AZE | RUS | ENG

ATU-nun Tədris Cərrahiyyə klinikasının həkimlərinin yeni uğuru Xəstənin çənəsində eyni vaxtda iki mürəkkəb əməliyyatı aparılıb

ATU-nun Tədris Cərrahiyyə klinikasının həkimlərinin yeni uğuru
Xəstənin çənəsində eyni vaxtda iki mürəkkəb əməliyyatı aparılıb

Son illər ərzində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında müxtəlif xarakterli mürəkkəb əməliyyatların icra olunması ənənəyə çevrilib.
Belə ki, klinikanın həkimləri çənədə şişin götürülməsi, incik sümüyündən transplantat kimi istifadə etməklə çənə sümüyünün bərpası əməliyyatını eyni zamanda aparıblar.
29 yaşlı xəstə üzərində aparılan bu mürəkkəb əməliyyat ATU-nun Tədris Cərrahiyyə Klinikasının iki böyük briqadasının birgə səyi nəticəsində uğurla başa çatdırılıb.
Xəstə klinikaya 1 il öncə müraciət edib. Həmin vaxt aparılan biopsiya nəticəsində ona çox nadir hallarda rast gəlinən “Ameloblastk sarkoma” diaqnozu qoyulubmuş. Cərrahiyyə əməliyyatı zamanı çənənin sol bucağı nahiyəsini əhatə edən şiş toxuması və onun təxminən 1,5 sm sərhədində rezeksiya əməliyyatı aparılıb. Mövcud defekt rekonstruktiv titan lövhə ilə aradan qaldırılıb. Əməliyyatdan sonrakı dövrdə xəstə nəzarət altında saxlanılıb.
Lakin son 2 həftədə xəstədə əməliyyat sahəsində yenidən kəskin ağrılar üzə çıxıb. ATU-nun ağız və üz-çənə cərrahiyyəsi şöbəsinınin müdiri t.ü.f.d. Məhəmməd Davudovun sözlərinə görə, aparılan kliniki və radioloji müayinə nəticəsində xəstədə şişin yenidən əmələ gəlməsi - “Recurrence tumor” aşkar olunub. Cərrah bu haqda verdiyi müsahibədə demişdir:
“Əldə olunan nəticələr təhlil olunduqdan sonra konsilium nəticəsində cərrahiyyə əməliyyatının aparılmasına qərar verildi. Bu dəfə əməliyyat daha geniş həcmdə, şiş toxumasının götürülməsi, qalıq çənə sümüyü seqmentlərinin bir qədər də geniş rezerksiyası və defektin sonrakı müalicədə həm radioterapiya, həm kimyəvi dərman müalicəsinin aparılma riskinin yüksək olduğunu nəzərə alaraq, xəstədə sərbəst damar ayaqcıqlı sümük dilimindən istfadə olunması planlaşdırıldı. Bu məqsədlə biz plastik və rekonstruktiv cərrahiyyə mütəxəssisləri ilə birgə komanda şəklində bu əməliyyatın aparılmasına qərar verdik”.
Plastik-rekonstruktiv cərrah, uzman həkim Dilqəm Məmmədovun sözlərinə görə, birlikdə icra olunan əməliyyatın müddəti orta hesabla 6-7 saat çəkib: “Bu zaman 2 əməliyyat briqadası eyni vaxtda çalışırdı. Əvvəlcə birinci briqada çənə nahiyəsində residiv verən şişin - yəni “Recurrence tumor”un rezerksiyasını həyata keçirdi. Daha sonra isə biz incik sümüyündə hazırlanmış sərbəst damar ayaqcıqlı flebin (incik sümüyü transplantatının) qaldırılması ilə məşğul olduq. Bu işləmlər bitdikdən sonra həmin flebin çənə sümyünə qoyulması və boyundakı damarlarla bir yerdə tikilməsi əməliyyatı icra olundu”.
Qeyd edək ki, xəstənin səhhəti hazırda qənaətbəxşdir. Beş gündən sonra evə yazılacaq.

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

header photo

Respublikada ilk dəfə olaraq ana bətnində dölə qan köçürüldü

Bu ilkə imza atan ATU-nun Tədris Cərrahiyyə Klinikasının ginekologiya şöbəsinin müdiri Uzman Dr. Turab Canbaxışov bildirdi ki, pasiyent 1 həftə əvvəl klinikaya müraciət edib. Daha əvvəl başqa bir klinikada hamiləliyi izlənilən pasientə ultrasəs müayinəsi zamanı dölün qarnına su yığıldığı deyilib. Bununla bərabər dəri və dərialtı toxumalara su yığıldığı üçün ödəm başlayıb. Döldə belə vəziyyət, adətən, qan uyğunsuzluğu, rezus uyğunsuzluğu və ya viral problem əsasında yaranır. Bundan başqa analizlər nəticəsində virus və virus antitellərinə rast gəlindiyi də deyilib.
Uzman Dr. Turab Canbaxışov qeyd etdi ki, eyni simptomları onlar da müşahidə ediblər. “Biz müayinə etdik və virus antitellərinə qarşı da analiz götürdük. Ancaq analizlərin nəticəsi mənfi çıxdı. Tək problem qan uyğunsuzluğu idi. Qan qrupunun uyğunsuzluğunu ana bətnində ikən aşkar etmək çətin olur. Buna baxmayaraq, analizlərin cavabı müsbət çıxdı. Dopler müayinəsi zamanı uşağa ciddi anemiya diaqnozu qoyuldu. Ciddi anemiya olduğu üçün müalicənin yeganə üsulu ana bətnində dölə qan köçürülməsidir. Dölün çəkisinə, həftəsinə və hemoqlobin dəyərinə görə ümumi miqdar hesablanır və qan köçürülür. Biz bu prosesi uğurla həyata keçirdik. ”
Dr. T.Canbaxışov bildirdi ki, dölün bu həftəsinə görə hemoqlobin dəyəri normada 14-15 g/dl olmalıdır. Bizim müayinə etdiyimiz döldə isə bu dəyər qanköçürmədən əvvəl 7.5 g/dl olub. “ Biz dölə yeni xüsusi qaydada yeni hazırlanmış eritrosit kütləsindən 96 ml qan köçürdük. Bu məhlulu verdikdən sonra dölün qan dövranındaki hemoqlobin dəyəri 11.7 g/dl oldu. Hal hazırda dölün vəziyyəti yaxşıdır. 1 həftə ərzində döldə olan ödemin çəkilməsini gözləyəcəyik. Əgər lazım gələrsə, bu proseduru hamiləliyin sonuna qədər 2-4 həftə aralıqla daha 2 dəfə edəcəyik.”

Klinikanın üz-çənə cərrahiyyəsi şöbəsində aparılan müayinə nəticəsində 4 yaşlı uşağa «Anadangəlmə gicgah-çənə oynağının ankilozu» əməliyyat icra olunub

ATU-nun Tədris Cərrahiyyə Klinikasında mürəkkəb əməliyyat icra olunub.

Erkən yaşından ağzını tam aça bilməyən üşağın valideyinləri ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciyyət edib. Klinikanın üz-çənə cərrahiyyəsi şöbəsində aparılan müayinə nəticəsində 4 yaşlı uşağa «Anadangəlmə gicgah-çənə oynağının ankilozu» diaqnozu qoyulub. Belə patologiyaların ağırlığı üz nahiyyəsində olan qüsurla yanaşı həyat əhəmiyətlı funksiyanın pozulmasına, üşağın qida qəbulundan məhrum olması nəticəsində tam gücsuz hala düşməsinə gətirib çıxartmışdır. Burada müalicə usulu kimi rekonstruktiv əməliyyatın aparılaması məsləhət olunur. Məsələnin mürəkkəbliyi üşağın yaşı və ağzının tam açılmaması səbəbindən narkozun verilməsinin çətinləşməsidir. Belə hallarda adətən narkoz verilməsi üçün nəfəs yollarında əlavə cərrahi əməliyyat aparılır –traxeotomiya.

Xəstə ATU-nun Tədris Cərrahiyyə Klinikasında üz-çənə cərrahiyyə şöbəsində yerləşdirildi və mütəxəssislərin iştirakı ilə geniş şəkildə konsilium keçirildi. 
Əməliyyata ATU-nun üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimovun rəhbərliyi altında kafedranın assistenti İsmayıl Fərzəliyev və təcrubəli mütəxəssislər anestezioloqlar Canəli Nəbiyev və Sabuhi Xudakərimov cəlb olunmuşdur. 
Professor Ç.Rəhimov bildirdi ki, belə əməliyyatların effektivliyi dəqiq əməliyyatönü planlaşdırmadan asılıdır və burada yüksək texnologiyalardan istifadə edərək cərrahi əməliyyat virtual izlənilməsi və dəqiq ölçülərin aparılması lazımdır. 
Nəfəs yollarında əlavə cərrahi əməliyyatdan -traxeyada xüsusi bir dəlik açılmasından- qaçmaq üçün endoskopik usulla burun yollarından narkoz verildi.

Əməliyyat zamanı kəllə əsası ilə sümük birləşməsi yaradan, degenerasiya uğramış gicgah-çənə oynağı kəllə sümüklərdən ayırılaraq tamamilə götürülüb və nəticədə ağzın açılmasına nail olunub. Oynağın funksiyasının bərpası üçün autotransplantatdan istifadə edilib. Bunun üçün xəstədən götürülmüş qabırğanın həm sümük, həm də qığırdaq hissəsi yeni oynaq kimi formalaşdırırlıb və qüsur sahəsinə yerləşdirilərək çənə sümüyünə birləşdirirlib. Əməliyyatdan sonra ağız tamamilə açıldı. Professor Ç.Rəhimov bildirdi ki, pasiyentdə oynaq sümüyü kəllə əsasına birləşmişdi: “İlk öncə onu kəllə əsasından qopardıq. Ondan sonra çənə açılmağa başladı. Amma oynaq başı olmadığına görə çənə açılanda yan tərəfə yerini dəyişəcəkdi. Ona görə də həmin hissəyə qabırğadan götürüb, yerləşdirdik. Əməliyyatdan sonra çənə tam funksiyalarını bərpa edib. Xəstə 2-3 gün stasionar müşahidədən sonra evə yazılıb”.

 

 

 

 

 

Klinikamızda Qalxanabənzər vəzin əməliyyatları Cərrah-Endokrinoloq t.ü.f.d Azər Hümmətov tərəfindən qansız “ligasure” cihazı ilə icra olunur.

Klinikamızda Qalxanabənzər vəzin əməliyyatları Cərrah-Endokrinoloq t.ü.f.d Azər Hümmətov tərəfindən qansız “ligasure” cihazı ilə icra olunur.

Fəaliyyətimiz:

-Qalxanabənzər vəzin xəstəlikləri
-Qalxanabənzər ətraf vəzin xəstəlikləri 
-Böyrəküstü vəzin cərrahi xəstəlikləri
-Açıq və laporaskopik cərrahiyyə
-Düyünlərin incə iynə ilə Aspirasion biopsiya üsulu
-Düyünlərin radiofreksasla ablasiyası
-Düyünlərin əməliyyatsız skleroterapiyası

“Radiotezlikli dalğalarla qalxanabənzər vəzin düyünlərinin destruksiyası” üsulu ilə kəsik aparılmır, narkoz verilmir, xəstə daimi dərman qəbulundan azad olur. Xoş xassəli, toksikli solitar düyünlərdə aparılır.

RD destruksiyası:
Xoşxassəli və toksikli solitar düyünlü zobda, təkrar əməliyyat riski yüksək olan əməliyyatdan imtina edən xəstələrdə göstərişdir.
İncə iynə aspirasion biopsiya-son zamanlarda əsasəndə qalxanabənzər vəzi düyünlərinin müalicəsinin planlaşdırılmasında əsas rola sahib diaqnostika üsullarından biridir.

Artıq ATU-nun Tədris Cərrahiyyə Klinikasında "Koxlear implant" əməliyyatları silsilə halını alıb

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Səhiyyə Nazirliyinin dəstəyi nəticəsində 10 uşağın eşitməsini bərpa etmək məqsədilə növbəti "Koxlear implant" əməliyyatları həyata keçirilib.

Klinikanın qulaq-burun-boğaz şöbəsinin müdiri, uzman həkim Yusif Hacıyev və onun komandasının apardığı əməliyyatlar uğurla nəticələnib. Əməliyyat olunanlardan 3-ü 5 yaşlı, 1-i 4 yaşlı, 4-ü 3 yaşlı, 1-i 2 yaşlı, 1-i də yaş yarımlıq uşaq olub.

