinə vasitəsilə retina damarlarında qan dövranının fəaliyyəti izlənilir. FA müayinəsinin aparılması üçün xəstəyə venadaxili 2ml-25 % və ya 5ml-10 % flüoresein natrium duzu yeridilir. Flüoressein okulyar qan dövranına daxili yuxu arteriyasından göz arteriyası vasitəsilə daxil olur. Flüoressein ilk öncə xoreidal damarlara daha sonra retinanın arteriyalarına və venalarına daxil olur. Preparat 6 saniyə ərzində yeridilir və 8-11 saniyə müddətində flüoressein görmə sinirində və xoroiddə görünür. Flüoresseinin damarlara daxil olma müddəti xəstənin yaşından, xəstənin kardiovaskulyar statusundan, flüoresseinin yeridilmə sürətindən asılıdır. Ağ-qara şəkillər inyeksiyadan 10 saniyə sonra hər saniyədə 1 şəkil 20 saniyə ərzində çəkilir. Daha sonra xəstəyə 10 dəqiqə ərzində dincəlməsi təklif edilir. Və təkrarı 5-10 şəkil çəkilir. Bəzi hallarda 15 dəqiqə sonra çəkilmiş şəkillərdən faydalı ola bilər. Tam müayinə bitdikdən sonra həkim diaqnozu təyin edə bilər. Müayinə bitdikdən sonra xəstəyə 1-2 l maye qəbul etməsi təklif olunur.
FA bir çox retina xəstəliklərində:
1.Damar patolagiyaları (Diabetik retinopatiyalar, retina damarlarının okklyuziyası, retina venalarının oklyuziyası, hipertonik retinopatiya və s.)
2.Makula Patologiyaları(Yaşa bağlı makulyar distrofiyalar, kistoz makulyar ödəm, Mərkəzi seroz retinopatiya, makulanın iris xəstəlikləri və s.)
3.Damarlı qişanın və retinanın iltihabi xəstəlikləri (toksoplazmoz xorioretiniti, multifocal xoriorentiniti və s. )
4.Görmə siniri diskinin xəstəlikləri (Ön işemik neyropatiya,papillit, Anadan gəlmə disk anomaliyaları və s. ) göstərişdir.
Diaqnozun qoyulmasında, müalicənin istiqamətini seçməkdə, xəstəliyin gedişini izlənməsi üçün əvəzolunmaz müayinə üsuludur. Hal hazırda klinikamızda ən müasir və çox funksiyalı Almaniya istehsalı olan Carl Zeiss FF 450 plus İR Flüoressein angioqrafiya aparatı istifadəyə verilib və ixtisaslaşmış kadrlar tərəfindən aparılır.

Korneal Topoqrafiya (İtaliya istehsalı, CSO Sirius 3D)

Korneal topoqrafiya buynuz qişanın üst təbəqəsinin patologiyalarını aşkar edən qeyri-invaziv müayinə metodudur.

Bizim klinikamızda buynuz qişanın patologiyalarının müayinəsi üçün İtaliya istehsalı olan ən müasir avadanlıq Sirius C.S.O. aparatından istifadə olunur. Sirius aparatı rotasion Scheimpfluq kamera və Placido diskindən ibarətdir. Pentacam aparatı rotasiyon kamerasına görə dünyada birinci yeri tutur, hansı ki, Scheimpfluq prinsipi işləyir. Müayinə 2 saniyə ərzində həyata keçirilir. Nəticədə buynuz qişanın bütün ün və arxa təbəqələrinin topoqrafiyasi və paximetriyası hesablanır və qeyd olunur. Nəticəni biz monitorun ekranında rəqəmsal xəritə , diaqramma və 3 ölçülü təsvirdə görə bilirik.

  • Buynuz qişa xəstəliklərinin erkən diaqnostikası-keratokonus, epitelial distrofiya və s.
  • Astiqmatizm
  • Uzun müdddətli kontakt linzalardan istifadə edən pasientlər
  • Refraksion cərrahi əməliyyatlardan öncə və sonra
  • Keratoplastika əməliyyatlarında istifadə olunur.

