Travmatologiya və ortopediya kliniki təbabətin ən aktual sahələrindən biri olub, sümük-əzələ sistemi, vətər, bağ, oynaq onurğa sütunu fəqərələrinin xəstəliklərinin diaqnostikası və cərrahi müalicəsi ilə məşğul olur. Bu xəstəliklərə birinci növbədə, yuxarı və aşağı ətraf artrozları, dayaq-hərəkət aparatının travmaları, əzələ-vətər kəsilmələri, anadangəlmə qalça çıxıqları, skaliozlar, kifozlar, periferik sinir sisteminin travmatik zədələnmələri, idmançılarda və eləcə də aktiv həyat tərzi yaşayan insanlarda bağ qopmaları, aiddir. Müxtəlif Travmatoloji və ortopediya əməliyyatların diaqnostikasında Rentgenoqrafiya, Komputer Tomoqrafiya (KT), Maqnit-Rezonans Tomoqrafiya (MRT), Artroskopiya kimi müasir və informativ üsullardan istifadə olunur.
Klinikamızın Travmatologiya və Ortopediya şöbəsində klassik üsullarla yanaşı həmçinin müasir üsullardan olan artroskopiya, endoprotezləşdirmə, intramedulyar və ekstramedulyar osteosintez, boy uzatma, anadangəlmə sümük-əzələ sistemindəki defektlərin rekonstruksiyası əməliyyatları icra olunur.
Şöbəmizin xüsusi Əl Cərrahiyyəsi bölməsində, əldə olunan bütün əməliyyatlar, sinir-damar dəstəsinin travmaları, vətər kəsilmələri və digər mikroskopik əməliyyatlar icra olunur.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının (ATUTCK) travmatologiya və ortopediya şöbəsi 7gün 24 saat ərzində xidmət göstərir. Klinikamızın əməliyyat bloku dünyada qəbul olunmuş standartlar və protokollar əsasında bütün müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunmuşdur. Bütün xəstəliklərin müayinə, müalicə və əməliyyatları yüksək ixtisaslı peşəkar həkimlər tərəfindən həyata keçirilir. Şöbəmizdə 22 çarpayıdan ibarət hər cür müasir tələbələrə uyğun 11 palata mövcuddur. Bütün palatalar monitor, kondisioner, telefon, süni ventilyasiya cihazı, xəstə çağırış siqnalı, mərkəzləşdirilmiş qaz və vakuum sistemləri ilə təchiz olunub. Belə ki, bütün müalicə müddətində xəstənin ürək-damar sisteminin fəaliyyəti (arterial təzyiq, nəbz) və tənəffüs sisteminin fəaliyyəti (qanın oksigenlə təchizatı) daimi nəzarətdə saxlanılır. Bütün xəstələrin əməliyyatları, tibbi təqibləri, baxımları 24 saat müddətində təcrübəli həkim və tibb bacıları tərəfindən nəzarət altında olur. Yatan xəstələrə xüsusi tibb personalı tərəfindən yüksək səviyyədə xidmət göstərilir, həkim dietoloqun nəzarəti altında səhər, günorta və axşam yeməkləri verilir, xəstə evə buraxılanadək peşəkar həkimlərin təqibində olurlar.
Klinikada demək olar ki, bütün növ cərrahi əməliyyatlar uğurla həyata keçirilir. Xəstəxanada icra olunan əməliyyatlar zamanı keçirilən anestezioloji xidmətlər beynəlxalq standartlara cavab verir.
Şöbəmizdə aşağıdakı xidmətlər göstərilir:
- Ortopedik və Travmatoloji xəstəliklərin müasir metodlarla müayinəsi və müalicəsi
- Sınıqların müasir metodlarla cərrahi müalicəsi
- Oynaqlarda (diz,bud-çanaq,çiyin,dirsək),süni oynaqların köçürülməsi (endoprotez)
- Vertebra cərrahiyyəsi,vertebra sınıqları və kifozun konservativ və cərrahi müalicəsi
- Artoskopik cərrahiyyə,ön çarpaz bağ,menisk cırılması,çiyin təkrari çıxıqlarının cərrahi müalicəsi
- İdman yaralanmaları
- Uşaq ortopedi cərrahiyyəsi,bud-çanaq oynağının anadangəlmə çıxıqları,yastipəncəlik,uşaqlarda anadangəlmə anomaliyalar və deformasiyalar
- Boy uzatma əməliyyatları
- Estetik ortopedi cərrahiyyəsi,sümük əyriliklərinin cərrahi əməliyyatları
- Əl cərrahiyyəsi və replantasiyası