Azərbaycan Tibb Universitetinin Urologiya kafedrası 26 mart 1975-ci ildə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 60 çarpayılıq uroloci şöbəsinin bazasında təşkil edilmişdir. Bir neçə il sonra M.N.Qədirli adına Mərkəzi Hövzə xəstəxanasının 45 çarpayılıq Urologiya şöbəsi də baza kimi kafedraya verilmişdir. O zaman həm kafedranın açılmasında, həm də onun ikinci bazasında filialının yaradılmasında gənc alim S.B.İmamverdiyevin böyük xidmətləri olmuşdur. Kafedra təşkil edildikdən sonra kafedra müdiri vəzifəsinə t.e.d. Nurəli Lətif oğlu Əfəndiyev təyin olunmuşdur.
N.L Əfəndiyev 1924-cü ilin sentyabr ayının 5-də Azərbaycanın Ağdaş rayonunun Xanabad kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1941-ci ildə Azərbaycan Tibb İnstitutunun(ATİ) Pediatriya fakültəsinə daxil olmuş və 1946 -cı ildə oranı bitirmişdir. O,1962-ci ildə Moskvada «Prostat vəzinin hipertrofiyası zamanı adenomektomiyaya göstərişlər» mövzusunda namizədlik və 1969-cu ildə «Böyrəyin bəzi xəstəlikləri zamanı onun rezeksiyası» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Kafedra müdiri vəzifəsinə seçilənə kimi o, Moskvada 50 saylı Kliniki şəhər xəstəxanasının uroloci şöbəsinin müdiri işləmişdir.Professor N.L.Əfəndiyev 1990-cı ilə kimi kafedraya rəhbərlik etmişdir. Bu müddətdə o,3 nəfər elmlər namizədi hazırlamış, 130-dan çox elmi məqalə, 1 monoqrafiya çap etdirmiş və bir neçə səmərələşdirici təklif vermişdir. Bundan əlavə kafedranın əməkdaşları tərəfindən bir çox məqalələr və iki monoqrafiya çap edilmiş, tədris prosesinin təşkil olunmasında mühüm işlər görülmüşdür.
1990-ci ildə kafedra müdiri vəzifəsinə professor Sudeyf Bəşir oğlu İmamverdiyev seçilmişdir. Azərbaycanda Urologiyanın inkişafında onun böyük xidmətləri olmuşdur. S.B.İmamverdiyev 1938-ci il iyul ayının 2-də Astara şəhərində müəllim ailəsində anadan olmuşdur. Astarada orta məktəbin rus bölməsini bitirərək, 1956-cı ildə ATİ-nin müalicə-profilaktika fakültəsinin azərbaycan bölməsinə daxil olmuş və 1962-ci ildə oranı bitirmişdir.
O,1968-ci ildə Bakıda «Sidikliyin, prostat vəzinin və xarici cinsiyyət üzvlərinin şişlərində limfoqrafiya və sümükdaxili çanaq fleboqrafiyasının rolu» mövzusunda namizədlik, 1974-ci ildə isə Moskvada « Hər iki böyrək arteriyasının xəstəliyi zamanı vazorenal hipertoniyanın cərrahi müalicəsi» mövzusunda doktorluq dis¬ser¬tasiyası müdafiə etmişdir.1976-cı ildə Urologiya kafedrasının dosenti, 1977-ci ildə isə professoru vəzifəsinə seçilir.Alim 80-ci illərdən başlayaraq, cərrahi əməliyyatların texniki cəhətdən təkmilləşdirilməsi istiqamətində böyük işlər görmüşdür. Belə ki, işlədiyi müddətdə urologiyanın müxtəlif sahələrinə həsr olunmuş 13 ixtira və səmərələşdirici təklif vermişdir.Bunlara - nefroptozun cərrahi müalicəsi zamanı böyrək və böyrəkətrafı toxumalarda baş vermiş dəyişikliklərin xüsusiyyətlərinə görə tətbiq olunan 3 nefropeksiya üsulu (1984, 1986, 1992) , sistektomiyadan sonra sidik axarının S-vari bağırsağa köçürülməsinin yeni modifikasiyası (1986 ) , prostat vəzinin adenoması olan ahıl və qoca yaşlı xəstələrin taktivinlə immunokorreksiyası (1988 ), veziko-vaginal fistulaların transperitoneal plastikası (1991 ) , mərcanvari və çoxlu nefrolitiazın cərrahi müalicəsində böyrək arteriyasının sıxılması zamanı böyrəyin işemiyadan müdafiəsi (1993 ), prostat vəzinin adenoması zamanı yeni hemostaz üsulu (1985, 1997), sidik kisəsi xərçəngində sidiklikdən keçməklə sidikliyin rezeksiyası və ureterosistoneostomiya üsulu (1987, 1998), Varikoselektomiya zamanı kollateral venaların aşkarlanması üsulu ( 2004),Anderson-Xaynes əməliyyatının yeni modifikasiyası (2005) aiddir. Bütün bunlar urologiyanın inkişafına güclü təkan vermiş və xəstələrin müalicəsində böyük dönüş yaratmışdır.
