ATU-nun Tədtris Cərrahiyyə Klinikasının Statistika şöbəsi həftənin 6 günü xidmət göstərir.Statistika şöbəsinin əsas funksiyası uçot-hesabat göstəricilərini sistemləşdirmək və onların statistik işlənməsini təmin etmək, bilavasitə Səhiyyə Nazirliyi ilə əlaqədə olub, səhiyyə müəssisəsi haqqında olan tam statistik məlumatlar ilə Səhiyyə Nazirliyini informasiyalandırmaqdan ibarətdir . Həkim-statistik Səhiyyə müəssisəsinin fəaliyyət göstəricilərini hesablayır, uçot formalarının aparılması və statistika hesabatlarının tərtib edilməsi qaydaları barədə işçiləri təlimatlandırır. Müəssisə üzrə illik statistika hesabatını tərtib edir. Statistika üzrə uçot-hesabat formaları blanklarının alınması üçün vaxtında tələbnamə verir. Statistika uçotunun göstəriciləri əsasında müxtəlif arayışlar hazırlayır.