Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının (ATUTCK) umumi cərrahiyyə şöbəsi 7 gün 24 saat ərzində Sizin xidmətinizdədir. Klinikanın Əməliyyat bloku dünyada qəbul olunmuş standartlar və protokollar əsasında bütün müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunmaqla, 18 əməliyyat otağını özündə birləşdirir. Klinikada demək olar ki, bütün növ cərrahi əməliyyatlar uğurla həyata keçirilir – uşaq cərrahiyyəsi, ümumi cərrahiyyə, orqan köçürülməsi, uroloji, kardioloji, nefroloji, üz-çənə cərrahiyyəsi, baş-boyun cərrahiyyəsi, ginekoloji əməliyyatlar, burun-qulaq-boğaz, neyrocərrahı, travmatologiya və ortopediya və s. əməliyyatlar. Xəstəxanada icra olunan bütün əməliyyatlar zamanı keçirilən anestezioloji xidmətlər beynəılxalq standartlara cavab verirr.
Ən müasir texniki tibbi avadanlıqlarla təchiz olunması, yüksək standartlara cavab verən əməliyyat
blokunun olması, Avropanın bir sıra aparıcı klinikalarında təcrübə keçən cərrahlar, əməliyyat zamanı ultrasəs və rentgen müayinəsinin ən müasir cihazlar vasitəsi ilə aparılması, əməliyyatların video məlumatların arxivləşdirilməsi bizim üstünlüklərimizdir.