 

 

Perimetriya apparatı

Markası və İstehsalı: Humphrey Field Analyzer II 750 (HFA II) perimetri

Görmə sahəsi (periferik görmə) – gözü hərəkət etdirmədən bir nöqtəyə fiksə olunduğu halda görə bildiyi sahəyə deyilir. Torlu qişa, görmə siniri, görmə yolları və görmə analizatorunun daha yuxarıda yerləşən hissələrinin bir çox xəstəliklərində periferik görmə pozulur.  Periferik görməni müayinə etmək üçün perimetriya üsulundan istifadə edilir. Klinikamızda periferik görmənin müayinəsi  dünyanın ən qabaqcıl klinikalarında istifadə olunan və perimetriyada “Qızıl Standart” adını almış Humphrey Field Analyzer II 750 (HFA II 750) (Carl Zeiss Meditec,Dublin, CA, USA) kompyuter perimetri vasitəsilə aparılır.

 Humphrey 750 perimetrinin özəllilkləri:

  • Xəstələr üçün rahatdır
  • İstifadəsi əlverişlidir
  • Daha dəqiq və sürətlidir
  • Görmə sahəsinin geniş spektrli diaqnostik müayinəsi

Perimetriyaya göstərişlər:

  • Oftalmohipertenziya
  • Qlaukomaya şübhə və glaukoma xəstəliyi
  • Tor qişanın patologiya və zədələnmələri
  • Görmə sinirinin xəstəlikləri
  • Kəllə-beyin zədələnmələri
  • Baş beyinin xoş və bəd xassəli şişləri
  • Hipertoniya xəstəliyi
  • Beyin qan dövranı pozğunluğu
  • Görmə sahəsinin profilaktik məqsədli müayinəsi


Perimetriyanın aparılmasına əks göstərişlər:
 

  • Psixiki pozğunluqu olan xəstələr
  • Alkoqol və narkotikdən istifadə

 


OCT- Optik Kogerens Tomoqrafiyası

Carl Zeiss Cirrus 500 Germany

Üstünlükləri:

Nonkontakt(toxunmadan), noninvaziv(maddə vurulmadan) , ağrısız, zərərsiz göz dibinin ən müasir informativ müayinə üsuludur.

Göz dibinin müasir müayinə metodudur. İlk dəfə 1991-di ildə isitfadə edilib. OCT-nin üstünlüklərindən biri oldur ki, tamamən zərərsizdir, radiasiya yoxdur. Xəstənin gözünə toxunmadan 2-3 dəqiqə ərzində müayinə etmək olar. Müayinə üçün hər hansı bir dərman preparatından istifadə etməyə ehtiyac yoxdur. OCT ilə retina qalınlığını ölçmək, özəlliklə şəkərli diabet və əməliyyat sonrası yaranan makula ödəmini dəyərləndirmək mümkündür. Qlaukoma xəstəliyinin diaqnozunun qoyulmasında da həkimə kömək edir. Şəkərli diabet xəstələri diaqnostik və müalicənin effektliyini təyin etmək üçün, görmə itiliyi 0.8 faizdən aşağı olan bütün xəstələrdə makula ödəminin başlanğıc mərhələsini aşkar etmək üçün, torlu qişanın distrofik dəyişikliklərində, Neovaskulirizasiyanın fərqli formalarıının aşkarında, torlu qişanın və piqmont epitelinin qopması zamanı, görmə sinirinin patologiyasında , dərman preparatlarının intravitreal daxilindən əvvəl və sonra, OCT ön seqmentin müayinəsi, ön kameranın bucağının təyini, refraksiyon əməliyyatından əvvəl və sonra bu aparatdan istifadə etmək olar.

