Fizioterapiya və bərpa

Fizioterapiya – təbii və fiziki amillərin müalicə xüsusiyyətlərini araşdıran və onların müalicə-profilaktik məqsədi ilə tətbiqi üsullarını hazırlayan tibbi bölmədir. Fizioterapiya – bir çox xəstəliklərin profilaktikasında çox gözəl vasitəsidir, həmçinin ümumi müalicə kursunda da əlavə üsul kimi istifadə olunur. Nəzərə alsaq ki, fizioterapiya təhlükəsiz müalicə üsullardan biridir və bu tip müalicə və reabilitasiya üsulu xəstə və həkimlər arasında ən sevimli istiqamətlərdən biridir. Klinikanın Fizioterapiya və tibbi bərpa şöbəsində yüksək ixtisaslı peşəkar mütəxəssislər fəaliyyət göstərirlər. Şöbəmiz həftənin 6 günü saat 8:00 – 18:00 -a qədər Sizin xidmətinizdədir.

ATU TCK-nın Fizioterapiya və tibbi bərpa şöbəsinin məqsədi əsasən təbii və fiziki amillərin müalicə xüsusiyyətlərini istifadə edərək, hər hansı bir xəstəliyin müalicəsində ən yaxşı effektə nail olmaqdır. Bizim həkimlər kompleks müayinə apararaq, xəstənin səhhəti haqqında dolğun informasiya əldə edirlər. Yalnız bu mərhələdən sonra tam və düzgün müalicə sxemi təyin edilir. Peşəkar həkimlərin məqsədi xəstələri müalicə edərkən yalnız ağrıdan azad etmək deyil, həmçinin ağrıya səbəb olan amilləri də aradan qaldırmaqdır. ATU TCK-nın Fizioterapiya və tibbi bərpa şöbəsinin başlıca üstünlüyü peşəkar həkimlər və müasir texnologiyalı aparatların olmasından.

Fizioterapiya və tibbi bərpa şöbəsində aşağıda göstərilən müalicəvi üsullardan geniş istifadə edilir:

  • Amplipus
  • Diadinamoterapiya
  • Darsonvalizasiya
  • Dərman elektrofarezi
  • Elektrostimulyasiya
  • Elektroterapiya
  • Fonofarez
  • Maqnit terapiyası
  • Qalvanizasiya
  • Ultrasəs
  • İnduktotermiya
  • UYT-terapiya
  • Lazer terapiyası
  • Hirudoterapiya (zəli ilə müalicə)
  • İngalasiya
  • Rafinə olunmuşnaftalan yaxması
  • Parafin yaxması
  • Naftoparafin mastika yaxması
  • Naftalan-Solyuks
  • Refleksoterapiya
  • Reabilitasiya
  • Tibbi masaj 

Fizioterapiyanın hər hansı bir müalicəvi üsulundan sonra aşağıda qeyd edilən müalicəvi təsirlər müşahidə edilir:

  • Limfodrenaj
  • Sedativ(sakitləşdirici)
  • Qan dövranı normallaşır
  • İltihab əleyhinə təsir
  • Sinir-əzələ stimul edici
  • Ağrıkəsici

Reabilitasiya orqanizmin itirilmiş funksiyalarının bərpa edilməsi və sosial yaşama geri qaytarılması deməkdir.

Klinikamızın Fizioterapiya və Reabilitasiya Mərkəzində aşağıdakı xidmətlər göstərilir.

  • Beyin Cərrahiyyəsi sonrası reabilitasiya
  • İdmançı reabilitasiyası
  • Kardioloji reabilitasiya
  • Nevroloji reabilitasiya
  • Ortopedik reabilitasiya
  • Pediatrik reabilitasiya
  • Pulmonoloji reabilitasiya
  1. Infraqırmızı: Bədənə lokal və səthi olaraq istifadə olunan infraqırmızı işıqlardır. Bu prosedur tətbiq olunduğu bölgədə damarlarda genişlənmə, ətrafdakı sinir uclarında hərəkətlənmə, orqanizimdə toplanmış lazımsız maddələrin tər və böyrəklərlə xaric olmasında rol oynayır.

 

İstifadə olunduğu xəstəliklər: Oynaq xaricində və iltihabsız oynaq revmatizmalarının çox ağrılı və şiddətli olduğu başlanğıc dövr xaricində infraqırmızı istifadə oluna bilər. Yıxılma, əzilmə, qəza və s. kimi travmalardan sonra və kirəcləmələrin şiddətli olmadığı dövrdə , əzələlərin ağrı olmadığı spazmlarda yaxşı nəticə verməkdədir.

