AZE | RUS | ENG

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

header photo

Hələ ana bətnində qastroşizis patologiyası aşkar edilən körpə doğulan kimi əməliyyat olundu

ATU-nun Tədris Cərrahiyyə Klinikasında hələ ana bətnində qastroşizis patologiyası aşkar edilən körpə doğulan kimi əməliyyat olundu

ATU-nun Tədris Cərrahiyyə Klinikasında Angioqrafiya şöbəsindən bir iş günü

ələ ana bətnində qastroşizis patologiyası aşkar edilən körpə doğulan kimi əməliyyat olundu

Tədris Cərrahiyyə Klinikasında hamiləykən ürəyinə mexaniki klapan yerləşdirilən qadın ana olub

Tədris Cərrahiyyə Klinikasında hamiləykən ürəyinə mexaniki klapan yerləşdirilən qadın ana olub

ATU-nun Tədris Cərrahiyyə Klinikasında unikal cərrahi əməliyyat icra edildi

Bu mürəkkəb əməliyyat ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının əməkdaşları professor Çingiz Rəhimov, ağiz və üz-çənə cərrahiyyəsi şöbəsinınin müdiri t.ü.f.d. Məhəmməd Davudov və plastik cərrah Araz Salmanovun başçılığı altında iki briqada tərəfindən aparılıb.

Unikal əməliyyat. Burunun Rekonstruksiyası

ATU TCK-nin Plastik və rekonstruktiv cərrahi. Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahlar Assosiasiyasının həqiqi üzvü, həkim –cərrah. Dr. Vaqif Qələndər

Tibb Universiteti həkimləri ana bətnində ikən bədəninə maye yığılan uşağı həyatda saxladılar

В Азербайджане прооперировали еще не родившегося ребенка 

Laparoskopik Nissen Fundoplikasiyası əməlyyatı

Laparoskopik bariatrik cərrah Aslan Abdullayev və ekibi tərəfindən ATU TCK-da növbəti uğurlu Laparoskopik Nissen Fundoplikasiyası əməlyyatı icra olundu

ATU-nun Tədris Cərrahiyyə Klinikasında 650 qr ilə dünyaya gələn körpə yaşatılır

ATU-nun Tədris Cərrahiyyə Klinikasında yeni bir “Uğur” daha gerçəkləştirilir. 23 həftəlik,650 qr çəki ilə yenidoğulmuşun həyatda saxlanılması Azərbaycanda ilk dəfə olaraq ATU-nun Tədris Cərrahiyyə Klinikasında gerçəkləşdirildi.

Son bir ayda hər kəsin diqqəti bir ay öncə 23 həftəlik 650qr çəki ilə dünyaya göz açan, həyatdan bərk-bərk tutunaraq “Həyatda mən də varam” deyən Yusifin üzərindədir.

Klinikamıza 19.06.2015 tarixində 23 həftəlik hamiləliklə körpəsini itirmə təhlükəsi ilə ümidsiz şəkildə hamilə qadın müraciət etmişdir. Aparılan müayinələr zamanı dölyani mayenin tam axdığı aşkar edilmişdir. Buna da çıxış yolu ancaq hamiləliyi sona çatdırılması idi. Klinikamızın həkim Mama-ginekoloqu Dr. Abbasova Nigar və həkim-neonatoloqu Dr. Yaqubova Səadət xanimın apardığı müayinələr nəticəsində dölün həyat fəaliyyətinin davam etdiyi aşkar edilmiş və doğuş aparılmışdır. Yenidoğulmuşun çəkisi 650 qr,ümumi vəziyyəti kritik idi. Dərin morfofunksional yetməməzlik fonunda uşaqda tənəffüs pozğunluğu əlaməti ön planda idi. Respirator distress sindromu müşaidə olunurdu. Bütün xəstəxana yaşama ehtimalı çox aşağı olan körpənin həyat mücadiləsində ona dəstək olaraq, klinikanın bütün imkanlarındanistifadə edərək, onu həyatda tutmağa nail oldular. Neonatologiya şöbəsinin müdiri Səadət Yaqubovanın rəhbərliyi ilə aparılan reanimasiya tədbirləri nəticəsində körpə artıq 33 gündür yaşayır. Vəziyyəti bu  müddət ərzində bir neçə dəfə kəskin pisləşsədə , hal-hazirda qənaətbəxşdir. Hal-hazırda balaca Yusifin çəkisi çəkisi 1020 qr-a keçmişdir. 

