Qan köçürmə

Azərbaycan Tibb Universitetin Tədris Cərrahiyyə Klinikasının Qan köçürmə Şöbəsində əsas məqsədimiz qan və qan məhsullari hazırlanması, saxlanması və daşınmasından ibarətrdir.

Şöbəmizdə mövcud olan xidmətlər aşağıdakılardır:

  • Tam Qan
  • Eritrosit Kütləsi
  • Təzə Dondurulmuş Plazma
  • Trombosit Kütləsi (manual)
  • PRP (Platelet rich plasma)

Gələcəkdə nəzərdə tutduğumuz xidmətlər:

  • Tromboferez (trombosit kütləsi)
  • Eritroferez (eritrosit exchange)
  • Leykoferez (leykosit exchange)
  • Plazmaferez (plazma exchange)
  • Kök Hüceyrə Toplanması

Qan bankının əsas iş prinsipi:

  • Planlaşdırılan Əməliyyata qan və qan komponentlərinin hazırlanması
  • Yatan xəstələrin qan və qan komponentlərinə olan ehtiyacın ödənilməsi (qan stok vəziyyətinə görə)
  • Təcili qan və qan komponentlərinin hazırlanması

Qan komponentinin hazırlanması üçün aşağıdakı sxem üzrə işlər görülür:


Qan Mərkəzi 7 gün 24 saat fəaliyyət göstərir. Burada 1 həkim və 2 tibb bacısı, 1 feldşer-laborant çalışır. Qan Mərkəzi aşağıdakı bölmələrdən ibarətdir:

1. Donor müayinə bölməsi
2. Laboratoriya bölməsi
3. Qan alma bölməsi
4.Qan bankı/Depo

Donor namizədləri ilk olaraq bu donor müayinə bölməsinə alınır. Burda onlar Qan Bankı həkimi tərəfindən hər tərəfli tibbi müayinədən keçirlər:

  1. Fiziki müayinədən (boy, çəki, arterial təzyiq) keçirlər.
  2. Laborator analiz üçün nümunə qanı alınır.
  3. Həkimi maraqlandıran və şübhə doğuran digər müayinələr aparılır.

Fiziki müayinədə ümumi görünüş sağlam, yaş 18-65 arası, çəkisi 50kq-dan yuxarı, bədən temperaturu 37C-dən aşağı , qan təzyiqi 180/100 mm Hg-dan aşağı olmalıdır.

Laboratoriya bölməsində Donordan alınmış nümunə qanlar üzərində aşağıdakı testlər aparılır:

  1. Ümumi qan analizi
  2. ABO və Rh D qan qrupu
  3. Hepatit B virusu
  4. Hepatit C virusu
  5. Sifilis Testi
  6. QİÇS analizi


Ümumi qan analizi normativlər çərçivəsində olan və virus xəstəlikləri üzrə bütün analizlərin cavabları neqativ olan şəxslər donor olaraq qəbul edilirlər.

Analiz cavablarında hər hansı şübhə olan şəxslərin müayinəsi burda dayandırılır və onlar donor olaraq qəbul edilmirlər.

Bütün müayinə və testlərdən keçmiş və həkim rəyinə görə donor olaraq qəbul edilmiş şəxslər Qan alma bölməsinə daxil olurlar.

  • Burda donorlardan venoz qan xüsusi qan torbalarına alınır. Qanın laxtalanmaması və uzunmüddət canlılığını qoruması üçün torbadakı xüsusi məhlul (CPDA-1, SAGM və s.) qana qarışır.
  • Qan alma prosesi xüsusi qan alma tərəzilərində həyata keçirilir və bu müddət ərzində sterillik və gigyenik qaydalara tam əməl olunur. 
  • Müəyyən edilmiş miqdar torbaya yığıldıqdan sonra qan alma prosesi dayandırılır və iynə venadan çıxarılır.
  • Sonra donorlara istirahət verilir və bu müddətdə onlara şirin yeyəcəklər və içkilər təklif edilir.
  • Donorlar təkrar müayinədən keçir və heç bir narahatçılıq yoxdursa, sərbəst buraxılırlar.

Donorlardan torbaya alınmış qanlar Qan bankı/Depo bölməsinə gətirilir.

  • Əgər xəstə üçün müalicə həkimi tərəfindən tam qan istənilibsə, heç bir müdaxilə edilmədən yalnız qeydiyyatı aparıldıqdan sonra birbaşa stasionara göndərilir.
  • Əks halda tam qandan qan komponentləri hazırlanır.
  • Qan komponentləri tam steril və gigyenik şəraitdə modern cihazlarda (Hettich, Thermo) hazırlanır.