Marketinq

Marketinq mürəkkəb və dinamik sistem olub müəssisə fəaliyyətinin idarə olunmasını, onun tanıdılmasının istiqamətləndirilməsini təmin edir. O, təşkilati-texniki, iqtisadi, sosial və s. sahələri özündə birləşdirən idarəetmənin aparıcı və həlledici funksiyasıdır.

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında da marketing şöbəsi fəaliyyət göstərir. Burada aparılan iş prinsipi – cəmiyyətin təlabatlarını ödəmək vasitəsi ilə mənfəət qazanmaq üçün istehsal və mübadilə prosesinin kompleks təşkil olunmasıdır. Mübadilə prosesini effektiv həyata keçirmək üçün ilk növbədə istehlakçıların təlabatlarının müəyyən edilməsi, bu təlabatlara uyğun xidmətlərin hazırlanması, təqdim olunması, təşkili (reklam), qiymətləndirilməsi fəaliyyəti tələb olunur və bütün bunlar marketinq tərəfindən həyata keçirilir. Başqa sözlə desək marketinq şöbəsi müəssisənin daxili mühitinin cəmiyyətin təlabatlarına uyğunlaşdırılması, göstərilən xidməti tanıtdırmaq üçün əlverişli şərait yaratmaq, onun keyfiyyətini, çeşidini və istehsal həcmini müştərilərin tələbatına uyğunlaşdırmaq məqsədi ilə bazar şəraitinin təhlili və proqnozlaşdırılması ilə məşğul olur. Marketinqin fəlsəfəsi çox sadədir: "Elə məhsul istehsal et ki, ona olan təlabat təmin edilmiş olsun". Bizim də məqsədimiz ciddi seçim etməklə respublikamızın vətəndaşlarına səviyyəli tibbi xidmət göstərmək, bununla yanaşı yüksək səviyyədə elm-tədris proqramları həyata keçirməkdir.

Amacımız beynəlxalq səhiyyə sisteminə inteqrasiya olmaq, Qafqaz regionunda ən yaxşı tibb mərkəzlərindən birinə çevrilərək, dünya səhiyyə sistemində layiqli və səviyyəli bir yer tutmaqdadır.