Xalqımızdan təmənnamız Yusifimizin digər sağlam körpələr kimi sağlam və gumrah olması üçün bizimlə bərabər dua etməsidir.

Robotik Radikal Prostatektomiya

Dünyanin bir çox ölkəsində kurs verən TürkÜrolap qrupu laparoskopik urologiya sahəsində 8-9 Iyun  2015 tarixində növbəti “32-ci Beynəlxalq tətbiqi  laparoskopik urologiya” kursunu Azərbaycan Tibb Universitetinin urologiya kafedrasi ilə birlikdə həyata keçirmiş və burada teorik və praktik  laparoskopik verdişlər tədris edilmişdi. Bunun da  davamı olaraq Ankara LIV Hospital Azərbaycan tibb universitetinin Tədris Cərrahiyyə klinikası ilə  birgə aparılacaq unikal uroloji əməliyyatlardan canlı yayım və əməliyyat operatoru ilə bilik  mübadiləsi aparılmasını təşkil edir.Robotik ve Laparoskopik əməliyyatlarin canlı yayımi urologiyanın bu sahəsində bilik əldə etməyə  və sürətli inkişafa təkan verəcəkdir. Qeyd edək ki, artıq dünən “Robotik Radikal Prostatektomiya”  əməliyyatı Prof. Dr. Lütfi Tunçun rəhbərliyi  altında icra edilərək bir cox uroloq ve resident  terefinden canlı izlənildi. Tibb universiteti  hekimlerin bilik ve bacarigini artirmaq ucun bir  cox yeniliye imza atir.

Modifikasion I tipli radikal boyun diseksiyonundan fraqment

ATU TCK
Ağız və üz-çənə cərrahiyyə kafedrasının assistenti,
Tibb elmləri namizədi, Davudov Məhəmməd Mirabdulla oğlu, DMD, PhD

Funksional boyun diseksiyası

Op. Dr. Məhəmməd Davudov PhD, DMD

Traxestomiya əməliyyatı həm təxirəsalınmaz hallarda xəstəni kəskin boğulma (asfiksiya) vəziyyətindən çıxarmaq məqsədilə, həm də planlı qaydada ağız boşluğu, üz-çənə nahiyəsində aparılan böyük həcmli əməliyyatlardan sonra baş verə biləcək tənəffüs çətinləşməsinin qarşısını almaq məqsədilə həyata keçirilir.

ATU TCK
Ağız və üz-çənə cərrahiyyə kafedrasının assistenti,
Tibb elmləri namizədi, Davudov Məhəmməd Mirabdulla oğlu, DMD, PhD

 

Karotid xemodektomalar boyun nahiyəsində rast gəlinən və 60% hallarda diaqnostik yalnışlığa səbəb olan patologiyalardandır. Bu patologiya yuxu arteriyası bifurxasiyasında yerləşən xemoreseptorlardan inkişaf edən şişdir. Müalicəsi əksər hallarda cərrahi yolladır və baş-boyun cərrahiyyəsinin ən mürəkkəb əməliyyatlarından biri hesab olunur. Bəzi hallarda şiş böyük ölçülərə çatdıqda və daxili yuxu arteriyasını əhatə etdikdə şiş daxili və xarici yuxu arteriyaları ilə birlikdə rezeksiya olunur və damar şuntu lazım gəlir. Təqdim etdiyimiz kliniki halda carotid xemodektomanın bifurkasiya ilə məhdudlaşması və daxili və xarici yuxu arteriyalarını əhatə etmədiyi qeyd edilmişdir.

Op.Dr. Məhəmməd Davudov

Pararektal fistulun ləğvi

Yoğun bağırsağın polipozunun endoskopik görüntüsü

Hepatoselular xərçəngə görə qaraciyər rezeksiyası

Laparoskopik mədə rezeksiyası