Anesteziologiya və reanimasiya kafedrasının əsası 1920-ci ildə qoyulmuşdur. Kafedranın təşkilatçısı və ilk rəhbəri hələ Bakı Universitetinin yaradıldığı vaxtdan xeyli əvvəl Bakıya köçmüş, Qara Şəhər xəstəxanasının həkim-cərrahı, tibb doktoru B. K. Finkelşteyn olmuşdur. O vaxt Bakı Universitetində I kursdan başqa, II və III kurslara da tələbə qəbul edildiyinə görə, Universitetdə eyni vaxtda həm ümumi cərrahlıqdan, həm də hospital cərrahlığından dərs deyən həkim-pedaqoqlara ehtiyac var idi ( yuxarı kurslara tələbələr Zaqafqaziya Universitetinin Bakıda oxumaq arzusunda olan tələbələri arasından qəbul edilmişdir). İxtisaslı mütəxəssislər azolduğuna görə , B.K. Finkelşteyn ümumi cərrahlıq kafedrasına rəhbərlik etməklə bərabər, 1921-ci ilin payızında hospital cərrahlığı kafedrasına müdir seçildi. Bu dövrdə III kurs tələbələrinə ümumi cərrahlıq və V kurs tələbələrinə hospital cərrahlığı fənləri kiçik bir xəstəxana şöbəsində keçilirdi. 1922-ci ilin payızında hospital cərrahlığı kafedrası N.A. Semaşko adına xəstəxananın 8-ci korpusuna köçürüldü. Bundan sonrakı bir neçə il ərzində (1922-1926-ci illər) o vaxtlar cərrahi propedevtika adlanan ümumi cərrahlıq kafedrası öz fəaliyyətini dayandırdı. Lakin bu dövrdə ümumi cərrahlıq fənni üzrə mühazirələr hospital cərrahlığı kafedrasında oxunurdu. 1926-ci ildə ümumi cərrahlıq kafedrasının fəaliyyəti bərpa edildi və kafedranın rəhbərliyi o vaxta qədər topoqrafik anatomiya o operativ cərrahlıq kafedrasının müdiri vəzifəsində işləyən A.İ. Okinseviçə həvalə edildi.
A.İ. Okinseviç (1868 -1938) -1904 –cü ildən Sabunçu xəstəxanasının cərrahlıq şöbəsinin müdiri vəzifəsində işləmişdir. O, qaraciyərin dizenteriya mənşəli absesinin cərrahi müalicəsi ilə məşğul olmuş və bu problemə dair moonoqrafiya yazaraq, 1910-cu ildə çap etdirmişdi. Bu monoqrafiyaya görə A.İ. Okinsevıçə 1922-ci ildə tibb elimləri doktoru alimlik dərəcəsi verilmiş və həmin il onun professor elmi adı təsdiq edilmişdir. 1926-cı ildə müsabiqə yolu ilə operativ cərrahlıq kaferasına müdir seçilən A.İ. Okinşeviç az müddət ərzində qüdrtətli bir kollektiv yaratdı. Azərbaycanın cərrahlıq elminin bir çox nüfuzlu nümayəndələri (Z.M. Məmmədov, F. Ə.Əfəndiyev, G.R. Qurbanov, A.Sultanov və b.) A.İ. Okinseviçin şagirdləri olmuşlar. O, elmi işlərinin əksəriyyətini qalxanabənzər vəzinin cərrahlığı məsələlərinə həsr etmişdir. 1932-ci ildə ildə ona Əmək Qəhrəmanı, 1936-cı ildə əməkdar elm xadimi fəxri adı verilmişdir.