Yusif Hacıyevin sözlərinə görə, “Daxili qulağın protezləşməsi” əməliyyatları anadangəlmə, tam eşitmə qabiliyyəti olmayan uşaqların eşitmə qabiliyyətlərinin bərpası məqsədilə aparılır.
Bununla əlaqədar klinikada yüksək ixtisaslı həkimlərdən ibarət böyük bir komanda fəaliyyət göstərir və əməliyyatların uğurlu keçməsi bu komandanın yüksək səviyyəli işinin nəticəsidir. Həmçinin klinika bu əməliyyatların həyata keçirilməsi üçün hər cür şərait və avadanlıqla təchiz edilib.
Y.Hacıyev qeyd edib ki, klinikada bu cür əməliyyatlar mütəmadi olaraq davam edir. Bu əməliyyatlar nəticəsində əlil statusunda olan uşaqlar sağlam fərd olaraq cəmiyyətə qazandırılır.
Qeyd edək ki, eşitməsində anadangəlmə problem olan hər kəs ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edə bilər. Y.Hacıyev bir daha xatırladır ki, eşitmə qüsuru olan uşaqlarda əməliyyatların 4 yaşa qədər aparılması məsləhətdir. Həmçinin, əvvəllər eşidib-danışan, lakin sonradan bu qabiliyyətini itirən xəstələrə də bu əməliyyatı tətbiq etmək mümkündür.
Həkim Y.Hacıyev bir daha vurğulayır ki, uşaqlarda bu problemin qarşısını almaq üçün vaxtında müayinə çox böyük önəm kəsb edir. “Bütün valideynlərə məsləhətimiz odur ki, eşitmədə hansısa bir problem hiss edən kimi həkimə müraciət etsinlər”.
Əməliyyat zamanı taxılan cihazlar Səhiyyə Nazirliyi tərəfindən təqdim olunur. Sonda Yusif Hacıyev eşitmə qüsuru olan uşaqlara dəstəyindən dolayı Səhiyyə Nazirliyinə təşəkkürünü bildirib.

                 

 

ATU-nun Tədris Cərrahiyyə Klinikası növbəti uğurlu əməliyyata imza atdı

ATU-nun Tədris Cərrahiyyə Klinikası növbəti uğurlu əməliyyata imza atdı

ATU-nun Tədris Cərrahiyyə Klinikasında 39 yaşlı qadının üzündə mürəkkəb əməliyyat uğurla icra olunub, onun üzünün 2/3-ni əhatə edən şiş götürülüb. Xəstə bundan əvvəl bir neçə dəfə həm ölkəmizdə, həm də Türkiyə və Rusiyada əməliyyat olunub, kimyəvi dərman və şüa terapiyası alıb.
Sonuncu dəfə Türkiyədə icra olunan əməliyyat zamanı xəstədə şiş götürüldükdən sonra yaranan toxuma qüsuru sərbəst damar ayaqcıqlıdilimlə aradan qaldırılıb. Ancaq bu əməliyyatdan sonra köçürülən dilimin nahiyəsində şişin residivi aşkar edilib.
ATU-nun Tədris Cərrahiyyə Klinikasında xəstənin kliniki rentgenoloji müayinəsi aparılıb. Daha sonra Almaniyada çalışan həmyerlimiz - plastik rekonstruktiv mikrocərrahiyyə mütəxəssisi dr.Kamil Axundovla ağız-üz və çənə cərrahiyyəsi şöbəsinin müdiri, tibb elmləri namizədi, dr. Məhəmməd Davudovla birgə konsilium keçirilib. Nəticədə şişin geniş sərhədlərdə götürülməsi, köçürülən dilimin götürülməsi və əmələ gələn qüsurun ALT sərbəst damar ayaqcıqlı dilimlə aradan qaldırılması haqqında qərar qəbul edilib. 

11 saat davam edən əməliyyat zamanı üzün təxminən 2/3 hissəsi re
zeksiya sahəsinə daxil edilib və mövcud qüsur 13x4 sm ölçüsündəki sərbəst damar ayaqcıqlı dilimlə aradan qaldırılıb.

Əməliyyatın özəlliyindən danışan Dr. Məhəmməd Davudovun sözlərinə görə, dilimin damarları birbaşa ümumi yuxu arteriyasına və daxili vidaci venaya anastomoz edilib: “Hazırda xəstənin ümumi vəziyyəti kafidir. Müalicəsini şöbəmizdə davam etdirir. Əməliyyatda zəhməti olan bütün həmkarlarıma, doktorant Şahin Məhəmmədov, rezidentlər Fərinaz İrannejad, Pərvin Həsənovaya, əməliyyat blokuna, anesteziologiya və reanimasiya briqadasına, xüsusi olaraq həmkarım doktor Kamil Axundova təşəkkürümü bildirirəm”.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında yeni bir əməliyyat həyata keçirilib.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında yeni bir əməliyyat həyata keçirilib. 32 yaşlı qadının qalxanabənzər vəzin sol payında 1.4 sm solid düyündən incə iynə biopsiyası aparılıb. Sitoloji müayinə nəticəsində bədxassəli şiş aşkarlanıb. Cərrah endokrinoloq t.f.d Azər Hümmətov tərəfindən sinir monitorinqi cihazının müşayiəti ilə total tiroidektomiya əməliyyatı həyata keçirilib və uğurla başa çatıb. Xəstənin səsi tam qorunub.

Azər Hümmətov bildirdi ki, qayıdan qırtlaq sinirinin tamlığını monitorinq edəcəyik. “Sinirin tamlığı ilə bağlı bir problem varsa, vaxtında bilmək və mümkünsə problemi aradan qaldırmaq üçün monitorinq etmək vacibdir. ”

Nəyə görə sinir monitorinqi aparılmalıdır?

1. Sinirləri tapmaq və etibarlı olaraq planlı disseksiya etmək üçün 
2. Anatomik variasiyaları aşkar etmək üçün 
3. Əməliyyatı yekunlaşdırmadan öncə sinirin tamlığını dəyərləndirmək və əməliyyat sonu sinir funksiyasının proqnozunu qiymətləndirmək üçün
4. Lazım olarsa əməliyyat strategiyasını dəyişmək üçün
5. Sinirə ola biləsi travmanı ( öncədən müəyyən edərək) ən aşağı səviyyəyə endirmək üçün
6. Əməliyyatı icra edən cərrahın " sinir zədələndimi?" stresini aradan götürmək üçün
7. Əməliyyatın sonunda vəziyyəti qiymətləndirmək və məlumat vermək üçün

 

ATU-nin Tədris Cərrahiyyə Klinikasında 2 uşaq üzərində növbəti uğurlu “Koxlear implantasiya” əməliyyatı aparılıb

ATU-nin Tədris Cərrahiyyə Klinikasının Qulaq-burun-boğaz şöbəsinin müdiri, uzman-həkim Yusif Hacıyev və onun komandasının anadangəlmə eşitmə qüsuru olan 1 yaşlı Lalə və 1 yaş 1 aylıq Turan üzərində apardığı əməliyyat uğurla nəticələnib.

“Daxili qulağın protezləşməsi” əməliyyatları sayəsində anadangəlmə, eşitmə qabiliyyəti heç olmayan uşaqların eşitməsi bərpa olunur. ATU-nun Tədris Cərrahiyyə Klinikasında bu cür əməliyyatlar mütəmadi olaraq davam edir. Bu əməliyyat nəticəsində əlil statusunda olan uşaqlar sağlam fərd olaraq cəmiyyətə qazandırılır. Həmçinin, əvvəllər eşidib-danışan, lakin sonradan bu qabiliyyətini itirən xəstələrə də bu əməliyyatı tətbiq etmək mümkündür.

Uzman-həkim Yusif Hacıyev deyir ki, bu əməliyyatların uğurlu keçməsi üçün əsas şərtlərdən biri xəstələrin mümkün qədər tez - 4 yaşa qədər müraciət etməsidir: 
“Hazırda əməliyyat etdiyimiz uşaqlar 1 yaş və 1 yaş 1 aylıqdır. Əməliyyatın bu dövrdə keçirilməsinin üstünlüyü ondadır ki, biz artıq nitq inkişafının başlanğıcında bu körpələrə implant cihazı taxmış olduq. Bu uşaqlar artıq heç bir şəkildə o biri uşaqlardan fərqlənməyəcək, danışığı da gecikməyəcək. Əminəm ki, bu uşaqlar gələcəkdə qarşımıza müəllim, mühəndis, həkim və s. kimi sənət sahələrinə yiyələnmiş vətəndaş olaraq çıxacaqlar".

Qeyd edək ki, eşitməsində anadangəlmə problem olan hər kəs ATU-nin Tədris Cərrahiyyə Klinikasına müraciət edə bilər. Həkim Y.Hacıyev bütün uşaqların vaxtında eşitmə müayinəsindən keçirilməsini, vaxtında həkimə müraciət etməsinin önəmli olduğunu deyir: “Əgər hər hansı bir narahatçılıq müşahidə olunursa, uşaq vaxtilə hansısa bir ciddi xəstəlik keçiribsə, mütləq eşitmə yoxlanmasından keçmək lazımdır”.
Qeyd edək ki, əməliyyat zamanı eşitməyən uşaqların qulağına implant daxil edilir. Bu da körpələrin rahatlıqla eşitməyə və danışmağa başlamasına kömək edir.

  

ATU-nun Tədris Cərrahiyyə Klinikasında növbəti dəfə nadir rast gəlinən Sekundum ASD (Atrial Septal Defekt)-nin qapalı yolla müalicəsi uğurla həyata keçirildi.

Qeyd edək ki, məhz bu tip əməliyyatlar ancaq Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında yerli mutəxəssislər tərəfindən aparılır. Sekundum ASD (Atrial Septal Defekt)- Qulaqcıqlararası Çəpərin İkincili defekti uzun illər açıq ürək əməliyyatı yolu ilə müalicə olunub. İndi isə bu qüsurun təxminən 80%-i qapalı yolla- transkateter- damardan iynə ilə keçməklə müalicə edilir. Bu yolla müalicə edilən xəstələrdə heç bir kəsiyə ehtiyac olmur, əməliyyat sonrası isə hər hansı çapıq izi qalmır.
Klinikamıza müraciət edən 30 yaşlı xəstə üzərində ATU Tədris Cərrahiyyə Klinikasında Kardiologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Qalib İmanov tərəfindən bu əməliyyat uğurla həyata keçirilib. Xəstədə qüsur təsadüf müayinələr zamanı aşkar olunub və bir sıra xəstəxanalarda olmasına baxmayaraq, sonda ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət etmişdir. Xəstədə əməliyyat uğurla başa çatdı və xəstə 1 gecə xəstəxanada qaldıqdan sonra ertəsi gün evə yazıldı. Əməliyyatla bağlı hər hansı bir ağırlaşma halları olmadı.

 

 

   

 

Tədris Cərrahiyyə Klinikasında hamiləykən ürəyinə mexaniki klapan yerləşdirilən qadın ana olub

Ötən ilin dekabr ayının əvəllələrində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimləri tərəfindən ölkədə ilk dəfə olaraq hamilə qadının ürəyində əməliyyat aparılaraq, onun mexaniki klapanı dəyişdirilib. Dünyada üçüncü belə uğurlu əməliyyat olub, çünkü burdakı təhlükə - əməliyyat zamanı hamilə xanımın bədən temperaturunu 33ºC qədər düşürülməsidir, bu vəziyyət isə döl ürəyinin fəaliyyətini dayandırma təhlükəsini artırır.
36 yaşlı qadın bu günlərdə artıq körpəsini dünyaya gətirib. Kesar əməliyyatı ilə doğulan oğlan uşağının çəkisi 3 kq 600 qram, boyu 49 sm-dir. Əməliyyatı həyata keçirən Ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun sözlərinə görə, hamilə qadın doğuşdan bir həftə əvvəl xəstəxanaya yatızdırılıb. Bir həftə ərzində onun üzərində doğuşa hazırlıq prosesi aparılıb (ürəyində mexaniki qapaq olduğundan yüksək dozada qan sulandırıcı dərmanlar alıb). Uşaq əvvəlcədən planlaşdırıldığı kimi, keysəriyyə əməliyyatı ilə doğulub. Əməliyyatda təcrübəli anestezioloq, kardioloq, kardiocərrah və ginekoloqlardan ibarət böyük bir həkim
briqadası iştirak edib, onların səyi nəticəsində körpə sağlam dünyaya gətirilib.
Qeyd edək ki, qadın 3 il əvvəl aorta qapaq stenozu problemi ilə həkimlərə müraciət edib. Xəstədə ürəyin aorta qapağının protezləşdirilməsi əməliyyatı icra edilib, mexaniki klapan yerləşdirilib. Əməliyyatdan sonrakı dönəmdə hansısa bir problem yaranmayıb. Lakin qadın hamilə qalmaq istəyib.
Həkimlər buna etiraz edərək hamiləliyin ona əks göstəriş olduğunu, dölün salamat qalması ehtimalının çox az olduğunu izah edilib. Buna baxmayaraq, özü də həkim olan qadın hamiləliyə qərar verib. Hamiləlik müddətində xəstənin vəziyyəti pisləşib, mexaniki klapanın trombozlaşması aşkarlanıb. Bu cür hallarda tək çıxış yolu yenidən əməliyyat olunması olduğu üçün klinikanın baş həkimi Asiman Həsənovun təşkili ilə konsilium keçirildi və göstərişlə qadın təcili əməliyyata alınıb: onun bədəninin hərarəti düşürülüb, ürəyi dayandırılıb və süni qan dövranına qoşulub. Bu cür əməliyyatlarda dölü itirmək təhlükəsi çox böyükdür. Lakin əməliyyat uğurla keçib - həm ananı, həm dölü qurtarmaq mümkün olub.

