AZE | RUS | ENG

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

header photo

BİZƏ YAZIN

Həkimlərimiz

View older posts »

Cərrahiyə şöbəsi - II

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının (ATUTCK) umumi cərrahiyyə şöbəsi 7 gün 24 saat ərzində Sizin xidmətinizdədir. Klinikaının Əməliyyat bloku dünyada qəbul olunmuş standartlar və protokollar əsasında bütün müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunmaqla, 18 əməliyyat otağını özündə birləşdirir. Klinikada demək olar ki, bütün növ cərrahi əməliyyatlar uğurla həyata keçirilir – uşaq cərrahiyyəsi, ümumi cərrahiyyə, uroloji, kardioloji, nefroloji, ginekoloji, torokal, kardio-torokal, proktoloji (mədə-bağırsaq cərrahiyyəsi), yırtıqların açıq və laparoskopik cərrahi müalicəsi, endokrinoloji, metobolok cərrahiyyə, şəkərli diabet cərrahiyyəsi, damar, abdominal, laporoskopik, orqan köçürülməsi (transplantololi), burun-qulaq-boğaz, plastik (rekonstruktiv və estetik plastik), köklük və piylənmənin müalicəsi, üz-çənə cərrahiyyəsi, baş-boyun cərrahiyyəsi,neyrocərrahi, travmatologiya və ortopediya və s. əməliyyatlar. Xəstəxanada icra olunan bütün əməliyyatlar zamanı keçirilən anestezioloji xidmətlər beynəlxalq standartlara cavab verir. Şöbəmizdə bütün palatalar monitor, kondisioner, telefon, süni ventilyasiya cihazı, xəstə çağırış siqnalı, mərkəzləşdirilmiş qaz və vakuum sistemləri ilə təchiz olunub. Belə ki, bütün müalicə müddətində xəstənin ürək-damar sisteminin fəaliyyəti (arterial təzyiq,nəbz) və tənəffüs sisteminin fəaliyyəti (qanın oksigenlə tachizatı) daimi nəzarətdə saxlanılır.Bütün xəstələrin əməliyyatları,tibbi təqibləri, baxımları 24 saat müddətində təcrübəli həkim və tibb bacıları tərəfindən nəzarət altında olur. Yatan xəstələrə xüsusi tibb personalları tərəfindən yüksək səviyyədə tibbi xidmət göstərilir, həkim dietoloqun nəzarəti altında səhər, günorta, axşam yeməkləri verilir, xəstə evə buraxılanadək yüksək təcrübəli həkimlərin təqibində olurlar.

Ümumi cərrahiyyə şöbəsində qarın boşluğu orqanlarında laparoskopik və açıq üsullarla ən mürəkkəb əməliyyatlar icra olunur. Cərrahiyyə şöbəsində qarın boşluğu orqanlarında laparoskopik va açıq üsullarla ən mürəkkəb əməliyyatlar icra olunur. Bundan əlavə bütün endokrinoloji və ginekoloji əməliyyatlar geniş diapazonda mükəmməl icra olunur. Bizim cərrahiyyə keyfiyyəti, həcmi, sürəti, kosmetikliyi və daha az invazivliyi ilə seçilir. Şöbəmizdə adətən digər ölkə və bölgələrdə uğursuz operasiya olunmuş xəstələr şəfa tapır. Yəni biz ölkədə son ümid yeri olaraq qalırıq və onun öhdəsindən müvəffəqiyyətlə gəlirik. Şöbəmizdə qida borusu əməliyyatları, öd yollarinda rekonstruktiv əməliyyatlar müvəffəqiyyətlə icra olunur. Bundan əlavə proktoloji əməlyyatlar daha effektiv müalicə edirik. Şöbəyə Prof. Dr. Mubariz Əliyev rəhbərlik edir.
ATU TCK-nın cərrahiyyə şöbəsi ən müasir texniki tibbi avadanlıqlarla təchiz olunması, yüksək standartlara cavab verən əməliyyat blokunun olması, Akademiklər, Professorlar, Tibb Elmlər Namizədi və fəsəfə doktorlari, Avropanın bir sıra aparıcı klinikalarında təcrübə keçən cərrahlar, əməliyyat zamanı ultrasəs və rentgen müayinəsinin ən müasir cihazlar vasitəsi ilə aparılması, əməliyyatların video məlumatların saxlanması və arxivləşdirilməsi bizim üstünlüklərimizdən biridir.
Bu gün orqan və ya toxumaların transplantasiyası (orqan köçürülməsi) bir çox xroniki orqan xəstəliklərin etibarlı və əvəzsiz bir müalicə üsuludur.Klinikamızda məhz qaraciyər transplantasiyası, böyrək transplantasiyası, qaraciyər (öd yolları, mədə-bağırsaq sistemin bütün cərrahi əməliyyatları, mədəaltı vəzi cərrahiyyəsi) laparoskopik cərrahi əməliyyatlar, kişi və qadın proktoloji əməliyyatları yüksək ixtisaslaşmış həkim-mütəxəssislər tərəfindən uğurla icra olunur.

Mütəxəssislərimiz:

Direktor: Tibb elmləri doktoru, prof. AMEA-nın müxbir üzvi Dr. Nuru Bayramov.
Baş həkim. TüFD. Dos. Dr. Asiman Həsənov
Kafedra müdiri. Akademik. Böyükkişi Ağayev
Kafedra müdiri.Tibb Elmlər doktoru. Professor. Məmməd Nəsirov
Kafedra müdiri: Professor.Çərkəz Cəfərov
Şöbə müdiri. Professor. Mübariz Əliyev
Şöbə müdiri. Professor. Xaləddin Musayev
Şöbə müdiri. Professor. Elçin Ağayev
Tibb Elmlər doktoru: Professor. Quliyeva Xurşud
Tibb Elmlər doktoru: Professor. Pənahov Davud
Tibb Elmlər namizədi. dos. Dr. Hacıyev Sabir
Tibb Elmlər namizədi. dos. Dr. Əhmədov Qorxmaz
Tibb elmləri namizədi, dos. Dr. Eldar Əliyev
Dos. Dr. Sədrəddin Atakişizadə
Tibb Elmlər namizədi. ass. Dr. Budaqov Tahir
Tibb Elmlər namizədi. ass. Dr. Rzayev Ziyalı
TüFD. Ass. Dr. Solmaz İmanova
TüFD. Ass. Dr. Mirsaleh Abdullayev
TüFD. Ass. Dr. Abbasov Vüqar
TüFD. Ass. Dr. Abbasov Pərviz
TüFD. Ass. Dr. Qasımov Rauf
TüFD. Ass. Dr.Mürsəllov Məzahir
TüFD. Ass. Dr. Qasımov Azər
TüFD. Ass. Dr. Şəfiyev İmran
TüFD. Ass. Dr. İsmayılova Dilarə
TüFD. Ass. Abdiyeva Güllü
Ass. Dr. Şərifov Elmar
Ass. Dr. Novruzova Şəbruz
Ass. Dr. Abdinov Elçin
Ass. Dr. Əliyev Aydın
Dr. Əmirov Telman Celal oğlu 
Baş laborant. Dr. Sarıyeva Könül
Baş laborant. Dr. Nəcəfquliyeva Pərvin
Baş laborant. Dr.Ələkbərova Sevda
Baş laborant. Dr.Nəbiyeva Elnarə
Baş laborant. Dr. Abbasəliyeva Pərvin
Laborant. Dr. Abbasova Ədilə
Dr. Məmmədzadə Minə
Dr. Quliyeva Töhvə