Azərbaycanda 1970-ci illərdə mürəkkəb damar müayinələrinin (translyubal və Seldinger üsulu ilə aortoqrafiya, venakavaqrafiya, çanaq arteriaqrafiyası, limfaqrafiya) aparılması onun fəaliyyəti nəticəsində vüsat almışdır. Belə ki, Seldinqer üsulu ilə qarın aortoqrafiyası, venokavoqrafiya və digər damar müayinələri kafedrada ilk dəfə onun tərəfindən həyata keçirilmişdir.
O, 1979-cu ildə Qafqazda ilk dəfə olaraq böyrək arteriyasının ekstrakorporal rezeksiyası və böyrəyin autotransplantasiyası əməliyyatı müvəffəqiyyətlə icra edilmişdir.Sidikliyin bədxassəli şişlərinin ağır formalarının müalicəsində əldə olunmuş müvəffəqiyyətlər Respublikamızda S.B.İmamverdiyevin adı ilə bağlıdır. Belə ki , sidikliyin yayılmış və residiv şişlərində yaxın və uzaq nəticələri effektli olan sistektomiya, ureterosiqmostomiya ureterokutaneostomiya kimi radikal əməliyyatlar Azərbaycanda ilk dəfə onun tərəfindən həyata keçirilmişdir.Alimin bu sahədə apardığı tədqiqatların nəticəsi olaraq, onun təşəbbusu və rəhbərliyi ilə 2007-ci ilin aprelin 27-də Bakıda «Uroonkoloci əsaslara müasir baxışlar» adlı böyuk elmi - praktiki konfrans keçirilmişdir.Uroloci praktikada geniş yayılmış xəstəlik olan «Prostat vəzinin adenoması» nın (prostat vəzinin xoşxassəli hipertrofiyası) cərrahi müalicəsi və ondan sonrakı dövrdə baş verən qanaxma və irinli septiki ağırlaşmalar aktual problem olaraq qalır. Alimin bu sahədə apardığı tədqiqatlar elmə yenilik kimi daxil olmuşdur.Prostat vəzinin xərçənginin diaqnostikasında punksion biopsiyanın və radikal prostatektomiyanın tətbiqi də Azərbaycanda ilk dəfə olaraq 1995- ci ildə S.B.İmamverdiyev tərəfindən həyata keçirilmişdir. Professor S.B.İmamverdiyevin 1991-ci ildə «Veziko-vaginal fistulaların transperitoneal plastikası» üsulu bu patologiyanın bəzi ağır formalarının cərrahi müalicəsinin müvəffəqiyyətlə başa çatdırılmasını və əməliyyatdan sonrakı nəticələrin effektli olmasını təmin edir. Son 20 ildə S.B.İmamverdiyevin bu xəstələrdə apardığı əməliyyatlar 100% sağalma ilə nəticələnmişdir.Uroloci praktikada yayılmış xəstəliklərdən biri olan böyrək sallanmasının cərrahi müalicəsi problemi də aktual olaraq qalmaqdadır. Professor S.B.İmamverdiyev böyrəkdə və ətraf toxumalarda olan dəyişikliklərin xüsusiyyətlərini nəzərə alaraq üç nefropeksiya üsulu təklif etmişdir. Əməliyyatların yaxın və uzaq nəticələri haqqında Türkiyədə (Ankara,1994), Sankt -Peterburqda (2002) və respublikamızda məqalələr çap olunmuşdur. Bu üsula da ixtira kimi müəlliflik şəhadətnaməsi alınmışdır. Alimin bu sahədə apardığı tədqiqatlar 2011-ci ildə V.Y. Əbdürrəhimova ilə birlikdə yazdığı "Nefroptozun cərrahi müalicəsi" adlı kitabında geniş şərh edilmişdir. 2012-ci ildə Abu Nahleh ilə birlikdə dərc edilmiş "Хирургическое лечение гидронефроза» adlı kitabda bu cətin patologiyalı xəstələrin cərrahi müalicəsinin aspektləri və uzaq nəticələr geniş əks edilmişdir. Hal hazırda bu kitab ingilis və ərəb dillərinə tərcümə edilir. 2013-cü ildə R.N. Nağıyev ilə birlikdə "Böyrək xəstəliklərində laparoskopik cərrahiyə" adlı metodik vəsait nəşr edilmişdir.