 

  

 

 

Tibb Universitetində nadir anadangəlmə ürək xəstəsi əməliyyat olunub

Tədris Cərrahiyyə Klinikasının kardiocərrahı Azərbaycanda ilk dəfə koronar anomaliya (ALCAPA) əməliyyatını icra edib.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da əhali arasında ürək-damar xəstəlikləri geniş yayılıb. Tibb sahəsi inkişaf etdikcə, peşəkar həkimlərimizin də sayı artır və onlar vaxtında bu cür xəstələrə kömək edirlər.
Lakin bu günlərdə Azərbaycan Tibb Universitetində (ATU) icra olunan ürək əməliyyatını sözün əsl mənasından nadir adlandırmaq olar. Çünki koronar arteriya anomaliyası xəstəliyinə nadir hallarda rast gəlinir.
ATU-nun Tədris Cərrahiyyə Klinikasinin baş həkimi, dosent Asiman Həsənov deyir ki, 10 milyon nəfər əhalisi olan Azərbaycanda çox az sayda belə xəstəyə rast gəlinə bilər.
ATU-nun Tədris Cərrahiyyə Klinikasinin kardiocərrahı, tibb üzrə fəlsəfə doktoru Seymur Musayevin sözlərinə görə, xəstə Gəncə şəhərinin 36 yaşlı sakinidir:
“Bu xanım bizə müraciət edəndə, artıq ona diaqnoz qoyulmuşdu. 
Bu xəstəliyə yüz minlərlə doğuşdan birində rast gəlinir. Önəmli məqamlardan biri odur ki, belə xəstələrin əksəriyyəti erkən yaşlarda həyatını itirirlər, çox az qismi təxminən 2-3 %-i 30 yaşına kimi yaşayır. 10 milyon nəfərlik əhalisi olan Azərbaycan üçün yəqin, 1-2 nəfər belə xəstə ola bilər. 30 yaşdan yuxarı isə yalnız 1 belə xəstə tapa bilərsən”.
Kardiocərrah bildirir ki, Klinikaya müraciət edən xəstə artıq 36 yaşında olub. Onun əməliyyat olunması qərarı verilib:
“Həm ürək qapağının işini təmin etdik, həm də anomaliya olan hissəni rekonstruksiya etdik. Əməliyyat mənim icramla doktor Mirəli Məcidovun iştirakı ilə keçirildi və 3 saat davam etdi”.
S.Musayev bildirir ki, artıq bundan sonra xəstənin həyatına hər hansı bir risk yoxdur. 3-4 gün xəstəxanada yatdıqdan sonra xanım evə yazılacaq və həyatını əvvəlki qaydada davam etdirə biləcək.

  

Tədris Cərrahiyyə Klinikasında daha bir uğurlu əməliyyat keçirildi

ATU-nun Tədris Cərrahiyyə Klinikasında hələ ana bətnində qastroşizis patologiyası aşkar edilən körpə doğulan kimi əməliyyat olundu
Azərbaycan Tibb Universıtetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında hələ ana bətnində qastroşizis patologiyası aşkar edilən körpə qeysəriyyə üsulu ilə doğulub. Dünyaya gələn kimi körpənin bağırsağında əməliyyat aparılıb.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun sözlərinə görə, xəstə hamiləliyin ilk günündən sözügedən klinikada müayinə olunub. Hamiləliyin 8-ci həftəliyində ultrasəs müayinəsi (USM) zamanı qadında dölün ürək döyüntüsü normal izlənilib və o, müəyyən analizlər verib: “Daha sonra qadın bütün hamilələr kimi hər ay ardıcıl olaraq müayinələrə çağırılıb. Növbəti ay baş tutan müayinə zamanı (hamiləliyin 12-ci həftəsində) belə bir patologiya aşkar edilib: ana bətnindəki körpənin bütün nazik bağırsağı və yoğun bağırsağın bir hissəsi vücuddan kənara çıxıb. Bu patologiyanın adı qastroşizisdir. Yəni, uşağın bağırsağı bədənindən çöldə, qarnının üstündədir. Adətən bağırsağın çölədönmə hərəkəti hamiləliyin 10-11-ci həftələrində bərpa olunur, bağırsaq içəri daxil olur. Lakin xəstədə bu proses baş verməyib.”
T. Canbaxışovun sözlərinə görə, hamiləliyin 28-29-cu həftəsində dölyanı mayenin möhtəviyyatı dəyişdiyi üçün körpənin bağırsaqlarına ziyan dəyə bilərdi: “Bunun qarşısını almaq üçün biz hamiləliyin 28-ci həftəsindən etibarən hər 3-4 həftədən bir düz 4 dəfə xəstənin ana bətninə müdaxilə edərək, dölyanı mayeni 500 ml litrdən 700 ml litrə qədər dəyişdik. Yəni bu mayeni porsiyalarla çəkib, əlavə mayeni durulaşdırdıq ki, bağırsağa heç bir zərər gətirməsin. Bu prosedur ilk olaraq yerli keyitmə vasitəsilə, digər 3 prosedur isə xəstəni ümumi yatızdırmaqla 30-35 dəqiqə müddətində icra olundu”. Həkim bildirib ki, bu, olduqca riskli bir prosedurdur, çünki, ana bətninə qarın nahiyyəsindən girilir: “Ana bətninə bir iynə ilə müdaxilə edirik və bu müdaxilə çox vaxt erkən doğuşa səbəb olur. Amma bütün bu təhlükələrdən uğurla keçdik. Hamiləliyin 37-ci həftəsi tamamlandıqdan sonra qadının sancıları başlayıb. Klinikanın baş həkimi Asiman Həsənovun səyi ilə həkim briqadasından ibarət konsilium keçirildi və əməliyyatla bağlı uyğun qərarlar verildi. Qeysəriyyə əməliyyat hazırlığında 26 nəfərə yaxın tibbi personal iştirak etdi. Xəstə gecə saat 1-də əməliyyata alındı və əməliyyat 5-də tamamlandı. Əməliyyatxanada ana bətnindən azad edilən körpə 1-2 saat özünə gəldikdən sonra uşaq cərrahlarının öhdəsinə verildi”.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahiyəsi şöbəsin müdiri Ramiz Poluxovun sözlərinə görə, qastroşizis qarnın ön divarının inkişaf qüsurudur və yaranma səbəbi qarın divarının qidalanmasının pozulmasıdır: “Belə qüsurların, patologiyaların aşkarlanması üçün Azərbaycanda xəstəyə tam yardım göstərməsi mümkün olan klinikalardan biri də bizim Tədris Cərrahiyyə Klinikasıdır ki, burada həm mama-ginekoloji, həm cərrahi, həm də neonatoloji xidmət göstərilir. İlk olaraq xəstə təbii ki, bizim ginekoloqlara müraciət edib, müayinələr zamanı Turab doktor bu xəstədə qastroşizisin olduğunu müəyyənləşdirdi. Biz məsləhətləşdik və doğuşa qədər aparılmalı olan bütün manipulyasiyalar ginekoloqlarımız tərəfindən müvəffəqiyyətlə həyata keçirildi. Belə uşaqlar mütləq qeysəriyyə üsulu ilə doğulmalıdırlar”.
R. Poluxovun bildirdiyinə görə, ana bətnində əməliyyat olunan uşaqda qastroşizisin ağır forması olub (ən böyük deffekt 4 sm sayılır) və doğulan kimi körpəyə neonatologiya şöbə müdiri Səadət Yaqubova və briqadası tərəfindən neonatoloji yardım göstərilib: “Bütün çöldə olan orqanlar steril plyonkaya bükülüb və uşağın əməliyyat üçün hazırlanması gözlənilib. Burada əsas məqsəd o idi ki, orqanlar yerinə qaytarılsın, deffekt bərpa olunsun. Körpə üzərində əməliyyat uğurla keçirilib, heç bir fəsad baş verməyib”.
Hazırda ATU-nun Tədris Cərrahiyyə Klinikasının həkim briqadasının nəzarətində olan bu körpə tam sağlamdır. Uşağın qidalanması da tez bir zamanda bərpa olunub.

        

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimləri Azərbaycanda ilk dəfə olaraq hamilə qadının ürəyində əməliyyat apararaq mexaniki klapanı dəyişiblər

Tibb Universitetində Azərbaycanda ilk dəfə hamilə qadının ürəyində əməliyyat ediblər

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimləri Azərbaycanda ilk dəfə olaraq hamilə qadının ürəyində əməliyyat apararaq mexaniki klapanı dəyişiblər. Bu, dünyada üçüncü belə uğurlu əməliyyat olub.

Klinikanın baş həkimi, dosent Asiman Həsənov əməliyyatın böyük uğurla keçdiyini, bunun nəinki Azərbaycan, ümumiyyətlə bütün dünya üzrə böyük bir nəticə olduğunu bildirir. Çünki bundan əvvəl cəmi iki dəfə belə əməliyyat sayəsində həm ananın, həm də onun bətnindəki dölün həyat fəaliyyətini davam etdirməsi halına rast gəlinib: “Adətən klapan dəyişmə əməliyyatı özü kifayət qədər ciddi bir əməliyyatdır. Bundan əlavə, bu xəstəmizdə ikincili klapan dəyişmə əməliyyatı planlaşdırılırdı. Bu, işin ciddiyyətini daha da artırırdı. Xəstə qadının hamilə olduğunu, ana bətnində dölün olduğunu nəzərə alsaq, belə əməliyyatın həddən artıq məsuliyyətli olduğunu deyə bilərik. Çünki əməliyyat ana və dölün həyatı üçün riskli idi. Böyük fəxrlə qeyd etmək istərdim ki, dünyada üçüncü dəfə məhz biz hamilə qadında dölün həyat fəaliyyətini davam etdirməsi ilə belə uğurlu əməliyyatı icra etdik. Belə bir ilkə məhz Tədris Cərrahiyyə Klinikasında imza atıldığına görə qürur hissi keçiririk”.

Azərbaycan üçün bir ilk olan bu əməliyyatın gedişi haqqında Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, uzman həkim Mirəli Məcidov məlumat verib. Onun sözlərinə görə, 35 yaşlı qadın 3 il əvvəl aorta qapaq stenozu problemi ilə həkimlərə müraciət edib. “Bu xanımda ürəyin aorta qapağının protezləşdirilməsi əməliyyatı icra edildi, mexaniki klapan yerləşdirildi. Əməliyyatdan sonrakı dönəmdə hansısa bir problem yaranmadı”.

Lakin əməliyyatdan sonra bu xanım hamilə qalmaq istəyib. Həkimlər buna etiraz edərək hamiləliyin həmin xanıma əks göstəriş olduğunu izah ediblər. Həmin xanıma dölün salamat qalması ehtimalının çox az olduğu izah edilib. Buna baxmayaraq, özü də həkim olan bu xanım hamiləliyə qərar verib.

Mirəli həkim bildirir ki, belə tip xəstələrin izlənməsi çox çətindir. Çünki xəstənin ürəyindəki mexaniki klapanın işləməsi üçün lazım olan dərmanlar uşağın inkişafı üçün zərərlidir. Bu dərmanların bəzilərinin əvəzedicisi isə dünyada yoxdur. Onları yalnız qismən əvəz edən dərmanlar var. Həkim qeyd edir ki, bu müddət ana ilə yanaşı həkimlər üçün çox önəmli və təhlükəlidir.

