Kafedra müdiri Bağırova Hicran Firudin qızı - tibb elmləri doktoru, professor, Respublikanın Əməkdar Həkimidir. Kafedraya 2003-cü ildən fasiləsiz rəhbərlik edir.
Kafedra 1920-ci ildə 27 sentyabrda Bakı Dövlət Universitetinin nəzdində yaradılmış, 1930-cu ildən etibarən Azırbaycan Dövlət Tibb İnstitutunun yaranması ilə əlaqədar fəaliyyətini onun nəzdində davam etdirmişdir. Hal hazırda kafedrada II müalicə-profilaktika fakultəsinin IV kurs tələbələrinə mamalıq, V kurs tələbələrinə ginekologiya, VI kurs tələbələrinə -subordinatorlara mamalıq və ginekologiya fənləri tədris olunur.
Hal hazırda kafedrada 2 professor, 6 dosent, 15 assistent, 10 baş laborant, 2 aspirant fəaliyyət göstərir.
IV kurs tələbələrinə mamalıq fənninin tədrisi 125 saat təcrübə məşğələsi (55 saat payız semestri, 70 saat yaz semestri), 28 saat mühazirə (18 saat payız, 10 saat yaz semestri), V kurs tələbələrinə ginekologiya fənni yaz semestrində 35 saat təcrübə 18 saat müahzirə şəklində tədris olunur.
VI kurs terapiya və cərrahiyyə sikli üzrə subordinatorla mamalıq və ginekologiya fənnləri üzrə təcrübə dərsləri 98, mühazirə isə 14 saat, "mamalıq və ginekologiya" sikli üzrə bunlar müvafiq olaraq 635 və 40 saat təşkil edir.
Elmi-tədqiqat işlərinin nəticələri mütəmadi olaraq tədris və müalicə işlərində tətbiq olunmuşdur. 2006-cı ildə prof., ə.e.x. N.M.Şəmsədinskayanın 80 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Qurultayın və konfransın materialları toplu şəklində çap edilmişdir. 2010-cu ildə.
Kafedra əməkdaşları respublika və xarici ölkələrdə (Moskva, Türkiyə, Almaniya) keçirilmiş müxtəlif konqress və simpoziumlarda iştirak etmişdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə doğuşa yardımın səviyyəsini yaxşılaşdırmaq, ana ölümünün sayının azaldılması məqsədilə kafedra əməkdaşları Balakən, Qax, Zaqatala, Şəki rayonlarını hamilliyə götürmüş, vaxtaşırı bu rayonlara gedərək orada qadınlara mama-ginekoloji yardımın səviyyəsinin qaldırması istiqamətində dəyərli təkliflər verir, ağır xəstələrin konsultasiyasında iştirak edirlər.
Kafedra əməkdaşları tərəfindən 5 il ərzində 279 elmi iş çap olunub, onlardan 195 jurnal məqaləsi, 79 tezis, 5 metodik tövsiyyə şəklindədir. Elmi işlərin - 234 respublika daxilində, 45 isə respublikadan xaricdə çap olunmuşdu. Kafedrada prof. H.F.Bağırovanın redaktorluğu altında "Mamalıq" dərs vəsaiti tərtib edilmiş və 2007-ci ildə çap olunaraq istifadəyə verilmişdir. 2011-ci ildə "Mamalıq fənni üzrə sxemlər toplusu" və "Ginekologiya fənni üzrə sxemlər toplusu" çapdan çıxmışdır və həmin il kafedra tərəfidən professor, t.e.d. H.F.Bağırovanın rəhbərliyi altında "Ginekologiya" dərs vəsaiti çapa təqdim olunmuşdur.
Kafedranın professor, dosent və assistentləri tərəfindən müntəzəm olaraq 5 saylı doğum evi və 5 saylı qadın məsləhətxanası üzrə ağır xəstələrin konsultasiyası təşkil edilir, müalicəsi aparılır. Kafedra əməkdaşları vaxtaşırı radio və televiziyalarda çıxış edir, populyar qəzet və jurnallarda məqalələr çap etdirirlər.