Mətbəx

AzərbaycanTibb Universiteti Tədris Cərrahiyyə Klinikasının mətbəxi əməliyyat olunmuş xəstələrin hər birinə fərdi olaraq yanaşma ilə yüksək səviyyədə xidmət göstərir. Belə ki, burada beynəlxalq standartlara uyğun tərtib olunmuş pəhriz stolları xəstənin keçirmiş plduğu əməliyyatlara uyğun olaraq hər bir xəstəyə individual olaraq təyin olunur. Yeməklər tanınmış “REM” yemək şirkəti tərəfindən hazırlanır. Belə ki, yeməklər gündə üç dəfə olmaqla xüsusi termobokslarda, xəstələrin sayına və diaqnozuna uyğun olaraq fərdi şəkildə, bütün keyfiyyət göstəricilərinə uyğun tərzdə hazırlanılır. Bundan əlavə xəstənin vəziyyəti ilə əlaqədar olaraq ehtiyac olduqda əlavə qidalar həkim-dietoloqun nəzarəti ilə təyin olunur. Hər xəstəyə verilən qidaların keyfiyyəti, saxlanma şəraiti, qablaşdırılması və yüksək keyfiyyətlə xəstələrə çatdırılması əsas məqsədimizdir.

Pəhriz stollarımız aşağıdakılardan ibarətdir:

Pəhriz stolları

“0” Pəhrizi əsasən Həzm Sistemi əməliyyatlarından sonra (mədə rezeksiyası, bağırsaq və s.), eləcə də uroloji və qinikoloji xəstələrə tətbiq edilir.

Stol № 0

Əməliyyatdan sonrakı 2-3 gündə maye və jeleyəbənzər, tez həzm olunan, həzm sistemi funksiyasını yükləməyən qidalar daxildir. Bu dietə Ət bulyonu, Kompot, İtburnu dəmləməsi, Meyvə jelesi . Qida dəyəri: 1000 kkal, karbohidrat - 210qr, zülal - 10q , yağ -10qr , NaCl - 3qr.

Stol № 0b

“0” pəhrizindən sonra bir qədər geniş pəhriz – Maye kaşalar, Buxar pudinqləri, Zülallı omletlər, Az qaynadılmış yumşaq yumurta, Kompot, Bir az suxari. Qida Dəyəri: 1500 kkal, karbohidrat - 310qr, zülal - 30q , yağ -12qr .

Stol № 0v

0b pəhrizindən sonraki keçid – Sufle halında buxarda bişirilmiş tvorojniklər, Buxarda bişirilmiş pudinqlər, Qaynadılmış toyuq, Yagsız balıq, Tərəvəz püresi və Şorbaları, limonlu çay. Qida dəyəri : 1700 kkal, karbohidrat - 340qr, zülal - 60q , yağ -30qr .

Stol № 1a

Mədə və 12 barmaq bağırsaq, kəskinləşmiş xora xəstəlikləri, həçinin “0” pəhrizindən sonrakı ilk geniş pəhriz. 10-14 gün təyin edilir. Bu pəhrizə daxildir: Bişmiş ətdən sufle, Südlü kaşala, Az qaynadılmış yumşaq yumurta, Tvoroq sufle, Su ilə durulaşdırılmış turş olmayan meyvə şirələri. (Çörək və suxari olmaz!) Qidalanma rejimi az porsiyalarla 6 dəfəyə hesablanmışdır.
Qida dəyəri : 2100 kkal, karbohidrat - 220qr, zülal - 60q , yağ -100qr .

Stol № 1b

Bu pəhriz 1a – ya əlavədir. Əlavələr: Ag suxari 80-100qr, Buxarda bişirilmiş Ət və Balıq məhsulları gündə 2 dəfə, 10-14 gün təyin edilir. 
Qida dəyəri : 2500 kkal, karbohidrat - 300qr, zülal - 100q , yağ -100qr, NaCl - 3qr

Stol № 1v

Bu Pəhriz № 1-ə keçiddir. Buraya daxildir: Ağ çörək, Meyvə və Tərəvəz püresi (kartof, kök, alma) əlavə edilir. Buxarda bişirilmiş Ət və Balıq məhsullarının sufle və Kotlet halında miqdarı artırılır.