“Hər an ananın ürəyindəki klapanın dayanması riski var. Və bu da xəstənin həyatı üçün çox önəmli bir riskdir. Bu 6 ay ərzində həm döl, həm ana nəzarət altına alındı, mütəmadi olaraq kardioqram çəkilirdi”.

Lakin 10 gün öncə xəstənin vəziyyətinin pisləşərkən dölün müayinəsi zamanı məlum olub ki, dölün həyat fəaliyyəti pozulmayıb. Amma anaya qoyulan mexaniki klapanın trombozlaşması aşkarlanıb. M.Məcidov deyir ki, bu cür hallarda tək çıxış yolu xəstənin yenidən əməliyyat olunmasıdır.

“Bu, çox ağır bir qərar idi. Həmin vaxt klinikanın aparıcı heyətindən ibarət komissiya yaradıldı. Konsilium zamanı xəstənin yaxınlarının da razılığı ilə əməliyyata qərar verildi. Burada əsas ananın həyatını qurtarmaq idi. Bu cür əməliyyatlarda ananın ürəyi dayandırılır, süni ürək damarlarına klapan qoşulur və xəstə soyudulur. Bu cür əməliyyatlarda dölü itirmək təhlükəsi çox böyükdür. Lakin əməliyyat uğurla keçdi - həm ananı, həm dölü qurtara bildik”.

Qeyd edək ki, əməliyyatda həmçinin ATU-nun Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahı, Tibb üzrə fəlsəfə doktoru Seymur Musayev də iştirak edib. Onun sözlərinə görə, bu, çox çətin bir əməliyyat olsa da, həkimlərin səyi nəticəsində proses uğurla başa çatıb: “Hazırda ananın da, dölün də vəziyyəti yaxşıdır və onlar evə buraxılıblar. Ürəyi əməliyyat olunan xanım normal doğuş keçirə biləcək”.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının II mamalıq-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov qeyd edir ki, hamiləliyin çox riskli olduğu xəstəyə əvvəlcədən izah edilmişdi. Buna baxmayaraq, ailə hamiləliyi davam etdirmək qərarını verib. Hamiləliyin 24-cü həftəsinə qədər hər şey normal getsə də, bundan sonra xəstənin ayağında çox cüzi şişkinlik və təngnəfəslik əmələ gəlib.

“Xəstəxanada konsiulum toplandı, uşaq həkimi, ürək cərrahı həkimləri, anestezioloqlar, reanimatoloqlar fikirlərini bildirdilər. Hətta hamilələyə son verilməsi təklifləri səsləndi. Lakin mən bununla razılaşmadım. Hamılıqla hamilə ikən əməliyyatın icra olunmasına qərar verildi”.

T.Canbaxışov deyib ki, bundan əvvəl Tədris Cərrahiyyə Klinikasında ürək əməliyyatları keçirilib. Lakin ilk dəfədir ki, hamilə qadında belə əməliyyat aparılıb.

“Əməliyyat uğurla həyata keçirildi. Hipotermiya icra olundu - ürək dayandırılaraq əməliyyat olundu. Bu, dünyada 3-cü, Azərbaycanda isə ilk belə əməliyyat idi. İnkişaf etmiş ölkələrə nəzər salsaq, orada da 90 faiz hallarda əməliyyatlar dölü itirmə ilə nəticələnib. Çünki bu tip əməliyyatlarda ananın ürəyi dayandırılır, xəstə soyudulur. Biz də bu cür riski göz önünə aldıq”.

T.Canbaxışov deyir ki, belə hallarda cərrahi briqadadan çox şey asılıdır. ATU Tədris Cərrahiyyə Klinikası isə bu cür peşəkar, öz işinə diqqətlə yanaşan, məsuliyyətli həkimləri ilə qürur duyur. Onlar daim xəstələrin sağlamlığının keşiyində dayanmağa hazırdırlar.

 

 

 

 

Klinikamızda icra olunan növbəti uğurlu əməliyyat.

Xəstədə " Qiqant ölçülü çox kamerali göbək yırtığı, qarının ön divar toxumalarının sallanması, peritonun bitişmə xəstəliyi, bağırsaqların bitişməsi “ diaqnozu aşkarlanmışdı.
Xəstə 6 dəfə qarın boşluğundan əməliyyat keçirmişdir. Klinikaya ağir formada daxil olmuşdur. 
Klinikamızın Baş həkimi, Dosent Dr. Asiman Həsənov və ekipi tərəfindən xəstəyə " Bitişmələrin ayrılması, yırtıq kisələrinin ləğvi, hernioalloplastika və abdominoplastika əməliyyatı uğurla icra olundu. Xəstə səhəri gün artiq gəzməyə başlamışdı. Əməliyyatdan 3 gün sonra xəstə həkimin qərarı ilə və bundan sonrakı həyat tərzi haqqında məlumatlandırılaraq evə buraxıldı. 
Başda Asiman doktor olmaqla, bu mürəkkəb əməliyyatda əməyi olan bütün ekipimizə təşəkkürümüzü bildiririk və hər zaman iş fəaliyyətlərində sevincli anlar, davamlı uğur və nailiyyətlər diləyirik. Xəstəmizə isə Allahdan tezliklə şəfalar arzu edirik.

 

    

ATU-da dövlət tərəfindən dəstəklənən koxlear implant əməliyyatları keçirilib

ATU-da dövlət tərəfindən dəstəklənən koxlear implant əməliyyatları keçirilib 
Bu gün ATU-nun Tədris Cərrahiyyə Klinikasında Səhiyyə Nazirliyinin dəstəyi nəticəsində dörd uşağın eşitməsini bərpa etmək məqsədi ilə Koxlear İmplant Əməliyyatları uğurla həyata keçirilib. 
Nazir Oqtay Şirəliyevin tapşırığı ilə ilk dörd xəstə bu gün əməliyyat edilib. Sevindirici haldır ki, artıq bu proses dövlət tərəfindən dəstəklənir. Belə ki, əməliyyat zamanı taxılan cihazlar Səhiyyə Nazirliyi tərəfindən təqdim olunur. 
“Daxili qulağın protezləşməsi” əməliyyatları sayəsində anadangəlmə, eşitmə qabiliyyəti heç olmayan uşaqların eşitməsi bərpa olunur. ATU-nun rektoru akademik Əhliman Əmiraslanovun səyi nəticəsində Tədris Cərrahiyyə Klinikası bu əməliyyatların həyata keçirilməsi üçün hər cür şərait və avadanlıqla təchiz olunmuşdur.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının baş həkimi, dosent Asiman Həsənov əməliyyatın böyük uğurla keçdiyini, bu uğurun Azərbaycan Səhiyyəsində də əhəmiyyətli rol oynadığını bildirir. Klinikanın Qulaq-burun-boğaz şöbəsinin müdiri, uzman həkim Yusif Hacıyev deyir ki, bu əməliyyatların uğurlu keçməsi üçün əsas şərtlərdən biri xəstələrin mümkün qədər tez - 4 yaşa qədər müraciət etməsidir: 
“Hazırda əməliyyat etdiyimiz uşaq 1 yaş 8 aylıqdır. Yəni, biz artıq nitq inkişafının başlanğıcında bu körpəyə implant cihazı taxmış olduq. Bu uşaq artıq heç bir şəkildə o biri uşaqlardan fərqlənməyəcək, danışığı da gecikməyəcək. Qeyd edək ki, əməliyyat etdiyimiz dörd uşaqdan ikisi 3 yaşında, biri 1 yaş 8 aylıq, digəri isə 12 yaşında idi. 12 yaşlı pasientimiz digərlərindən fərqli olaraq sonradan eşitmə qabiliyyətini itirmişdir”. 
Həkim Y.Hacıyev bütün uşaqların vaxtında eşitmə müayinəsindən keçirilməsini, vaxtında həkimə müraciət etməsinin önəmli olduğunu deyir: “Əgər hər hansı bir narahatçılıq müşahidə olunursa, uşaq vaxtilə hansısa bir ciddi xəstəlik keçiribsə, mütləq eşitmə yoxlanmasından keçmək lazımdır”.
Qeyd edək ki, əməliyyat zamanı eşitməyən uşaqların qulağına implant daxil edilir. Bu da körpələrin rahatlıqla eşitməyə və danışmağa başlamasına kömək edir.

 

    

 

III Cərrahi xəstəliklər kafedrasında növbəti uğurlu mürəkkəb əməliyyat icra olunmuşdur

III Cərrahi xəstəliklər kafedrasında növbəti uğurlu mürəkkəb əməliyyat icra olunmuşdur:həmin kafedranın müdiri Prof Dr. Mamed Nəsirovun rəhbərliyi ilə Laparoskopik-Bariatrik cərrah Op. Dr. Aslan Abdullayev və ekibi tərəfindən onkoloji xəstəlik və HCV fonunda Diafraqmanın Qida borusu dəliyinin yırtığı I Tip, kardial çatmamazlıq, ağır dərəcəli reflyüks ezofagiti olan 49 yaşlı qadının 6 illik xəstəliyinə son qoyularaq onun üzərində uğurlu laparoskopik Nissen Fundoplikasiyası əməliyyatı icra olunmuşdur. Ağır ağrı tutmalarına bununla da son qoyulan qadın əməliyyatdan 12 saat sonra aktivləşərək gəzmiş və 48 saatdan sonra sağalma ilə kafi vəziyyətdə evə yazılmışdır.
Əməyinə görə başda Prof Dr. Mamed Nəsirovun olmaqla, Op. Dr. Aslan Abdullayev və ekibinə öz təşəkkürümüzü bildiririk və hər zaman olduğu kimi onlara davamlı uğur və nailiyyətlər diləyirik..Xəstəmizə isə Allahdan, tezliklə şəfalar diləyirik.

      

Sekundum ASD (Atrial Septal Defekt)- Qulaqcıqlararası Çəpərin İkincili Defekti

Sekundum ASD (Atrial Septal Defekt)- Qulaqcıqlararası Çəpərin İkincili Defekti

Anadangəlmə ürək qüsuru - Qulaqcıqlararası Çəpərin İkincili Defekti uzun illər açıq ürək əməliyyatı yolu ilə müalicə olunmuşdur. İndi isə bu qüsurun təxminən 80%-i qapalı yolla- transkateter- damardan iynə ilə keçməklə müalicə edilir. Bu yolla müalicə edilən xəstələrdə heç bir kəsiyə ehtiyac olmur, əməliyyat sonrası isə hər hansı çapıq izi qalmır, xəstə bir gün xəstəxanada qalır, o birisi gün evə yazılır.
Klinikanın baş həkimi, dosent Asiman Həsənov bildirir ki, məhz universitet tarixində ilk dəfə olaraq bu praktikadan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında istifadə olunmuşdur. Belə ki, Dr. Qalib İmanov, anestezioloq Dr. Məhəmməd Abbasov, kardioloq Dr. Yasmin Rüstəmova, kardioloq Dr. Muxtar Müseyibov tərəfindən 12 yaşlı xəstə üzərində uğurla həyata keçrilmişdir.

Başda Kardiologiya şöbə müdiri, PhD Dr. Qalib İmanov olmaqla bütün əməyi olan mütəxəssislərimizə hər zaman olduğu kimi öndə olmağı, işlərində davamlı uğur və nailiyyətlər diləyirik. Balaca paçientimizə isə Allahdan tezliklə şəfalar diləyirik.

    

ATU TCK-da növbəti uğurlu Laparoskopik Nissen Fundoplikasiyası əməlyyatı icra olundu.