 

  1. Parafin- İstiliyi özündə qoruması səbəbiylə parafin digər isidicilərdən daha uzun təsir göstərmə qabiliyyətinə malikdir. Parafin  hüceyrə səviyyəsində qan dövranını artıraraq toxumaların özünü yeniləməsinə imkan verən bir prosedurdur. 

İstifadə olunan xəstəliklər:  Əl barmaqlarında görülən kirəclənmə (Heberdan Artriti), əl və ayaqdakı iltihabsız oynaq, əzələ və bağ toxuması revmatizmaları parafinin istifadə edildiyi ənönəmli xəstəliklərdir.

 

  1. Ultrasəs: US meydanna gətirdiyi səs dalğalarının titrəşməsi zamanı istilik əmələ gətirən bir müalicə üsuludur. US istifadəsi sonra əmələ gələn hüceyrədaxili aktivasiya,  damarların özünü genişlənməsinə və lokal olaraq immunitetin artmasına yol açacaq metobolik sürətlənməyi başladır.  Bu sahədə təkcə hüceyrədaxili səviyyədə oksidləşmə prosesini artırmaqla birlikdə, qan-damar dövranını artıraraq xəstə toxumaların öz-özünü  təmir etmə vaxtıını sürətləndirir. Sinir uclarına  təsir edərək ağrı hissinin daha az hiss edilməsinə , əzələ gərginliyi və toxuma və orqanların daha verimli işləməsinə kömək edər.

İstifadə olunan xəstəliklər:   Müxtəlif əzələ və oynaq xəstəlikləri, fibromialgiya, ağrılı əzələ spazmları, travma və əməliyyat sonrası toxumalarda meydana gələn şəkil dəyişiklikləri, müxtəlif  oynaq kirəcləməələri və əldə olunan  Dupuytren kontrakturunda rahatlıqla istifadə olunur.

  1. Qısa dalğa diatermi: Dalğa boyları 6-11 metr frekansı 30-50 megasikl arasında olan bu müalicənin əsas funksiyası bir çox toxumaları keçərək daha dərinlərdəki toxumalarda yoğunlaşmasıdır.  İstilik artımıyla bərabər kiçik kapilyar damarlarda genişlənmə və buna bağlı olaraq qidalanması pozulmuş toxu maların özlərini bərpa gücünün artmasını təşkil edir.

İstifadə olunan xəstəliklər:    Xroniki bəzi iltihabi xəstəliklərin müalicəsində o cümlədən xroniki sinusit, qadınlarda yumurtalıq iltihabları, xroniki prostatit kimi xəstəliklərdə müsbət nəticələr verməkdədir.

  1. Elektroterapiya: Galvanik axımlar : sinir ucları xəstəliklərində, sümük və damarlara təsir edən xəstəliklərin müalicəsində istifadə olunur.

Faradik axın: hər hansı bir səbəblə hərəkətsiz əzələnin yennidən işlədilməsi, yeni baş verən travmanın təsində toxumalarda meydana gətirdiyi problemlərin müalicəsində istifadə olunur.

TENUS axımları:  səbəbi nə olursa olsun ağrılı xəstəliklərdə istifadə olunan axım metodudur. Kirəclənmə, revmatizma, onurğa cevrəsi xəstəliklərdə yaxşı nəticə verir.

  1. CPM: diz və omba əməliyyatı keçirmiş xəstələrdə istifadə edilir. Əməliyyat sonrası  ola biləcək ağrı, şiş,dərin ven trombozu, omba-diz nahiyəsi və s.  kimi ağırlaşmaların qarşısını alır. Ən böyük avantaj əməliyyat sonrası ola biləcək hərəkət  məhdudluğunu böyük miqyasda qarşısını almaqdadır.
  2. ESWT:  Qısaca şok dalğa müalicəsi, bədn xaricində əmələ gətirilən şok(basınc) dalğaların dəmir başlı bir aplikator  vasitəsiylə bədənin istənilən yerinə yerləşdirilməsinə əsaslanan bir müalicə növüdür. Şok dalğaları yüksək təzyiqli səs dalğalarıdır. Topuq, dirsək, çiyin və s. Kimi əzələ-sklet sistemi ağrılarında istifadə edilməkdədir.  Bu metod nasazlığın olduğu bölgədə  qan dövranını artırmaq, vücudun öz bərpaedici mexanizimlərin işə salır.  Xəsarət almış tendon və toxumaların regenerasiyası  ( yenidən bərpa) sağlayaraq düzəlməyi sürətləndirir.