Pəhriz № 1

Qidalanmanın balanslaşdırılmasıdır ki, qəbul edilə bilər. Ambulatorda və evdə istifadə edilə bilər. Qida dəyəri 3000kkal-dir. Əsasən qizardılmış yeməklər və şorbalardır ki, onlar bütün məhsullarda çox zəngindir. Ət örtük qatlardan və birləşdirici toxumalardan təmizlənməlidir. № 1 pəhrizi 1-2 ay təyin edilir.

Pəhriz № 2

Ümumi qidalanmaya keciddir, Pəhriz № 1, № 4, № 5-dən sonra təyin edilir. Xroniki qastrit və sekretor çatışmamazlıqlarda təyin edilir.
Qızardılmış qidalar, peraşki və ponçiklər Olmaz!

Pəhriz № 3

Müxtlif etiologiyalarda, qəbizlikdə tətbiq edilir.
Hemoroy və çatda əsasən isti mayelər, tund çay və qəhvə, tort və pirojnalar Olmaz!
Daha çox meyvə və tərəvəz - kələm, gavalı, çuğundur və s. göstərişdir.

Pəhriz № 4

Əsasən enterokolit və kolitli xəstələrə təyin edilir. Mexaniki və kimyəvi qiciqlanlanmala məhdudiyyət qoyur, Meyvə, tərəvəs, qara ciyər və süd qida rasionundan cixarilir. Pəhriz № 4-ə əsasən müvəqqəti muddətdə panosu olan xəstələrə təyin edilir.

Pəhriz № 5

Əsasən qara ciyər və öd yolları xəstə olanlara təyin edilir və xroniki bağırsaq xəstələrinə də verilə bilər – botulizm, hepatit, serroz, xolesistit, qastrit, kolit. Yağlı və xolesterinli qidalar məhdudlaşdırılır. Pəhriz № 5 pankreatitli xəstələrə təyin edilir.

Pəhriz № 6

Əsasən böyrək xəstəliyi olanlara təyin edilir. Ümumi xarakteri - süd, bitki məhşəli qidalardir. Əsasən ət, baliq məhsulları məhdudlaşdırılır.

Pəhriz № 7

Əsasən hipertoniya xəstəliyi olanlara təyin edilir, bəzi boyrək və ürək-damar xəstələrinə verilir. Bu pəhrizdə maye və duz, həmçinin qəhvə, kakao, ədviyyat kimi qiciqlandırıcı qidalar azaldılır. Əsasən Kartof, Quru ərik və s. qidalar təyin edilir.


Pəhriz № 8

Əsasən Artıq çəkidən əziyyət çəkən xəstələrə təyin edilir. Maddələr mübadiləsini yaxşılaşdıran qidalar, yagların depolanmasının qarşısını almaq üçün duz və maye qəbulu azaldılır, həmçinin ağ çörək-bulka, ağ kaşalar məhdudlaşdırılır. Əsasən Yagsız Ət, Balıq, Meyvə-Tərəvəz, Qrecka, Çovdar çörəyi və s. təyin edilir.

Pəhriz № 9

Əsasən Şəkər xəstəliyi olanlara təyin edilir. Şəkərli və yağlı qidalar tam məhdudlaşdırılır.

Pəhriz № 10

Əsasən ürək, qan-damar xəstəlikləri olanlara – ateroskleroz, hipertoniya, karonar çatışmamazlıqları olan xəstələrə təyin edilir. Yağ və karbohidratlar məhdudlaşdırılır, maye və duz azaldılır. Əsasən süd və bitki mənşəli qidalar təyin edilir.

Pəhriz № 11

Qida ve bioloji deyeri artirmaq meqsedile, eyni zamanda agir xestelerin muqavimetini artirmaq ucun guclendirilmis qidalar teyin edilir. Verem ve animiyanin bezi formalarinda, qanitirmelrinde ve s. teyin edilir.

Pəhriz № 14

Əsasən fosfat tərkibli daşlarən əmələ gəlməsinin qarşısını almaq üçün təyin edilir. Əsasən antioksidant, qələvi reaksiyasi olmaq üçün süd və süd məhsulları məhdudlaşdırılır. Əsasən ət, baliq, çörək, yarma məhsulları və s. verilir.

Pəhriz № 15

Rekonvalesentli, sağlam insanlara təyin edilir. Heç bir pəhriz ehtiyacı yoxdur. Ümumi qidalanma!

Bundan əlavə I, IV və VIII mərtəbələrdə xəstə yaxınları, tibb personalları və tələbələr üçün də yüksək keyfiyyətli mətbəxtlər xidmət göstərməkdədir.