Göstərişlər:

  • Glaukama: Glaukamadan şübhə
  • Şəkərli diabet xəstələri: diaqnostik müalicənin məqsədi ilə və müalicənin effektivliyini təmin etmək üçün
  • Görmə itiliyi 0.8 dən aşağı olan bütün xəstələrə: macula ödəminin başlanğıc mərhələsini aşkar etmək üçün
  • Torlu qişanın distofik dəyişikliklərində
  • Neovaskulizasiyanın fərqli formalarının aşkarında
  • Torlu qişanın və qipment epitelin (seroz və gemmoraji) qopması
  • Görmə sinirinin patologiyasında
  • Dərman preparatların intravitreal daxilindən əvvəl və sonra
  • OCT və seqmentinin müayinəsi
  • Ön kameranın bucağının təyini
  • Refrüksion əməliyyatından(əvvəl və sonra)

Binocular indirect ophthalmoscope omega 500 Heine -Torlu qişanin ( retinanin) 3 D ölçülü visual görüntüsünü verir.

  • Periferik retinaya baxış
  • Diaqnostika zamanı xəstəyə qədər olan distansiyanın artırılması

Pediatrik avtorefraktometr

                                    Plusoptix A09

Binokulyar kontaktsız abmopefraktometrdir. Pluaoptix A09- müasir, etibarlı, dəqiq, sadə və istifadədə rahat bi cihazdır.

Avtorefraktometr Plusoptiks A09 unikal keyfiyyətlərə malikdir. Onlardan biri yeni doğulanlarda bir neçə saniyədə, dar bəbəklərdə, 1m məsafədə binokulyar refraktometriyanın aparılmasıdır.

Plusoptix A09 vasitəsilə hansı parametrlər ölçülür:

  • Refreksiya(sfera, silindr, ox1-1900,10 addım, silindrik komponentin avtomatik transpozisiyası)
  • Bəbəklər arası məsafə(mm, addım1 )
  • Hər iki gözün bəbəklərinin diametri 4,0-9,0mm, addım 0,1 (mm, addım 0,1) mm 10%
  • Buynuz qişa reflexi(simmetrik və ya assimetrik)
  • Bundan əlavə. Plusoptix A09 aftomatik olaraq görmə fiksasiyasının kartını tərtib edir.

 

3 aydan başlayaraq körpə uşaqların müayinəsinə imkan verir, bundan əlavə nistagmlı pasiyentlərə (refreksiyanım təyini 50гц  tezliyi ilə  yanı 1 saniyədə 50 hesablama) və kontakta çətin gedən pasiyentlərə bu vasitə ilə müayinə aparmaq tövsiyə olunur.

Plusoptix A09 cihazı necə işləyir? Cihazın iş prinsipi- dinamik fotoskiaskopiya

Müayinə aparılan temperatur- 10-350 C.

Kameranın obyektivində infraqırmızı şüaları səpələyə işıq diodları yerləşdirilmişdir. Göz dibində əks olunaraq,şüalar kameradakı datçiklə qəbul edilir və cihazla analiz olunurlar.

Fiksasiya hədəfi: səsli melodiya

Üstünlükləri: müayinə binokulyar aparılır, mioz vəziyyətinəd, 1-0,05 m məsafədə aparılır.

Plusoptix A09 cihazının xüsusi proqramə vasitəsilə 1 m məsafədə uyğun olan 1D akkodasiyanı avtomatik olaraq hesablayır və müayinənin nəticələrində düzgün əksini tapır(beləliklə, cihaz akkomodasiyası anlayışına ehtiyac qalmır. Müayinə bir neçə saniyədə, oyun formasında keçirilir, həm uşaq, həm valideyn, həm də medpersonal üçün stress yaratmır. )

Digər üstünlük: müayinə eynəklər və linzalar daşıyan pasiyentlərdə aparıla bilər. Bu da korreksiyaedici vasitələrin nə dərcədə düzgün seçilməsindən xəbər verə bilər.

Refreksiyanın bir ölçüsü 50 ölçünün orta arifmetik məxrəci hesab olunur.

                                  Praktik məsləhətlər

Müayinənin nəticələri:

1. Miopiya və astiqmatizm akkomodasiyan asılı deyillər. Müayinənin nəticələri 0,5D dəqiqliyi ilə midriaz vəziyyətində retinoskopiyanın nəticələrindən fərqlənə bilər.

2. Anizometropiya müayinə hər iki gözdə eyni vaxtı aparıldığından akkomodasiya vəziyyətindən asılı olmayaraq anizometropiyanı müəyyən etmık olar.