İstifadə olunan xəstəliklər:    Epin calcanei, laterial və medial epikondilit, kalsifik kürək tendinit, kürək sıxışma sendromu, trigger point, idman reabilitasiyasında kəskin ağrılar,küt yaralanmalar

  1. Paralel bar:  Hemiplegiyalı xəstələr üşün yeriməyi öyrətmək,  bədən stabilizasiyanı öyrətmə məqsədi ilə
  2. Trompolin: Pediatrik reabilitasiya, nevroloji reabilitasiya, ortopedik reabilitasiya, stabilizasiya duyğusu (tarazlıq hissi) yaxşılaşdırmaq məqsədi ilə
  3. Tredmil ve velotrek:  Ortopedik xəstəliklər, cərrahiyyə sonrası xəstələrdə əzələ gücləndirmə və gəzməyə alışma məqsədi ilə,Pediatrik xəstəliklərdə gəzməyi normallaşdırma və alıştırma məqsədi ilə istifadə olunur
  4. Tilt table: nevroloji xəstələrdə uzun müddətli yataq istirahətindən sonra xəstəni ayağa qaldırmaq məqsədi ilə xəstəni dəstəkləyərək və yıxılmasının qarşısıını alaraq şaquli vəziyyəttə tutan müalicə yatağı
  5. Teraband: Əməliyyat sonrası, ortopedik, pediatrik reabilitasiyada əzələ gücləndirmək üçün istifadə olunan, müqavimətli rezinlərdir.
  6. Dumble- Əməliyyat sonrası, ortopedik, pediatrik reabilitasiyada əzələ gücləndirmək üçün istifadə olunan

 

  

 

Spinal dekompresyon sistem- bel ve boyun yırtığı olan xəstələrdə istifadə olunan bu cihaz- əməliyyat olması məsləhət görülən ya da əməliyyat olub yaxşılaşmayan xəstələrdə, uğur qazanma  ehtimalı 93%-ə qədər  yüksələn əməliyatsız bir müalicə üsuludur.

Bu cihaz  Amerika başda olmaqla dünyada 12 müxtəlif ölkələrdə istifadı olunmaqdadır və keyfiyyət sertifikasiyası təsdiqlənmişdir.

    
 
SPİNAL DEKOMPRESYON MÜALİCƏSİNİN FAYDASI NƏDİR?

Bu cihaz üstün texnologiyaya malik olub yırtıq olan  diskə birbaşa təsir edərək təzyiqi ortadan qaldırmaqda xəstəliyi müalicə edir.


SPİNAL DEKOMPRESYON MÜALİCƏSİ EFFEKTİVDİR Mİ?

Uğur ehtimalı müalicənin dərhal sonrasında 74%-dır. Müalicədən 3 ay sonra 90%- lara qədər yüksəlir.

SPİNAL DEKOMPRESYON MÜALİCƏSİNDƏN SONRA YIRTIQDA TƏKRARLANMA OLUR MU?

2 % Xəstədə təkrarlama görünə bilir.

HANSI XƏSTƏLƏRƏ ƏKS-GÖSTƏRİŞDİR?

Onurga sınıqları, şiddətli sümük əriməsi, hamilələr, spondilolistezisli xəstələr müalicə ala bilməzlər.

MÜALİCƏ NƏ QƏDƏR DAVAM EDİR?

Müalicə ilk 2 həftə həftədə 5 seans, 3. ve 4. həftə həftədə 3 seans, son iki həftə həftədə 2 seans olmaqla cəmi 20 seans davam edir.
İlk 3 seansda rahatlama başlaya bilərsə də, ümumilikdə 2. həftənın sonunda 50% yaxşılaşma gözlənilir.

SPİNAL DEKOMPRESYON CİHAZI  HANSI XƏSTƏLİKLƏRDƏ TƏTBİQ OLUNUR ?
• BEL YIRTIQLARI
• BOYUN YIRTIQLARI
• DEGENERATİF DİSK XƏSTƏLİKLƏRİ
• SİYATİK
• ONURĞA KANALI STENOZLARI
• 6 AYDAN GEC VƏUÖURSUZ BEL ƏMELİYYATINA BAĞLI AĞRILAR
• SKOLİOZ
• ƏZƏLƏ SPAZMI SƏBƏBİYLƏ OLAN TUTULMALAR