Diafraqmanın qida borusu dəliyinin yırtıqları -Hiatal hernianın 4 tipi vardır:
● Tip I (sürüşən) hernia
● Tip II (paraezofageal) hernia
● Tip III (qarışıq) hernia ; Tip I vəTip II hernia komponentləri birlikdə olur.
● Tip IV hernia (qısa qida borusu) ; Tip III hernia komponentleri və daxili orqanlar (dalaq,nazik və yoğun bağırsaq) birlikdə müşahidə edilir.
Bu xəstəlik cərrahiyyənin klassik xəstəlikləri sırasında olmasına baxmayaraq açıq cərrahi müalicə metodlarının nəticələri qənaətbəxş hesab olunmurdu. Lakin bu problemin həllinə Laparoskopik Yanaşma kökündən klinik nəticəsini yaxşılaşmışdır və əməliyyatdan sonrakı nətıcələri ilə artıq cərrahları razı samağa başlamışdır. Diafraqmal yırtıqların laparoskopik müalicəsində uzun illərin təcrübəsi ilə ən gözəl nəticələri əldə edən laparoskopik bariatrik cərrah Aslan Abdullayev və ekibi tərəfindən ATU TCK-da növbəti uğurlu Laparoskopik Nissen Fundoplikasiyası əməlyyatı icra olunmuşdur. Əməliyyat II dərəcəli III Tip Hiatal Hernia diaqnozu olan 26 yaşlı gəncin üzərində aparılmışdır. Əməliyyatdan 12 saat sonra xəstə aktivləşdirilmış, 48 saat sonra isə kafi vəziyyədə sağalma ilə evə yazılmışdır. Sizlər həmin əməlyyatdan foto və video materialları təqdim edirik.

   

Tibb Universiteti həkimləri ana bətnində ikən bədəninə maye yığılan uşağı həyatda saxladılar

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ana bətnində ikən plevra və perikard boşluğuna maye yığılan uşaq doğulub. Klinikanın baş həkimi dosent, Asiman Həsənovun sözlərinə görə, həkimlərin vaxtında müdaxiləsi sayəsində körpənin vəziyyəti hazırda qənaətbxəşdir.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının ginekologiya şöbəsinin müdiri, uzman həkim Turab Canbaxışov qeyd edir ki, hələ körpə ana bətnində ikən həkimlər bu patologiyadan xəbərdar olublar: “Ana 7 aylıq hamilə ikən gəlmişdi. Həmin vaxt müayinələr göstərdi ki, ana bətnində ikən uşağın döş qəfəsinin içinə, ağciyər və ürəyinin ətrafında maye yığılır. Bu da ürəyin fəaliyyətinə əngəl olmuş, ürək çatışmazlığına gətirib çıxarmışdı. Bildiyimiz kimi, ürək qanı təzyiqlə bütün damarlara paylaşdırmaqla işləyir. Lakin yığılan maye həmin orqanı sıxdığına görə, qan dövranı pozulmuş, ürək ətrafı ilə yanaşı, qarına da maye yığılmışdı və mayenin miqdarı getdikcə daha da artırdı. Bu, həm də dəri ödemi (şişkinliyinin) artmasına səbəb olurdu. Xəstə məhz belə vəziyyətdə bizə üz tutmuşdu”.
Həkimin sözlərinə görə, ana 5 aylıq hamilə ikən uşağın döş qəfəsinə maye yığılmağa başlayıb. Xəstə Türkiyəyə üz tutub, orada döş qəfəsinin hər iki tərəfinə stend taxdırıb ki, yığılan maye uşaqlıq boşluğundan çölə çıxsın. Lakin müəyyən müddət sonra stendlərin yolu tutulub:
“Biz diaqnozu qoyduqdan sonra təcili bir müdaxilə planlaşdırdıq. Yəni, ana bətnində uşağın döş qəfəsinə daxil olub, həm sağdan, həm də soldan bu mayeni çəkmək lazım idi ki, ürək rahatlansın, fəaliyyəti bərpa olunsun və ağciyərlər açılaraq inkişafı davam etdirsin. Biz düz 3 dəfə bu proseduru həyata keçirdik. Bunlar hamiləliyin 35-ci, 36-cı və 37-ci həftəsində gerçəkləşdirildi. Prosedur zamanı bir sıra çətinliklərlə də üzləşirdik. Məsələn, bəzən uşaq dönürdü, onda məcburən ananı gəzdirib uşaq əvvəlki vəziyyətə qayıdandan sonra prosedura davam edirdik”.
ATU həkim briqadasının müdaxiləsi nəticəsində bu körpə heç bir ürək qüsuru olmadan dünyaya göz açıb. Uşaq doğulduqda yalnız ürəyin fəaliyyəti ilə bağlı müəyyən problemlər olub ki, indi həmin problemlər də nizama salınıb. Hazırda bu körpə ATU həkimlərinin nəzarəti altındadır və hər ay müayinə olunur.

  

Tibb Universitetinində unikal cərrahi əməliyyat icra edildi

Bu günlərdə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında yalnız dünyanın qabaqcıl klinikalarında icra oluna bilən əməliyyat baş tutub. Həkimlər çənədə şişin götürülməsi, incik sümüyü ilə çənə sümüyünün bərpası və diş protezləşdirilməsi əməliyyatını eyni zamanda aparıblar. Orta yaşlı qadında aparılan əməliyyat zamanı çənədə yayılmış şiş götürüldükdən dərhal sonra diş implantları yerləşdirilib.

Bu mürəkkəb əməliyyat ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının əməkdaşları professor Çingiz Rəhimov, ağiz və üz-çənə cərrahiyyəsi şöbəsinınin müdiri t.ü.f.d. Məhəmməd Davudov və plastik cərrah Araz Salmanovun başçılığı altında iki briqada tərəfindən aparılıb.
Prof. Çingiz Rəhimovun sözlərinə görə, birinci briqada çənədəki şişin xaric edilməsi ilə məşğul olub. Çənə tam açılandan sonra çənənin patoloji hissəsi və onunla birgə həmin hissədəki dişlər götürülüb. Həmin müddət ərzində isə ikinci briqada incik sümüyünü damarlarla bilrikdə götürərək, çıxarılan çənənin yerinə yerləşdirib. Və həmin damar ayaqcıqları bu sahəni təchiz edən arteriya və venaya birləşdirilib. Köçürülən sinir qanla yenidən təchiz olunduğundan, ağız boşluğunda implantların üzərində dişlər qoyulub.

Assistent Məhəmməd Davudov bu əməliyyatları üz-çənə cərrahiyyəsində son nailiyyət kimi qiymətləndirir: “Bu, mikrocərrahiyyə texnikasının tətbiqilə icra olunan əməliyyatlardır.

Bu əməliyyatın daha bir unikallığı ondadır ki, burada həm şişin götürülməsi, həm defektin aradan qaldırılması, eyni zamanda xəstənin protez reablitasiyası eyni mərhələdə baş tutub”.

Əməliyyatdan öncə hazırlıq prosesində ən muasir kompüter texnologiyalarından istifadə etməklə virtual modelləşmə ilə planlaşdırılma aparılıb. Əməliyyat xüsusi naviqasyon qurğudan istifadə etməklə yüksək ixtisaslı cərrahlar tərəfindən həyata keçirilib.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının baş həkimi, dosent Asiman Həsənov qeyd etdi ki, bu tip əməliyyatlar dünya təcrubəsində nadir hal kimi qəbul olunur və onları yalnız ən qabaqcıl klinikalarda icra etmək mümkündür. Artıq ATU-nun Tədris Cərrahiyyə Klinikasının da adını bu cür tibbi müəssisələr sırasında çəkmək olar. Xəstə əməliyyatdan ayılan kimi artıq çənəsi və diş sırası tam bərpa olunmuş olur.

 

    

Tibb Universitetində daha iki xəstəyə böyrək köçürüldü.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında böyrək köçürülməsi üzrə daha iki uğurlu əməliyyat keçirilib. Türkiyəli mütəxəssislərin iştirakı ilə keçirilən əməliyyata İstanbul Florans Nightengale Xəstəxanasının Bilim Universitetinin professoru dr. Barış Akil da qatılıb.
Prof. Dr. Barış Akil Azərbaycan Tibb Universiteti ilə əməkdaşlıqdan çox məmnun olduğunu bildirib: “Qardaş ölkə Azərbaycanın Tibb Universitetində böyrək transplantasiyasının necə sürətlə inkişaf etdiyini görürük və bundan çox məmnunuq. Burada birgə icra etdiyimiz əməliyyatlarda müasir texnologiyadan istifadə olunur. Belə ki, Retroperitoneoskopik üsulla "Donor Nefroktomiya" əməliyyatını uğurla həyata keçirdik.
.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov qeyd edir ki, bu əməliyyat Klinika yaradılandan etibarən artıq ikinci və üçüncü böyrək transplantasiyasıdır: “İlk əməliyyatımız bu ilin avqust ayında eyni həkim briqadası tərəfindən aparılmışdı. Bu dəfə isə iki əməliyyat həyata keçirildi”.
N.Bayramov ATU ilə İstanbul Bilim Universiteti arasında rəsmi əməkdaşlıq müqaviləsinin olduğunu xatırladır: “Bu müqavilə çərçivəsində çox saylı sahələrdə əməkdaşlıq edirik. Onlardan biri də böyrək və pankreas köçürülməsi üzrə əməkdaşlıqdır. Bu əməkdaşlıq sayəsində gələcəkdə daha böyük işlər görəcəyimizə də inanırıq”.
Baş həkim, dosent Asiman Həsənov qeyd etdi ki, ATU Tədris Cərrahiyyə Klinikasında böyrək köçürülməsi üzrə aparılan əməliyyatlar tam uğurlu keçib. Hazırda hər iki xəstənin vəziyyəti normaldır.

 

    

 

Uğurlarımız davam edir..

Uğurlarımız davam edir...
Öd daşi xəstəliyi zamani gündəlik həyatımızda rast gəldiyimiz : xoledoxolitiaz, postxolesitektomik sindrom, şarko triadasi, mexaniki sariliq, rezidual daşlar, xolangit, kəskin pankreatit və s. ağirlaşmalar xəstələri təhlükəli duruma salaraq onlarin həyatini təhdid edir. Müalicəsi isə həm bir sira texniki çətinliklərlə yanaşi daha mürəkkəb, uzunmüddətli və sosial-ekonomik olaraq əlverişsiz hesab olunur. Müayinə metodlari ( MRI, ERCP, PST ) daha mürəkkəb, endoskopik müalicə metodlari isə çox vaxt ağirlaşmalarla müşahidə olunur və yaxud texniki çətinliklər üzündən effektsiz ola bilir. Xəstələrin cərrahdan digər mütəxəssisə-endoskopist həkimlərə müraciətinə səbəb olur. Təbii ki, bu durum qarşisinda bütün dünyada alternativ cərrahi müalicə metodlari axtarilib tapilmaqdadir. Bu mükəmməl metodlardan biri də laparoskopik intraoperativ xoledoxoskopiyadir ki, bu ağirlaşmalar zamani müxtəlif variantlarla tətbiq olunur. Bu da cərraha xəstəni daha güvənli müalicə etməyə, intraoperativ və postoperativ ağirlaşmalari minimuma endirməyə, əməliyyat xərclərini azaltmağa, postoperativ sagalma və xəstələrin sosial adaptasiya müddətini azaltmağa imkan verir.
Bu günlərdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında 58 yaşli qadin patsient üzərində "Postxolesistektomik sindom: xoledoxun rezidual daşi, mexaniki sarılıq" diaqnozu ilə aparilan uğurlu əməliyyat zamani bu üsuldan istfadə edilmişdir və 2 ədəd 5mm və 1 ədəd 10mm portla xəstəyə laparoskopik xoledoxotomiya, xoledoxoskopiya və xoledoxolitotomiya əməliyyatı aparılmışdır. Əməlyyat laparoskopik bariatrik cərrah Aslan Abdullayev, həkim-endoskopoist Habil Hüseynov və həkim-rezident Ülvi Vəliyev tərəfindən icra olunmuşdur. Xəstə 18 saat sonra sağalma ilə stasionardan çixarilmişdir. Bu əməliyyatdan maraqli görüntüləri sizlərə təqdim edirik.
Böyük əməy və məsuliyyətli işlərinə görə mütəxəssislərmizə öz dərin təşəkkürümüzü bildiririk və bu uğur münasibəti ilə onları təbrik edir, belə uğurların saysız-hesabsız davamını diləyirik..

  

 

ATU TCK-da İlk Dəfə Laparoskopik Yoğun Bağırsaq Cərrahiyyəsi tətbiq olunan innovasiya yeniliklərindən oldu.