Böyrəklərdə (bir ya iki tərəfli) mərcanvari və çoxlu daşlar zamanı, uşaqlarda və böyüklərdə sidik sistemi üzvlərində bərpa edici plastik və rekonstruktiv əməliyyatlar qadınlarda ağır fəsad sayılan urogenital fistulaların cərrahi ləğvi kimi əməliyyatların müvəffəqiyyətlə həyata keçirilməsi S.B.İmamverdiyevi müstəsna cərrahi məharətə və savada malik olan bir mütəxəssis kimi xarakterizə edir.
1999-cu ildən başlayaraq onun tərəfindən aşağı sidik yollarının xoş və bədxassəli şişləri zamanı TUR (transuretral rezeksiya) əməliyyatları da müvəffəqiyyətlə tətbiq olunmaqdadır.S.B. İmamverdiyevin Azərbaycanda Andrologiyanın inkişafında da böyük xidmətləri olmuşdur.Uroloci praktikada priapizm, Peyroni xəstəliyi ağır xəstəlik sayılaraq, cavan və orta yaşlı insanlarda erektil disfunksiya ilə nəticələnir. Azərbaycanda bu xəstəliklər zamanı ilk dəfə olaraq yaxın və uzaq nəticələri qənaətbəxş olan böyük həcmli əməliyyatları o həyata keçirib. Son illərdə alimin bu sahədə gördüyü işlər böyük əhəmiyyət kəsb edir.S.B. İmamverdiyevin Azərbaycanda laparoskopik urologiyanın inkişafındada böyük xidmətləri olmuşdur. Hazırda bir sıra uroloci xəstəliklərin cərrahi müalicəsində laparoskopik üsulla aparılır. Ölkəmizdə ilk laparoskopik uroloci əməliyyat 2010-cu ilin noyabr ayında prof. S.B. İmamverdiyev və olun tələbəsi t.e.n. R.N. Nağıyev tərəfindən aparılmışdır. Hazırda bu işlər S.B. İmamverdiyevin rəhbərliyi altında t.e.n R.N.Nağıyev tərəfindən davam etdirilir. Professor S.B.İmamverdiyev işlədiyi müddətdə Azərbaycanda elmi kadrların hazırlanması, tədris işlərinin keyfiyyətinin yaxşılaşdırılması və səmərəli uroloci xidmətin təşkili istiqamətində daima çalışmış, öz bilik və bacarığını əsirgəməmişdir. Tədrisin keyfiyyətini yaxşılaşdırmaq məqsədiilə onun, 2005-ci ildə T.A.Talıbovla birlikdə yazdığı Urologiya dərsliyi çapdan çıxmışdır. Professor S.B.İmamverdiyev elmi kadrların hazırlanması istiqamətində də daima çalışmışdır. Məhz onun rəhbərliyi ilə kafedrada 16 namizədlik, 3 doktorluq dissertasiyası müdafiə olunmuş, 4 doktorluq dissertasiyası yazılır. Alimin elmi fəaliyyəti dövründə həmçinin urologiyanın müxtəlif problemlərinə həsr olunmuş 300-dan çox elmi məqaləsi, 8 monoqrafiyası, 6 dərs vəsaiti, 1 dərsliyi çapdan çıxmışdır. Görkəmli alim Azərbaycan elmini dəfələrlə dünyanın 30 -dan çox ölkəsinin mötəbər elmi konfranslarında təmsil etmişdir.Professor S.B. İmamverdiyevin urologiya sahəsində olan elmi fəaliyyəti Respublikamızda və ondan kənarda daima yüksək qiymətləndirilmişdir. O, 1993-cü ildə Avropa Uroloqlar Assosiasiyasının həqiqi, 2000-ci ildə Gürcüstan Uroloqlar Assosiasiyasının fəxri , 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. O, həmçinin 2005 -ci ildə « SKV» Uroloqlar Assosiasiyasının və Türk Cümhuriyyətləri Androloci Konfedarasiyasının sədri seçilib. Alim elm sahəsində göstərdiyi xidmətlərə görə 2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə Şöhrət ordeni ilə , 2006 -ci ildə isə Y. Məmmədəliyev adına medalla təltif edilmiş, 2008-ci ildə isə «əməkdar elm xadimi» adına layiq görülmüşdür. Аlim həmçinin еlm sаhəsində göstərdiyi хidmətlərə görə 2010-cu ildə Rusiyа Təbiət Еlmləri Аkаdеmiyаsının müхbir üzvü sеcilmiş, Еlmi məktəbin yаrаdıcısı fəхri аdınа lаyiq görülmüş və cərrahi urоlоgiyаdа iхtirаcılıq və səmərələşdirici təklif vеrmək fəаliyyətinə görə «Alfred Nоbеl» qümüş mеdаlı ilə təltif оlunmuşdur.
