Ürək və damar xəstəlikləri şöbəsi özündə: ümumi kardiologiya, invaziv kardiologiya və ürək-damar cərrahiyyəsini birləşdirir.
Müasir dövrdə kardioloji müayinələrin əhəmiyyəti insan həyatı üçün olduqca böyükdür. Hətta kardioloji şikayəti olmayan şəxslərə belə müayinələrdən keçməsi məsləhət görülür. Özündə hər hansı bir narahatçılıq, diskomfort hiss edənlər elektrokardioqrafiyadan, bəzi laborator müayinələr, ürək qan-damar sistemində hansısa dəyişiklik qeyd olunursa, EXO KQ və kardiovaskulyar stress test müayinəsindən keçməlidir. Hər bir müayinə üsulu həkimə lazım olan informasiyanı verir.
- EKQ
- Kardiovaskulyar stress test –fiziki yüklə və farmakoloji (treadmill) EKQ
- Rəngli Doppler exokardioqrafiya
- Transezofaqeal exokardioqrafiya (qida borusundan aparılan)
- Fetal-exokardioqrafiya (dölün exokardioqrafiyası)
- Stress-exokardioqrafiya
- 24 saatlıq EKQ monitorizasiyası
- Pediatrik exokardioqrafiya (uşaqlarda)
- Ürək damarlarının qeyri-invaziv görüntüləməsi (kompyuter tomoqrafiya koronar angioqrafiya)
- 24 saat fəaliyyət göstərən təcili yardım kardioloji briqadası
- 24 saat fəaliyyət göstərən ürək kateterizasiya laboratoriyası
- koronar angioqrafiya - ürək damarlarının invaziv görüntülənməsi,
- koronar angioplastika – ürək damarlarına stent implantasiyası
- periferik damarlarının angioqrafiya və stentləməsi : böyrək arteriya, aşağı ətrafların angioqrafiya və angioplastikası, beyin damarlarının angioqrafiya və angioplastikası
- müvəqqəti və daimi kardiostimulyator və cihaz implantasiyası (VVİ, DDD-R, CRT-D, AİCD)
- Anadangəlmə ürək qusurlarının qapalı yolla müalicəsi (valvuloplastika,ASD,VSD,PDA bağlanması)
İixtisaslı həkimlər kompleks müayinə apararaq,xəstənin səhhəti haqqında dolğun informasiya əldə edir, dəqiq diaqnoz qoyulduqdan sonar xəstəyə tam və düzgün müalicə sxemi təyin edirlər.