Kafedra 1991-ci ildə ATU-da aparılan islahatlar ilə bağlı I Daxili xəstəliklər və anesteziologiya-reanimatologiya kafedralarının birləşməsi nəticəsində yaranmışdır. Həmin vaxtdan 2010-cu ilin yanvar ayına qədər kafedraya ə.e.x., prof. A.Ə.Axunbəyli rəhbərlik etmiş, 2010 –cu ilin yanvar ayından etibarən prof. İ.S. İsmayılov rəhbərlik edir.
I Daxili xəstəliklər kafedrası 1969-cu ildə I hospital terapiya kafedrasından ayrılaraq (ilk əməkdaşlar – prof. İsazadə H.M., prof. Tağızadə Z.Ə., dos. Mehdiyev Ə.M., dos. Mahmudbəyova E.B.), 1969-1974-cü illərdə pediatriya fakultəsinin hospital terapiya, 1974-85-ci illərdə I müalicə-profilaktika fakultəsinin hospital terapiya, 1985-91-ci illərdə I Daxili xəstəliklər kafedrası kimi fəaliyyət göstərmişdir. Kafedraya 1969-90-cı illərdə ə.e.x., prof. İsazadə H.M., 1990-91-ci illərdə prof. Baxşəliyev A.B. rəhbərlik etmişdir.
Anesteziologiya və reanimatologiya kafedrası 1974-cü ildə ilk dəfə yaranmış (ilk əməkdaşlar – prof. Axunbəyli A.Ə., dos. İsmayılov E.H., t.e.n. Soskin V.D., t.e.n. Eldarova E.Ə.) və o vaxtdan birləşənə qədər kafedraya ə.e.x., prof. Axunbəyli A.Ə. rəhbərlik etmişdir.
Hazırda I Daxili xəstəliklər və reanimatologiya kafedrasında 35 əməkdaş çalışır. Bunlardan 3 nəfəri tibb elmləri doktoru, professor, 9 nəfəri t.ü.f.d, dosent, 14 nəfəri assistent (onlardan 9-u t.ü.f.d.), 7 nəfəri baş laborantdır, 1 nəfər baş laborant, 1 nəfər xadimədir.
Tədris işi. Kafedrada - I müalicə fakultəsinin IV kursunda Daxili xəstəliklər,
V kursunda Daxili xəstəliklər və Peşə xəstəlikləri, VI kursda Daxili xəstəliklər,
həmçinin “Kardiologiya”,”Qastroenterologiya”, “Dietologiya” üzrə seçim fənnləri;
- HTF-nin IV kursunda Daxili xəstəliklər fənni,
- I və II müalicə fakultələrinin V və VI kurslarında Reanimatologiya fənni
- HTF-nin V kursunda Reanimatologiya fənni
- HTF-nin II kursunda Reanimatologiyanın əsasları fənni tədris olunur.
Elmi işlər – son 25 ildə kafedrada 4 doktorluq və 16 namizədlik dissertasiyaları yerinə yetirilmişdir. 650-dən çox elmi məqalə, 10-dən çox dərslik və dərs vəsaiti; 40-dan çox tədris-metodik işləmələr işıq üzü görmüşdür. Kafedranın elmi istiqamətini ürəyin koronar xəstəliyinin diaqnostikası, profilaktikası və müalicəsinin səmərələşdirilməsi, böhranlı vəziyyətlərdə intensiv müalicənin təkmilləşdirilməsi təşkil edir.
Müalicə işi – kafedranın əməkdaşları yüksək ixtisaslı mütəxəssislər olaraq kafedranın kliniki bazalarında (TTK, TCK, 1 saylı xəstəxana) və Bakı şəhərinin digər tibb müəssisələrində məsləhətlər aparır, müalicə işlərində yardım göstərirlər.