Laparoskopik kolorektal cərrahiyyə yoğun bağırsağın bəd və xoş xassəli xəstəliklərin müalicəsində bütün dünyada geniş tətbiq olunmağa başlamışdır. Bu üsulla bütün əsas kolorektal əməliyyatların əlverişliyi və təhlükəsizliyi öz təsdiqini artıq tapmışdır. Əməliyyatdan sonra az ağrının olması, əməliyyatdansonrakı bağırsaq parezinin çox qısa müddətli olması, xəstələrin gündəlik aktiv fəaliyyətə erkən qaytarılması kimi əvəzolunmaz və danılmaz faydaları ilə ATU TCK-da İlk Dəfə Laparoskopik Yoğun Bağırsaq Cərrahiyyəsi tətbiq olunan innovasiya yeniliklərindən oldu.Bu yüksək texnoloji əməliyyatları uğurla başa vuran Laparoskopik Bariatrik Cərrah Aslan Abdullayev və ekipinin Növbəti Laparoskopik Abdomino Perineal Düz Bağırsaq Ekstripasiyası əməliyyatından görüntülərini təqdim edirik.
Hər zaman innovativ bacarıqları ilə seçilən Cərrah Aslan Abdullayevə və onun ekipinə davamlı uğur və nailiyyətlər diləyirik.

  


ATU-nun Tədris Cərrahiyyə Klinikasında xəstəyə böyrək köçürüldü

Bu günlərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında universitet tarixində ilk dəfə olaraq böyrək transplantasiyası əməliyyatı həyata keçirilmişdir. 1989-cu il təvəllüdlü xroniki böyrək çatışmazlığından əziyyət çəkən və uzun müddətdir ki, hemodializ seansları alan xəstəyə anasından alınan böyrək köçürüldü. Övladına 2-ci dəfə həyat verən anadan - donordan böyrək alınma əməliyyatı Azərbaycanda ilk dəfə olaraq endoskopik (retroperitonoskopik) üsulla icra edilmişdir. Hal- hazırda donorun (ana) və xəstənin (oğul) ümumi vəziyyəti qənaətbəxşdir. Əməliyyatda ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramovun başcılığı ilə klinikanın baş həkimi dos.Asiman Həsənov, həkim-cərrah Ruslan Məmmədov, həkim-uroloq Fikrət Əhmədov, nefroloq Orxan Quliyev, anestezioloq Cavid Paşayev və digər tibb personalından ibarət heyət iştirak etmişdir. İstanbul Bilim Universitetinin professoru Barış Akın ATU-da icra edilən bu ilk orqan köçürülməsi əməliyyatında yaxından iştirak edərək dəstək olmuşdur.

ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov böyrək köçürülən xəstəyə və donora baş çəkərək onların vəziyyəti ilə yaxından tanış olmuş, hər ikisinə şəfa diləyərək tezliklə sağalıb yaxınlarına qovuşmalarını arzulamışdır.

Qeyd etmək lazımdır ki, əməliyyatın icra olunduğu ATU-nun Tədris Cərrahiyyə klinikası ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş və yüksək ixtisaslı mütəxəssislərin çalışdığı tibb müəssisəsidir.

 

    

  

ATU-nun Tədris Cərrahiyyə Klinikasında 3 yaşlı uşağın üzərində “koxlear implantasiya” əməliyyatı aparılıb

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “koxlear implantasiya” əməliyyatı icra olunub. 
Tədris Cərrahiyyə Klinikasının Qulaq-burun-boğaz şöbəsinin müdiri, uzman-həkim Yusif Hacıyev və onun komandasının anadangəlmə eşitmə qüsuru olan 3 yaşlı Lətifin üzərində apardığı əməliyyat uğurla nəticələnib.

Yusif Hacıyevin sözlərinə görə, “daxili qulağın protezləşməsi” əməliyyatlarının anadangəlmə, tam eşitmə qabiliyyəti olmayan uşaqların eşitmə qabiliyyətlərini bərpası məqsədilə aparılır. Bununla əlaqədar klinikada yüksək ixtisaslı həkimlərdən ibarət böyük bir komanda fəaliyyət göstərir və əməliyyatların uğurlu keçməsi bu komandanın yüksək səviyyəli işinin nəticəsidir: "Bizim klinikada bu cür əməliyyatlar mütəmadi olaraq davam edir. Bu əməliyyat nəticəsində əlil statusunda olan uşaqlar sağlam fərd olaraq cəmiyyətə qazandırılır. Əminəm ki, bu uşaqlar gələcəkdə qarşımıza müəllim, mühəndis, həkim və s. kimi sənət sahələrinə yiyələnmiş vətəndaş olaraq çıxacaqlar".

Qeyd edək ki, eşitməsində anadangəlmə problem olan hər kəs ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edə bilər. Yusif Hacıyev bir daha xatırladır ki, eşitmə qüsuru olan uşaqlarda əməliyyatların 4 yaşa qədər aparılması məsləhətdir. Həmçinin, əvvəllər eşidib-danışan, lakin sonradan bu qabiliyyətini itirən xəstələrə də bu əməliyyatı tətbiq etmək mümkündür.

 

 

  

  

Bu günlərdə Azərbaycan Tibb Universitetinin həkimləri növbəti mürəkkəb əməliyyatı uğurla həyata keçirməklə daha bir körpənin həyatını xilas ediblər.

Tibb Universitetində yeni doğulan körpədə mürəkkəb əməliyyat icra olunub
Bu günlərdə Azərbaycan Tibb Universitetinin həkimləri növbəti mürəkkəb əməliyyatı uğurla həyata keçirməklə daha bir körpənin həyatını xilas ediblər. Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında anadangəlmə inkişaf qüsuru olan uşaq üzərində bağırsaq əməliyyatı icra olunub.
Azərbaycan Tibb Universitetinin (ATU) uşaq cərrahiyyəsi kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Vüqar Məhəmmədovun sözlərinə görə, uşaq avqustun 4-ü doğulub, bir gün sonra isə əməliyyata alınıb. Körpənin bağırsağında ciddi qüsur - atreziya olubmuş: “Bu haqda hələ uşaq doğulmazdan öncə məlumatımız vardı. Çünki antinatal ultrasəs müayinə zamanı bu problemi aşkarlayıb körpənin valideynlərinə məlumat vermişdik. Yəni, biz artıq əməliyyata hazır idik”.
Körpə 38 həftəliyində 1kq 940 qr çəki ilə dünyaya gəlib. Bir gün sonra ATU mütəxəssisləri onu əməliyyat ediblər. Saat yarım davam edən əməliyyat zamanı nazik bağırsaqda anadangəlmə inkişafüstü atreziyanın “3B” adlandırılan ən ağır forması aşkar olunub. Bu, nazik bağırsağın ən yuxarı hissələrinin atreziyasıdır. Belə ki, uşaqda inkişaf pozğunluğu nəticəsində bağırsağın hər iki ucunun kor qurtarması kimi patalogiya aşkarlanıb. Təəssüf ki, digər atreziya formalarına nisbətən “3B” formasında ölüm göstəricisi daha yüksəkdir. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının baş həkimi, dosent Asiman Həsənov qeyd etdi ki, bu diaqnozla doğulan uşaqların 50-60%-də ciddi fəsad və ya ölüm hallarına rast gəlinir.
V.Məhəmmədovun sözlərinə görə, əməliyyat ümumi anesteziya altında aparılıb və uğurla həyata keçirilib: “Əməliyyatdan sonra körpə neonatal intensiv terapiya şöbəsinə yerləşdirilib. Bir həftə ərzində uşağı süni yolla - damarla qidalandırdıqdan sonra artıq təbii qidalandırmaya keçmişik. Demək olar ki, kritik günlərimiz arxada qalıb. Hazırda uşağın vəziyyəti stabildir. Qarın boşluğundakı kateter çıxarılıb. Əgər hansısa problem yaranmasa, qidalanmanı tədricən artırmaqla, xəstənin tam normallaşmasına nail olacağıq”.

ATU-nun Tədris-Cərrahiyyə Klinikasında qırtlaq-udlağın karsinoması olan xəstədə rekonstruktiv cərrahi əməliyyat həyata keçirilib

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasında Ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudov tərəfindən çox mürəkkəb bir əməliyyat həyata keçirildi.
Məhəmməd Davudovun sözlərinə görə, qırtlaq-udlağın şişi deyərkən, söhbət, udlağın aşağı hissəsinin xərçəngindən, bədxassəli şişindən gedir: “Həmin nahiyyədə şiş aqressiv gedişə malik olur və boyun limfa düyünlərinə metastaz verir. Əməliyyat zamanı qırtlaq-udlaq tam götürülür, boyun limfa düyünləri tam şəkildə çıxarılır. Burada ikinci çox mühüm məsələ götürdüyümüz toxumaların, yəni həmin qüsurun rekonstruksiyasıdır, yəni bərpa olunmasıdır. Bu ona görə vacibdir ki, xəstənin qidalanması bərpa oluna bilsin”.
Həkim M. Davudovun sözlərinə görə, bunün üçün bir çox üsullardan istifadə olunur: “Dünya praktikasında da udlağın rekonstruksiyası üçün bir çox flepplərdən istifadə olunur. Bunlardan biri də acı bağırsaqdan götürülmüş fleppdir. Xəstələr məhz belə rekonstruksiyadan sonra normal həyata daha rahat adaptasiya olunurlar”.
Məhəmməd Davudov bildirdi ki, bu əməliyyat prosesi çox mürəkkəb bir texnika olduğu üçün xaricdə olan həkimlərlə işbirliyi qurmaq qərarına gəldik: “Beləliklə də, təcrübə mübadiləsi aparmış oluruq. Tehran Tibb Elmləri Universitetinin estetik-plastik-rekonstruktiv cərrahı, dosent, doktor Həmid Rza Fəthini bu əməliyyat üçün klinikamıza dəvət etdim. Onunla birgə bu əməllyyatın icrasını uğurla həyata keçirdik”.

 

 

Tədris Cərrahiyyə Klinikasında üçəm dünyaya gəlib


Tədris Cərrahiyyə Klinikasında üçəm dünyaya gəlib
Bu yaxınlarda daha bir ailədə üçəm sevinci yaşanıb. Pərvanə Daşdiyeva Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 2 qız və bir oğlan dünyaya gətirib.
Tibb üzrə fəlsəfə doktoru, ATU-nun I Mama-ginekologiya kafedrasının assistenti Arzu İsmayılovanın sözlərinə görə, Pərvanə xanım hamiləliyi dövründə bir neçə dəfə Tədris Cərrahiyyə Klinikasına müraciət edib: “Hamiləlik zamanı vaxtından öncə doğuş riski olsa da, buna qarşı müvafiq müalicə aparılıb və nəticədə hamiləlik normal davam edib. Son aylarda ana tam nəzarətə götürülüb. Hamiləlik təxminən 36-cı həftədə sona çatdırılıb”.
A.İsmayılovanın sözlərinə görə, üçəmlərin qeysəriyyə kəsiyi əməliyyatı ilə götürülməsi haqda qərar verilib. Çünki ilk gələn döl ayaqla, ikincisi başgəlişi, sonuncu döl isə çanaqgəlişi ilə gələcəkmiş. Buna görə uşaqların həyatını riskə atmamaqdan ötrü qeysəriyyə əməliyyatı aparılıb.
Hazırda pediatrımız Səadət Yaqubovanın nəzarətində olan uşaqların vəziyyəti normaldır. Qeyd edək ki, oğlan 2300 qr, qızlar isə 1750 və 2100 qr çəki ilə doğulublar.
Biz də ATU kollektivi adından ailəni təbrik edir, uşaqlara cansağlığı arzulayırıq.
 
  

Laparoskopik Ventral-İncisional yırtıq əməliyyatı

ATU-nun Tədris Cərrahiyyə Klinikasının Laparoskopik Bariatrik Cərrahı Dr. Aslan Abdullayev və ekipinin uğurlu "Laparoskopik Ventral-İncisional yırtıq əməliyyatı" -dan görüntülər və  qısa təsvir:

Bu gün ATU-nun Tədris Cərrahiyyə Klinikasında İstər Birincili istərsə də residivləşən, kiçik ölçüdən giqant ölçülərədək böyümüş olan.hər zaman xəstələrdə boğulma və bağırsaq keçməməzliyi kimi həyatı təhlükələr yaradan Insizional və ventral yırtıqlar dünyada yeni qəbul olunmuş qızıl standartla - Laparoskopik üsullla icra olunmağa başladı.Bu əməliyyat zamanı heç bir kəsik aparılmır,agrı sindromu minimuma endirilir və xəstələr əməliyyatdan sonra qarında yırtıqla bağlı olan gobud deformasiyalardan və təhlükəli ağırlaşmalardan xilas olmaqla yanaşı 24-72 saat ərzində iş yerlərinə dönə bilirlər.Əməliyyat zamanı istifadə olunan bütün avadanlıqlar birdəfəlik istifadə üçündür, ABŞ istehsalıdır və kompozit meşlər ( tor və ya setkalar) qrupundandır ki,bu da qarın divarını möhkəmlətməklə yanaşı qarın boşluğunda bitişmə xəstəliyinin qarşısını tam alır.
Dr. Aslan Abdullayev
Laparoskopik Bariatrik Cərrah

  

  

 

 

Klinikamızın növbəti uğurlu əməliyyatı


Atu-nun Tədris Cərrahiyyə Klinikasının Ümumi cərrahiyyə kafedrasının dosenti Dr.Cümşüd Cümşüdov növbəti bir mürəkkəb cərrahi əməliyyat icra etdi.