2011-ci ildə Rusiyа Təbiət Еlmləri Аkаdеmiyаsının həqiqi üzvü seçilmiş və elmin inkişafında görkəmli xidmətlərinə "B.İ.Vernadski "adına qızıl medalla təltif olunmuşdur.
Professor İmamverdiyev S.B. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasinin üzvü kimi fəaliyyətini davam etdirir. Elmi fəаliyyəitlə yanaşı, Yеni Аzərbаycаn Pаrtiyаsının Siyаsi Şurаsının üzvü kimi siyаsi fəаliyyəitini də dаvаm еtdirir və 2013-cu ildə Respublika Ağsaqqallar Şurasının sədrinin müavini seçilmişdir. S.B.İmamverdiyev həmçinin tanınmış iсtimai xadimdir və 1995-сi ildə Müstəqil Azərbayсan Respublikasının ilk parlamentinin (Milli Məсlis) deputatı seçilmişdir. O, 2000-сi ildə II dövrə (2005-сi ilədək) yenidən Milli Məсlisə deputat seçilmişdir. 2 iyul 2013 - cü ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasının Prezidentinin Fəxri diplomu" ilə təltif olunmuşdur.
Qeyd etməliyik ki , kafedra 2006-cı ilin yanvar ayına kimi 2 bazada fəaliyyətini davam etdirmişdir. 2006 -cı ilin fevral ayından isə M.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının uroloci şöbəsinin bazasında fəaliyyətini davam etdirir. 2009-ci ilin may ayından fəaliyyətini yenə 2 bazada - M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının və Mərkəzi Dənizçilər xəstəxanasının urologiya şöbəsinin bazasında davam etdirir. Hazırda kafedrada bir professor (S.B.İmamverdiyev), 4 dosent (t.e.d Ə.A.Baxışov, t.e.d. A. M. Bağırov, t.e.d. İ.S.Əhmədov, t.e.n T.A.Talıbov), 6 assistent tibb elmləri namizədləri İ.F.Mahmudov, E.N.Əfəndiyev, , E. C. Qasımov, V.Y. Əbdürrəhimova, R.N. Məmmədov, R.N. Nağıyev, A.F. Əhədov, 7 baş laborant (t.e.n. R.T.Hüseynzadə, Ç. Ş. Əlizadə, Y.M. Astanov , M.Ə. Qocayev, M. Məmmədov, A. Məmmədov, F.Ə. Əhmədov), 12 rezident çalışır.
Beləliklə, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrası tibb elmləri doktoru, MEA-nın müxbir üzvü , əməkdar elm xadimi, professor Sudeyf Bəşir oğlu İmamverdiyevin rəhbərliyi altında fəaliyyətini davam etdirir. Hazırda kafedra Azərbaycanda urologiyanın bütün sahələri üzrə ən ağır və çeşidli əməliyyatların aparılması ilə fərqlənir.
Kafedranın əsas bazası yeni açılmış Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Urologiya şöbəsinin əsasında formalaşmışdır. Qeyd etməliyəm ki, Tədris Cərrahiyyə Kliniikasının 2013-cü il sentyabr ayında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən təntənəli açılış mərasimi keçirilmişdir. Klinikada hal-hazırda müasir urologiyanın istər diaqnostik, istərsə də cərrahi müalicəvi yönündə ən uğurlu işlər aparılmaqdadır. Belə ki, klinikanın urologiya şöbəsində ən müasir endoskopik, laporaskopik, açıq və androloji müayinə və müalicə üsulları geniş tətbiq edilməkdədir.