A.İ. Okinseviçin vəfatından sonra (1938-ci ildə) kafedra müdiri vəzifəsinə sonralar Azərb. EA-nın akademiki olmuş, 1942-1946-cı illərdə ATİ-nin rektoru vəzifəsində işləmiş əməkdar elm xadimi, prof. Z.M. Məmmədov (1903-1971) təyin edildi. Bu kafedraya 1971-ci ilə qədər rəhbərlik edən prof. Z.M.Məmmədov Azərbaycanda cərrahlığın inkişafında müstəsna dərəcədə böyük rolu olan alimlərimizdən biridir Z.M. Məmmədov Azərbaycanda cərrahi endokrinologiyanın əsasını qoymuşdur. Onun rəhbərlik etdiyi dövrdə kafedrada elmi-tədqiqatların əsasını endokrin sistem xəstəliklərinin cərrahi müalicəsi təşkil edirdi.Bundan əlavə , Z.M.Məmmədov və onun rəhbərlik etdiyi kollektiv ümumi cərrahlığın digər problemlərinə aid elmi-tətqiqat işləri aparmışdır. Bu tətqiqatların nəticələri Z.M. Məmmədov və onun rəhbərlik etdiyi kollektiv ümumi cərrahlığın digər problemlərinə aid elmi-tədqiqat işləri aparmışdır. Bu tədqiqatların nəticələri Z.M. Məmmmədovun “ Azərbaycan SSR-in Balakən, Zaqatala və Nuxa rayonlarında endemik ur xəstəliyi” (1939), “ Cərrahlıqda Naftalanın tətbiqi” (1952), “ Yırtıq zamanı qasıq kanalının bağlanması üsullarına dair” (1964) adlı monoqrafiyalarında və çoxsaylı elmi məqalələrində əks edilmişdir. Z.M. Məmmədov Azərbaycan dilində yazılmış “Operativ cərrahlıq” (1961) və “Umumi cərrahlıq (1969) dərsliklərinin müəllifidir. Onun rəhbərliyi ilə 5 elmləır doktoru , 18 elmlər namizədi hazırlanmışdır.
1971-ci ildə kafedraya qısamüddət ərzində Z.M.Məmmədovun tələbəsi-prof. Qəşəm Həşim oğlu Məmmədzadə (1903-1971) rəhbərlik etmişdir.
1973-cü ildən etibarən 1989-cu ilə qədər ümumi cərrahlıq kafedrasına respublikanın əməkdar həkimi, prof. Bəybala Xutkar oğlu Abbasov rəhbərlik etmişdir.
Prof. B.X. Abbasov (təvəllüdlü-1923-cü il) – 1949-cu ildə ATİ-nin müalicə profilaktika fakültəsini bitirmişdir. 1960-cı ildə müdafiə etdiyi namizədlik disertasiyası ümumi və daxili yuxu arteriyalarının zədələnmələrinin autoplastikasına həsr edilmişdir. 1968-ci ildə isə qarın aortasının rezeksiya və plastikası problemlərinə dair doktorluq dissertasiyası müdafiə etmişdir. B.X. Abbasovun təklif etdiyi damar plastikası üsulları Çexoslovakiya, Albaniya, Macarıstan və digər xarici ölkə cərrahlarının böyük marağına səbəb olmuşdur.
Prof. B.X. Abbasov kafedraya rəhbərlik etdiyi dövrdə ümumi cərrahlıq üzrə tədris proqramını zənginləşdirmiş , praktik məşğələlərin və mühazirələrin səviyyəsinin yüksəldilməsinə nail olmuşdur. Onun kafedra müdiri olduğu dövrdə kollektivin elmi-tətqiqatlarının əsas istiqamətləri qarın boşluğu orqanlarının kəskin cərrahi xəstəlikləriinin müalicə üsullarının tətqiqinə , qalxanabənzər vəzi və damaar cərrahlığı problemlərinə həsr edilmişdir. Prof. B.X. Abbasov çoxsaylı elmi məqalələr in müəllifi olmaqla yanaşı, cərrahlıq üzrə elmi-pedaqoji kadrlar hazırlanmasında da böyük xidmət göstərmişdir. O, iki dəfə (1987 və 1997-ci illərdə)çap edilmiş “Umumi cərrahliq” dərsliyinin, “ Eksperimental və klinik şəraitdə qarın aortasının plastikası zamanı hemodinamika problemi” (1976) monoqrafiyasının, 20səmərələşdirici təklifin 2 metodik tövsiyyənin, 150-dən artıq elmi məqalənin müəllifidir. 1981-ci ildə tibb universitetində ikinci ümumi cərrahlıq kafedrası təşkil edilmiş və bu kafedraya M.A.Topçubaşov ad. Klinik və Eksperimental Cərrahlıq İnstitutunun binasında kliniik baza ayrılmışdır. Yarandığı gündən bu kafedraya, prof. N.M. Rzayev rəhbərlik etmişdir. Kafedra 1991 –ci ildə sərbəst fəaliyyətini dayandırmış, institutda ümumi cərrahlıq fənni yenidən yalnız bir kafedrada tədris edilmişdir. Həmin kafedrada cərrahi müdaxilələrdən sonra baş verən tromboembolik ağırlaşçaların müalicəsi problemləri üzrə elmi araşdırmalar aparılmış, az müddət ərzində 4 namizədlik dissertadsiyası müdafiə edilmiş, 3 ixtiraya müəlliflik şahadatnaməsi almış, cərrahlıq praktikasında pankreatoduodenal zamanın patologiyası zamanı qaraciyərin rezeksiyası metodu tətbiq edilmişdir. Kafedranın fəaliyyətdə olduğu dövrdə əməkdaşların 120-dən artıq elmi işi, o cümlədən “Qan damarlarının cərrahi xəstəlikləei” ( N.M.Rzyev və b.) adlı monoqrafiyası çap edilmişdir.
