AZE | RUS | ENG

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

header photo

BİZƏ YAZIN

Doktarantura şöbəsi

Klinikada diaqnostik və cərrahi istiqamətdə 20 şöbə və 18 kafedra fəaliyyət göstərir. İl ərzində burada 2800 tələbənin, 400-dən çox rezidentin, 20-den artiq doktorantin cərrahi ixtisas fənləri üzrə təhsili ilə 40 professorun, 80 dosent, 120 tibb üzrə fələsəfə doktoru məşğul olur.

Biz daimi olaraq xidmətlərimizin keyfiyyətini artırmaq üçün araşdırmalar aparır, tibbi personalın respublika daxilində və xaricdə təhsil almasını və təlim keçməsini təmin edirik.

Burada xarici ölkələrin qabaqcıl klinikaları və dünyanın görkəmli tibb mütəxəssisləri ilə video bağlantı qurub müzakirələr aparmaq, məsləhətlər almaq mümkündür. Bütün tədris otaqları, iş kabinetləri, palatalar sürətli internet xəttinə qoşulmuşdur. Klinikamızda tələbər, rezidentlər və doktorantların təhsili və biliklərini artırmaq üçün geniş mühazirə zalı, müxtəlif sahələrə aid bacarıq laboratoriyası var. Gənc mütəxəssis hazırlığını dünya standartları səviyyəsində aparmaq üçün MDB ölkələrində analoqu olmayan bacarıq laboratoriyalarında anatomik, funksional və mulyaj simulyatlar quraşdırılıb.