Sual-Cavab

+ Sual yaz
18.03.2018
Sara Mamedova
Sual: Salamendokrinoloq Aytən Babaxanovanın qəbul ödənişi nəqədərdir? Və iş saatları? ?
Cavab: Salam. 30 azn. I-V günlər.
17.03.2018
Kamil Əlibəşirov
Sual: Salam Mən qan analizləri vemirşdim Həmin analizlərin nəticələrini burdan əldə elədim Səhv eləmirəmsə bir analizin nəticəsi qalıb o da "Quantiferon" analizin cavabıdı Bilmək istəyirdim bu analizin cavabı hələ hazırdımı yoxsa indi hazır olacaq? Onu da qeyd edim ki, mən qan analizləri bu ayın 12-si vermişdim Zəhmət olmasa sualımı cavablandırardız ?
Cavab: Salam.Analizilərin cavabı bolməsinə baxmalısınız.
15.03.2018
Nermin Mehdixanova
Sual: Salam, analizin cavabini internet vasitesiyle oyrenmek isteyirdim, ama orda numune nomre gelir, onu nece orgene bilerik? melumat vere bilersiz zehmet olmasa ?
Cavab: Salam.Nümunə Nömrə sizə verilən analizlərin ödənişi olan çekin üzərində yazılıb.
15.03.2018
Leman Umudova
Sual: SalamZehmet olmasa qadinligi yoxlamaq uchun ginekologa muraciet etsem odenish ne qeder olacaq onu deyerdiz?Birde ginekolog qadindir ya kishi? ?
Cavab: Salam. QAdın və kişi qnikoloqlarımız var. Həkimlərin konsultasiyalarında ödəniş fərqi olduğu üçün məlumat verə bilmirik.
14.03.2018
Ipek  Ibrahimzade
Sual: Salamzehmet olmasa bu analizlerin qiymetlerini deyerdiniz qanin umumi analizi bir de SRZ analizi ?
Cavab: Salam. Qanın ümumi analizi 10 azn, CRP-revmo test 8 azn.
14.03.2018
Ayten babayeva
Sual: Salam Klinikanizda laparoskopik yolla drilling emeliyyatinin qiymetini deye bilersiz zehmetolmazsa? ?
Cavab: Salam. Əməliyat ödənişi barədə həkimlə məsləhətləşmək lazımdır.
14.03.2018
Gulnar Qocayeva
Sual: salam Rewad Taliwinskiy wenbe gunleri isleyir? ?
Cavab: SALAM. VI günlər kafedra həkimlərinin iş qrafiki sərbəst olduğu üçün dəqiq məlumat verə bilmirik.
13.03.2018
Hafis Ələkbərov
Sual: SalamXaiş edirəm sualima cavab verəsin Arzu İsmayılova həftə ərzində hər gün işdə olur ?
Cavab: Salam.Bəli olur.
12.03.2018
Nuriyyə Zeynalova
Sual: Sualım İbrahim isayevədirevmatizmadan müalicə edirmi ? ?
Cavab: Salam.İbrahim Isayev bizim klinikanın həkimi olmadığı üçün məlumat verə bilmirik.
12.03.2018
Nusret Sultanov
Sual: Salam menim qaynimin basinda sis var yeni sis onurga beyindedi indi getdikce pislesir 28 yasi var cavandi bilmek olar bunun mualicesi var ?xais edrik elaqe saxliyin ?
Cavab: Salam.Konsultasiya üçün klinikamızın mütəxəssislərinə müraciət etməlisiniz .
11.03.2018
Qumry Abdullayeva
Sual: Salam men sualimi Turab Canbaxisova vermek isteyiremOna nece ulasim menKomek edin xahis edirem evvelceden tskkur ?
Cavab: Salam.050-213-14-25 nömrə ilə əlaqə saxlayın.
10.03.2018
Semengul Memmedova
Sual: SalamFerid Qaralovun iş vaxtını yazardızbirde qəbulu neçəyədir ?
Cavab: Salam. Fərid Qaralov I-VI günlər xəstə qəbul edir. Konsultasiyası 25 azn.
09.03.2018
Mətanət  ABDULƏZİMOA
Sual: Salü mən müşiqabatda yaşayıram kininikaya gəlmək üçün hansı maşurutldan istifadə edə bilərəm ?
Cavab: Salam.Gənclik metrosundan 33,3,38 saylı, 20 yanvar metrosundan 61 saylı marşrutlar gəlir.
09.03.2018
Əkbər Həsənov
Sual: SalamDrMəhəmməd Kərimovun qəbuluna həftənin hansı günlərində və hansı saatlarda gəlmək olar və konsultasiyası üçün nə qədər pul ödəmək lazım gələcək?n ?
Cavab: Salam.Məhəmməd Kərimov I-V günlər xəstə qəbul edir.Konsultasiyası 45 azn.
06.03.2018
cavad agayev
Sual: SalamSizde invaziv kardiologiyada Natiq hekim isleyir ?
Cavab: Salam.Xeyr.
06.03.2018
Zergul Qasimova
Sual: Salam mene usm hekimi Nermine xanimin nomresi lazimdi prablemli xesteyem tecili elaqe saxlamaliyam ?
Cavab: Salam.Telefon nömrəsi üçün klinikamızın "call center"i ilə əlaqə saxlayın.
03.03.2018
Fidan Eliyeva
Sual: Salam xanım sizde miyoma və kista emeliyyat inin qiyməti necədir? ?
Cavab: Salam.Əməliyyat ödənişləri barədə həkiminizlə məsləhətləşin.
03.03.2018
Rehime memmedova  Memmedova
Sual: Xestede annio muayine olunmalidineceyedir ve kampaniya varmi?n ?
Cavab: Salam.Anju barədə həkiminizlə danışmalısınız.Kampaniyalar barədə klinikamızın saytında "endirimlər və kampaniyalar" bölməsinə baxa bilərsiniz.
02.03.2018
ulviyye huseynli
Sual: borularin yoxlaniwi neciyedi?birde ginekoloji usmnin qiymetini bilmek isterdim ?
Cavab: Salam. Boruların yoxlanması ağırlıq dərəcəsindən asılı olaraq ödənişi fərqli olur və həkim özü təyin edir. Gnikoloqlarımızın konsultasiyasının ödənişləri fərqlidir.
02.03.2018
Aynurə İbrahimova
Sual: Salam mən bu xestəxanada olmuşamBilmək istəyirəm sizdə analiz versəm rus və ya ingilis dilində cavab ala bilərəm? ?
Cavab: Salam.Yalnız azərbaycan dilində verilir cavablar.
+ Sual yaz
123...152153154...175176177