Çəplik bucağı

3. Müayinə zamanı hər iki gözdən buynuz qişa refleksləri əks olunur. Rfelekslər assimetrik olduğunda uşaqda çəpgözlüyün mümkünlüyü meydana çıxa bilər. Cihazın imkanları və müayinə distansiyasına görə 20 –dən az olan assimetriya təyin olunmur. 100-dən çox assimetriya olduqda müayinə monokulyar aparılır.

4. Hipermetropiya-tam və hissəvi olaraq akkomodasiya ilə kompensə ola bilər, buna görə mioz vəziyyətində aparılan müayinə düzgün nəticə vermir. 2 yaşdan yuxarı olan uşaqlarda H-ya aşkar oluna bilər. İkinci müayinə vasitəsilə +3D linzaların istifadəsinin köməyilə, 2 yaşdan aşağı olan uşaqlarda bu qüvvədə olan linzalarla müayinə mümkün deyil. Bu uşaqlar sikloplegiya şəraitində Plusoptix A09 vasitəsilə müayinə oluna bilərlər. Bu zaman sferik refraksiya komponentindən 1D çıxarılır, ona görə ki, mioz vəziyyətində 1 m məsafədə akkomodasiyanın 1D əlavə olunurdu.

5. Optik mühitlərin bulanması

Bəbək zonasının üzərində müxtəlif parlaqlıqda olan hissələrin və ya qara nöqtələrin olması optik mühitlərin bulanmasından, yad cismin və ya kataraktanın omasında xəbər verə bilər.

6. Nistagm

Bir çox hallarda apparat nistagmlı uşaqlara tətbiq oluna bilər. Belə ki, Plusoptix A09 vasitəsilə refraksiya 50 гц tezliyi ilə təyin olunur, bu da 1 saniyəyə 50 ölçmə deməkdir.

7. Anizokoriya

Plusoptix A09 vasitəsilə anizokoriya təyin oluna bilər, çünki sistem hər iki göz bəbəyinin ölçüsünü verir.

8. Müayinə diaqnozu

R-iya: -7,0D sferik komponentdə. Bu diapazon istənilən halda 3,0 D genişlənə bilər.

9. Müayinə şəraitində nəzarətin mümkünlüyü və nəticələrin rəngli printi və ya trmoprinti

10. Pasiyentlərin müayinə nəticələri əks xronoloji şəkildə göstəricilərbankında saxlanılır, müayinə nəticələri PDF faylda da saxlanıla bilər.

11. Dərhal müayinədən sonra videoyazı izlənə bilər.

Videoyazı yaddaşda qalmır, lakin flaş yaddaşda və ya sərt diskdə YSB-port vasitəsilə ötürülə bilər.

 

Şöbəmizdə 12 çarpayıdan ibarət hər cür müasir tələblərə uygun 6 palata mövcuddur.Bütün palatalar monitor, kondisioner, telefon, süni ventilyasiya cihazı, xəstə çağırış siqnalı, mərkəzləşdirilmiş qaz və vakuum sistemləri ilə təchiz olunub. Belə ki, bütün müalicə müddətində xəstənin ürək-damar sisteminin fəaliyyəti (arterial təzyiq,nəbz) və tənəffüs sisteminin fəaliyyəti (qanın oksigenlə tachizatı) daimi nəzarətdə saxlanılır.Bütün xəstələrin əməliyyatları,tibbi təqibləri, baxımları 24 saat müddətində təcrübəli həkim və tibb bacıları tərəfindən nəzarət altında olur.Yatan xəstələrə xüsusi tibb personalları tərəfindən yüksək səviyyədə tibbi xidmət göstərilir, həkim dietoloqun nəzarəti altında səhər, günorta, axşam yeməkləri verilir, xəstə evə buraxılanadək yüksək təcrübəli həkimlərin təqibində olurlar. Klinikada  demək olar ki, bütün növ göz əməliyyatlar uğurla həyata keçirilir. Xəstəxanada icra olunan bütün əməliyyatlar zamanı keçirilən anestezioloji xidmətlər beynəlxalq standartlara cavab verir.