Əməliyyat haqqında qısa tesvir:

1976 təvəllüdlü Mikayılov Teyfur Məhəmməd oğlu 13.07.2015 tarixdə " Diaqfraqmanın törəməsi" diaqnozu ilə ATU-nun Tədris Cərrahiyyə Klinikasının Ümumi Cərrahiyyə şöbəsinə daxil olub. 14.07.2015 tarixindəendobronxial narkoz altında torakofrenolaparatomiya icra olundu. Təftiş zamanı bəlli oldu ki, qaraciyərin üst səthi və diafraqma ilə intim bitişmədə olan texminən 20x5x15 sm ölçülərdə səthinin açıq yerlərində incə kapsulası olan , səthi hamar, yumuşaq-elastik konsistensiyalı törəmə var. Törəmə diafraqmanın bir hissəsi və qaraciyər toxumasının törəməyə bitişik hissəsi ilə birlikdə bütövlükdə xaric edildikdən sonra qaraciyərdəki "yatağı tikilərək, bağlandı. Sonrakı təftiş zamanı arxa yan hissəsində yerləşərək plevral boşluğa doğru böyüyən texmini 5-6 sm diametirli ikinci şiş aşkarlandı. Bu şiş sonra diafraqmanın  deffekti tikilərək tamlığı bərpa olundu.  Plevra boşluğu və qaraciyərarxası sahə ayrılıqda drenaj edildikdən sonra yara qat-qat tikildi. Əməliyyat və əməliyyatdan sonrakı erkən dövr fəsadsız keçdi. Drenajlar çıxarıldı. 17.07.2015 tarixində kafi vəziyyətdə evə ambulator müalicə ilə yazıldı.
Hazırda xəstənin ümumi vəziyyəti qənaətbəxşdir. 

 

 

 

 

 

 

 

 

Dekompensasiya mərhələli kəskin bağırsaq keçməzliyi fonunda subtotal kolektomiya və birincili nazik-enən çənbər bağırsaq anastomozu.

Xəstə “X”, xəstəlik tarixi N1497796, 26.10.1981 təvəllüdlü.
Xəstə 08.07.2015 tarixində ATU-nun tədris cərrahi klinikasının 4-cü cərrahi şöbəsinə kəskin bağırsaq keçməzliyi diaqnozu ilə daxil olmuşdur. Daxil olarkən şikayətləri ümumi zəiflik, halsızlıq, ağzında quruluq, yanğı, ürəkbulanma, təkrari qusmalar, defekasiya və qaz xaric olmanın ləngiməsindən ibarət olmuşdur.
Kliniki, laborator və instrumental müayinələrdən sonra xəstədə şiş mənşəli kəskin bağırsaq keçməzliyi diaqnozu təsdiqlənmişdir. Qarın boşluğunun tam ikili kontrast kompüter tomoqrafiyası zamanı “Yoğun bağırsağın qaraciyər əyriliyində 4,7 sm uzunluqda bir seqmentdə mənfəzi dolduran və ən qalın yerində 32 mm-ə çatan törəmə (Bl), distal nazik bağırsaq və proksimal yoğun bağırsaq keçməzliyi, omentumda 10mm-dən kiçik düyünlər (peritoneal karsinomatoz) diaqnozu müəyyənləşdirilmişdir. Fibrokolonoskopiya zamanı yoğun bağırsağın qaraciyər əyriliyinin Cr-i, bağırsaq keçməzliyi müəyyən edilmişdir.

     

  

Bağırsaq keçməzliyinin konservativ müalicəsi üçün edilmiş tədbirlər heç bir effekt verməmişdir. Buna görə də xəstəyə təcili cərrahi müdaxilənin olunması qərarına gəlinmişdir.
Endotraxeal narkozla geniş laparotomiya aparılmış və ilkin təftiş zamanı məlum oldu ki, yoğun bağırsağın qaraciyər əyriliyində mənfəzi tam obturasiya edərək kəskin bağırsaq keçməzliyi ilə ağırlaşmış, böyük piyliyə invaziya, müsariqə limfa düyünlərinə çoxsaylı metastazlar verən xərçəng şişi mövcuddur. Nazik bağırsaq ilgəkləri, kor və qalxan çənbər bağırsaqların mənfəzi bağırsaq möhtəviyyatı və qazla dolaraq kəskin genişlənmişdir.

 

  

 

Xəstəyə böyük piylik və müsariqə limfa düyünlərinin götürülməsilə sağtərəfli genişləndirilmiş hemikolektomiyanın aparılması qərara alındı. Köndələn çənbər bağırsaq müsariqəsində, xüsusən orta çənbər bağırsaq arteriyası boyunca çoxsaylı metastatik limfa düyünlərinin olmasını nəzərə alaraq rezeksiya hüdudu enən çənbər bağırsağa qədər uzadıldı. Gətirici nazik bağırsaq ilgəyində toplanmış möhtəviyyyat sığanaraq rezeksiya olunacaq seqmentlərə (nazik bağırsağın terminal hissəsi30-35sm) toplanıldı. Nazik bağırsağın 30-35 sm-lik terminal hissəsi, kor, qalxan, köndələn və enən çənbər bağırsaq seqmentləri böyük piyliklə bir blok daxilində onkoloji prinsiplər gözlənilməklə götürüldü .

Birincili nazik-yoğun bağırsaq anastomozunun və ya terminal ileostomanın qoyulması məsələsini xeyli düşündük. Əslində 3-4 sutkalıq kəskin bağırsaq keçməzliyi, şiş intoksikasiyası hipokaliemiya, hipoproteinemiya, anemiya, gətirici bağırsaq ilgəklərinin xeyli genişlənməsi, divarında kəskin ödemin olması birincili bağırsaq anastomozunun qoyulmasına əks göstəriş kimi dəyərləndirilməlidir. Lakin bağırsaqların peritonitlər və kəskin bağırsaq keçməzliyi travmatik zədələnmələri fonunda təcili və təxirəsalınmaz rezeksiyası sahəsindəki çoxillik təcrübəmiz bizə birincili bağırsaq anastomozunun qoyulmasının mümkünlüyü barədə qərar verməyə sövq etdi və biz birincili nazik-enən çənər bağırsaq anastomozu qoyuldu. Uzunmüddətli tədqiqatlarımızın və elmi araşdırmalarımızın nəticələrinə əsasən birincili anastomozu yan-yana formalaşdırdıq. Çox həkimlərə də tövsiyə edirik ki, bağırsaqların təcili və təxirəsalınmaz rezeksiyası zamanı anastomozları uc-uca deyil, yan-yana formalaşdırsınlar.


Yüksək riskli xəstələrdə və geridönməz işemiya fonunda qoyulmuş irincili bağırsaq anastomozlarında tikiş tutmazlığının profilaktikası üçün təklif etdiyimiz üsullardan və gərəkən ümumi müalicə tədbirlərindən istifadə edərək bu xəstənin tam sağalmasına nail olduq.

ATU-nun Tədris Cərrahiyyə Klinikasında,
Ümumi cərrahiyyə kafedrasının dossenti,
cərrahiyyə şöbəsinin müdiri Dr. Elçin Ağayev 

 

Koklear implant etdiyimiz anadangəlmə kar olan Ömərin və digər balaların cihazlarını aktivləşdirdik.

ATU-nun Tədris Cərrahiyyə Klinikasında İyun ayında anadangəlmə, eşitmə qabiliyyəti heç olmayan üç uşaqların eşitməsinin bərpası məqsədi ilə “Koxlear implantasiya ” əməliyyatı icra olunmuşdur. Əməliyyatlar ATU-nun Tədris Cərrahiyyə Klinikasının Qulaq-burun-boğaz şöbəsinin müdiri, Uzman Həkim Yusif Hacıyevin rəhbərliyi və iştirakilə aparılmışdır. Koklear implant etdiyimiz anadangəlmə kar olan Ömərin, Səadət və İbrahimin cihazlarını  Dr. Yusif Hacıyevin və Medel firmasının audioloqu (eşitmə mütəxəssisi) Muammer Gültekinin iştirakı ilə aktivləşdirdik. 
İlk dəfə etişməyə başlayan uşaqları gələn səslər narahat etməsin və qorxutmasın deyə səsləri ehtiyatla və yavaş tonla verilməyə başladı. 1 ay ərzində səsin şiddəti tədricən artırılacaqdır. 
3 gül balamızı cəmiyyətə sağlam fərdlər olaraq qazanadırmağın qürurunu yaşayırıq. Bu işdə əməyi olan Qulaq-burun-boğaz şöbəsinin müdiri, Uzman Həkim Yusif Hacıyevə və  Medel firmasının audioloqu (eşitmə mütəxəssisi) Muammer Gültekinə  təşəkkürümüzü bildiririk .

  

 

Atu-nun Tədris Cərrahiyyə Klinikasında növbəti bir uğurlu, mürəkkəb əməliyyat həyata keçirildi

Atu-nun Tədris Cərrahiyyə Klinikasının Ümumi cərrahiyyə kafedrasının dosenti Dr.Cümşüd Cümşüdov növbəti bir mürəkkəb cərrahi əməliyyat icra etdi.

1972 təvəllüdlü Məmmədova Sevinc 29.06.2015 tarixində “ Sol tərəfli pnevmatoraks” diaqnozu ilə ATU-nun Tədris Cərrahiyyə Klinikasının Ürək-damar cərrahiyyəsi şöbəsinə daxil olmuş, klinik laborator və instrumental müayinələr aparılmış, “ Boğulmuş residiv diafraqmal yırtıq” diaqnozu qoyulmuşdur. Xəstə 30.06.2015 tarixində ümumi cərrahiyyə şöbəsinə köçürülüb, təcili cərrahi əməliyyat təklif olunub. Xəstənin vəziyyətinin çox ağır olduğunu nəzərə alan xəstə sahibləri əməliyyat təklifindən müvəqqəti imtina ediblər. 01.07.2015 xəstənin vəziyyətinin kritik olduğu bir daha xəstə sahiblərinə izzah olunduqdan cərrahi əməliyyata razılıq alınıb, təcili olaraq endotraxeal narkoz altında “ Sol tərəfli torakotomiya” icra olunub. Təftiş zamanı diafraqmanın ressidiv yırtığı (6 ay əvvəl Tiflisdə diafraqma yırtığına görə əməliyyat olunub), mədənin boğulması, qanqrena və perforasiyasıya nahiyəsində məhdud irinli total fibrinoz plevrit, sol ağciyərin total atelektazı, divararalığının orta xəttən xeyli sağa yerdəyişməsi aşkar olunub. Plevra boşluğunun sanasiyası aparıldıqdan sonra diafraqmatomiya, mədənin mobilizasiyası, atipik rezerksiyası, diafraqmaplastika icra olundu. Plevra boşluğu təkrar sanasiya edildikdən sonra “ Toraks drenajı” ilə drenaj olundu və yara tikildi. Əməliyyat və əməliyyatdan sonrakı erkən dövr fəsadsız keçdi, drenaj çıxarıldı. Xəstə 07.07.2015 tarixində kafi vəziyyətdə evə buraxıldı. 
Hal-hazırda xəstənin vəziyyəti qənaətbəxşdir.
Bu mürəkkəb əməliyyatda əməyi olan başda Ümumi cərrahiyyə kafedrasının dosenti Dr.Cümşüd Cümşüdov olmaqla əməliyyatda iştirak edən bütün ekibə təşəkkürümüzü bildiririk.

 

 

 

 

  

 

ATU-nun Tədris Cərrahiyyə Klinikasında 650 qr ilə dünyaya gələn körpə yaşatılır.

ATU-nun Tədris Cərrahiyyə Klinikasında 650 qr ilə dünyaya gələn körpə yaşadılır.

ATU-nun Tədris Cərrahiyyə Klinikasında yeni bir uğura da imza atılır.