Ümumi cərrahlıq və anesteziologiya kafedrasında prof. B. X.Abbasov elmi-pedaqoji fəaliyyyətini 1981-ci ildən indiyə qədər kafedranın ikinci professoru vəzifəsində davam etdirir. 1989-1994-cü illərdə kafedraya prof. B. M. Aşurov, 1994-1995-ci illərdə prof. E.A. Quliyev rəhbərlik etmişdir.
prof. B. M. Aşurovun yüzə yaxın elmi əsəri, 6 tədris və elmi –metodik tövsiyyənin , bir monoqrafiyanın müəllifi olmuşdur. O ATU-nun , rəhbərlik etdiyi ümumi cərrahlıq kafedrasına intensiv elmi tədqiqat işlərini aparmağa başlayır. Qısa müddət ərzində onun rəhbərliyi altında 10 namizədlik və 2 doktorluq dissertasiyası müvəffəqiyyətlə yerinə yetirilmişdir.
1991-ci ildə Azərbaycan Tibb İnstitutuna Universitet statusu veriləndə sonra prof. B. M. Aşurovbirinci prorektor seçilmişdir. Bəhram müəllim 1992-ci il aprel ayına kimi ATU-nun rektoru əvəzi işləmişdir. O ömrünün axrına kimi həmin kafedraya rəhbərlik edir.
1995-ci ildə kafedra müdiri vəzifəsinə t. e.d. Ç. M. Cəfərov seçilmişdir. O, indiyə qədər bu vəzifədə çalışır.
Son illərdə kafedranın klinik bazasında təmir tikinti işləri aparılmış, 16 dərs otağı tikilib istifadəyə verilmişdir. Tədris proqramları xeyli təkmilləşdirilmiş, mühazirə və praktik məşğələələrin mövzuları cərrahlığın müasir səviyyəsinə uyğunlaşdırılmışdır.
Ötən illər ərzində qarın boşluğu orqanlarının cərrahi müalicəsi , damar cərrahlığı, xronik qida borusu və mədə keçməməzliyinin cərrahi müalicəsi problemləri üzrə elmi-tətqiqatlar aparılmışdır. Bu illər ərzində kafedra əməkdaşlarının “Desmurgiya” (B.M.Aşurov, 1994), “Ümumi cərrahləqdan təcrübi vərdişlər” ( H. S.Bağırov, E.Ə. Quliyev, 1995), Urgent obdominal cərrahlıqda hemosorbsiya” (B. M. Aşurov, M.Y.Əliyev, H,S.Bağırov, 1991, rusca) və b. Kitabları işıq üzü görmüşdür.
Kafedranin fəaliyyətdə olduğu müddət ərzində burada aparılan elmi-tətqiqatlar müvəffəqiyyətlə müdafiə edilmiş 7 doktorluq və 30 namizədlik dissertasiyasının mövzusunu təşkil etmişdir.
Hazırda ümumi cərrahlıq və anesteziologiya kafedrasının Bazası M.Nağıyev adına Bakı şəhər Təcili yardım xəstəxanasında yerləşir. Bundan əlavə ,M.Qədirli ad. Mərkəzi Hövzə xəstəxanasında kafedranın ikinci klinik bazası təşkil edilmişdir. Klinikada 4 professor,10 dosent və 10 assistent çalışır.