23 həftəlik, 650 qr çəki ilə yenidoğulmuşun həyatda saxlanılması Azərbaycanda ilk dəfə olaraq ATU-nun Tədris Cərrahiyyə Klinikasında gerçəkləşdirildi.

Son bir ayda hər kəsin diqqəti bir ay öncə 23 həftəlik, 650qr çəki ilə dünyaya göz açan, həyatdan bərk-bərk yapışaraq “Həyatda mən də varam” deyən Yusifin üzərindədir. Belə ki, 19.06.2015 tarixində 23 həftəlik hamiləliklə körpəsini itirmə təhlükəsi ilə ümidsiz şəkildə hamilə qadın ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət etmişdir. Klinikanın baş həkimi, dosent Asiman Həsənovun səyi və göstərişi ilə hamilə xanım düzgün istiqamətləndirilmiş və dərhal lazımı tibbi yardım göstərilmişdir. Aparılan müayinələr zamanı dölyani mayenin tam axdığı aşkar edilmişdir. Bundan çıxış yolu isə ancaq hamiləliyin sona çatdırılması idi. Klinikanın həkim mama-ginekoloqu Dr. Abbasova Nigar və həkim-neonatoloqu Dr. Yaqubova Səadət xanimın apardığı müayinələr nəticəsində dölün həyat fəaliyyətinin davam etdiyi aşkar edilmiş və süni doğuş aparılmışdır. Həkimin sözlərinə görə yenidoğulmuşun çəkisi 650 qr, ümumi vəziyyəti kritik idi. Dərin morfofunksional çatışmazlıq fonunda uşaqda tənəffüs pozğunluğu əlaməti ön planda idi. Respirator distress sindromu müşahidə olunurdu. Bütün xəstəxana yaşama ehtimalı çox aşağı olan körpənin həyat mücadiləsində ona dəstək olaraq, klinikanın bütün imkanlarından istifadə edərək, onu həyatda saxlamağa nail oldular.

Neonatologiya şöbəsinin müdiri Səadət Yaqubovanın rəhbərliyi ilə aparılan reanimasiya tədbirləri nəticəsində körpə artıq 33 gündür ki yaşayır. Vəziyyəti bu müddət ərzində bir neçə dəfə kəskin pisləşsədə, hal-hazirda qənaətbəxşdir. İndi Yusifin çəkisi 1020 qr-ı keçmişdir. Ümid edirik ki, balaca Yusifimiz sağlam böyüyərək xalqına, vətəninə layiqli övlad olacaqdır.

       

ATU-nun Tədris Cərrahiyyə Klinikasında varikozun ən müasir metodla müalicəsi

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasında Türkiyənin Ege Universitetinin mütəxəssislərinin iştirakı ilə varikoz xəstəliyinin ən son müalicə metodu olan “Variclose” sistemi ilə “sianakrilatla embolizasiya” adlanan unikal cərrahi əməliyyat icra edilmişdir. Bu əməliyyat nəinki Azərbaycanda, hətta MDB məkanında aparılan ilk əməliyyatdır.
ATU-nun professoru, tibb elmləri doktoru, Dünya və Avropa Damar Cərrahları Assosiasiyasının üzvü Məhəmməd Kərimovun sözlərinə görə, dünyada son illər varikoz xəstəliyinin müalicəsində kimyəvi ablasiya metodları tətbiq olunmaqdadır. Ancaq kimyəvi ablasiya uzun illər daha çox skleroterapiya şəklində istifadə olunurdu. Lakin son 2-3 il ərzində ABŞ, Böyük Britaniya və Almaniyada varikoz xəstəliyinin müalicəsində N-butil sianakrilat deyilən yapışqanın istifadəsinə həsr olunmuş tədqiqatlar başlanıldı. Tədqiqatların nəticələri uğurlu oldu, embolizasiyanın yüksək effektliyini və təhlükəsizliyini, eyni zamanda texniki icrasının daha asan olduğunu göstərdi.Bir neçə gün bundan öncə işini qurtarmış XXI Avropa Venoz Forumunda çıxış edən görkəmli tədqiqatçılar (prof.N.Morrison, prof.A.Davie, prof.T.Probstle) müalicənin erkən nəticələrini çox yüksək qiymətləndirərək, onun geniş perspektivlərindən danışdılar.Verilən məlumata görə sianakrilatla embolizasiya olunan xəstələrin sayı dünyada 2000–i keçmişdır.
Bu əməliyyat metodu dünyada 2 növ texnologiya ilə icra olunur.Çox fərəhləndirici haldır ki, onlardan biri türk texnologiyasıdır, beynəlxalq səviyyədə qəbul olunmuş və “Variclose” adlanır. Biz də öz işimizdə məhz bu texnoloiyadan istifadə edirik.Bu müalicə metodu varikoz xəstəliyinin müalicəsində ən son yenilik olmaqla yanaşı, lazer və radiofrekansla terapiyadan fərqli olaraq qansızmalarla müşayiət olunmur.Digər üstünlüyü isə ümumi və yerli ağrısızlaşmaya ehtiyacın olmaması, əməliyyatdan sonra kompression corabdan istifadə edilməməsidir.Xəstə əməliyyatdan sonra 1 saat ərzində klinikanı tərk edir və özünün gündəlik iş və həyat tərzində heç bir dəyişiklik etmir.
Bu müalicə metodu ilə daha yaxından tanış olmaq məqsədi ilə universitetin professoru M.Kərimov Türkiyənin EGE universitetində olmuş, cərrahi əməliyyatlarda iştirak edib, əməliyyatdan sonra 3 gün xəstələrin vəziyyətini izləmişdir. Yeni müalicə metodunun yüksək effektivliyinə və təhlükəsizliyinə əmin olunduqdan sonra Türkiyəli mütəxəssislər ATU-nun Tədris-Cərrahiyyə Klinikasına dəvət olunublar və onların iştirakı ilə 6 pasientdə əməliyyat icra olunmuşdur.Qeyd edək ki, əməliyyatlar yüksək səviyyədə keçmiş, xəstələr özlərini çox yaxşı hiss edirlər.
Klinikanın baş həkimi, dosent Asiman Həsənov qeyd etdi ki, “Biz Universitet klinikası olaraq qarşımıza qoyduğumuz əsas məqsəd, dünyada bu sahədə olan bütün yenilikləri, o cümlədən də hələ ki ən son metod hesab olunan “Variclose” ilə embolizasiya əməliyyatlarını vaxtında müalicə işimizdə tətbiq edib, varikozdan əziyyət çəkən insanlara adekvat yardım göstərməkdən ibarətdir”.

 

  

Keratokonus - yeni aparat

Artıq klinikamızda Klinikamıza Keratokonus xəstəliyinin daha az travmativ və daha çox effektiv əməliyyatı aparılır

Klinikamıza    yeni  gətirilmiş UV-Crosslinking  System CBM Vega 10mW aparatının köməyi ilə  Keratokonus xəstəliyinin inkişafını dayandırmaq üçün  CCL ( Corneal  cross linking ) əməliyyatı aparılır. Bu əməliyyatın aparılmasında əsas məqsəd korneanın kollagen lifləri arasında çarpaz bağlar əmələ gətirərək  korneanın güclənməsini təmin etmek və keratokonusun inkişafını dayandırmaqdır. Yeni aparaturanın üstünlüyü ondan ibarətdir ki, prosess daha qısadır-9 dəq, Uv şüalanma -10 Mv aparılır. Köhnə aparatda isə bu müddət 30 dəq (3 Mv)-dir.

CCL -3 tipi vardır 

  1. Buynuz qişanın deepitelizasiyası ilə standart crosslinking (epi-off)
  2. Transepitelial  Crosslinking passiv hopdurma ilə (epi-on)
  3. Transepitelial crosslinking  iontoforez iə aktiv hopdurma  (epi-on)

Standart CCL 

  1. Göz topikal anestetiklə keyləşdirilir
  2. Küt bir spatül ilə kornea epiteli mexanik olaraq qaldırılır 
  3. 30 dəq ərzində Ricrolin məhlulu 3-4 dəqiqədən  bir damızdırılır 
  4. Təkrar keyləşdirmədən sonra UV şüalanmaya  başlanılır.Şüalanma fasiləsiz 9 dəqiqə ərzində aparılır.Şüalanma zamanı da gözə Ricrolin 5 dəqiqədən bir  fasilə ilə tökülür.

Prosedur qurtardıqdan sonra gözə müalicəvi  linza qoyulur və xəstə 3 gün əzrində kontrol müayinəyə çağrılır.

Transepitelial CCL (epi-on)

Transepitelial  CCL- standart CCL-dən fərqli olaraq burada buynuz qişa epiteli qaşınmır.

Yanlız Ricrolin TE məhlulu hər 2 dəqiqədən bir damızdırılır (30 dəqiqə) sonra 9 dəq ərzində fasiləsiz  UV şüalanma aparılır.

  • Xəstə əməliyyat zamanı və əməliyyatdan sonra heç bir ağrı hiss etmir.
  • Deepitelizasiyası ilə bağlı ağırlaşmalar olmur 
  • Xəstə tərəfindən yaxşı qəbul edilir.

Transepitelial CCL iontoforezlə (epi-on)
Bu metodda da buynuz qişanın epiteli qaşınmır.Elektrodlar vasitəsi ilə Ricrolin +buynuz qişanın daha dərin qatlarına hopdurulur və 9 dəqiqə ərzində UV şüalanma aparılır . Xəstədə heç bir ağrı və diskomfort hissi olmur.

Klinikamızda 2 xəstə üzərində CCL əməliyyatı tətbiq olunub. 

Birinci xəstənin  bir gözündə Transepitelial CCL, digər gözündə isə Standart CCL əməliyyatı aparıldı.

Transepitelial CCL-nin üstünlüyü odur ki, buynuz qişanın epiteli qaşınmır, deepitelizasiya ilə baölı ağırlaşma qeyd olunmur. Proses qısa  olur və heç bir ağrə və diskomfort hissi olunmur.

Standart CCL-də isə epitel qaşınır,daha sonra 9 dəq. ərzində UV şüalanma aparılır. Bu əməliyyat epitel götürüldüyü üçün ağrılı olur. Xəstə 7-10 gün torlu görür, diskomfort hissi olur.

İkinci xəstənin bir gözündə standart CCL, digər gözündə isə Transepitelial CCL – iontoforezlə birgə aparılıb.


Keratokonus

Keratakonus - gözün ön təbəqəsinin,yani korneanın irəliləyici miyopiya və astiqmatizm ilə birlikdə incəlməsi  və sivriləşməsiylə xarakterizə olunan xəstəliyidir.

Xəstəliyin klinik əlamətləri 15-16 yaşlarda meydana çıxıb,20-40 yaş arasında İnkişaf edir.Artıq 40 yaşından sonra xəstəliyin inkişafı dayanır.

Keratokonusun səbəbi  tam aşkarlanmayıb. Xəstəliyin əmələ gəlməsində  3 əsas səbəb irəli sürülür.

  1. Genetik meyllik

  • Digər ailə üzvlərində bu xəstəliyin olması
  • Atopik allergik xəstəliklər kimi  ailəvi genetik xəstəlikləri 

  2. Ətraf faktorlar

  • Mütamadi olaraq gözləri ovuşdurma alışqanlığı
  • Daimi günəş işığına məruz qalma
  • Sərt konktakt linzaların istifadəsi

  3. Oksidləşdiricilərin təsiri 

Şikayətlər 

  • Gözdə qaşınma sulanma
  • İşıga qarşı həssaslığın artması 
  • Bəzən  iki görmə
  • Gecələr işıqlarda saçilma 
  • Göz qamaşması 
  • Görmənin azalması 
  • Eynək nömrələrinin sıx-six dəyişməsinə baxmayaraq ,aydın görmənin olmaması

Müalicədən öncə müayinələr 

  • Eynəksiz və eynəkdə görmə itiliyi
  • Damlasız və damlalı qirma (refraksion) qüsuru 
  • Kornea topoqrafiyası
  • Kornea  qalınlığı
  • Fundus ( göz dibi müayinəsi)

Müalicə metodları

  1. Sərt konkakt linzalar (görməni təmin edir)
  2. Korneal Crosslinking ( xəstəliyin inkişafını dayandırır)
  3. Kornea içi halqa (Koneal  Ring )
  4. Keratoplastika 

ATU-da nadir və mürəkkəb şiş əməliyyatı keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Ağız-üz və çənə cərrahiyyəsi şöbəsinin müdiri tibb elmləri namizədi, Dr. Məhəmməd Davudov növbəti uğurlu əməliyyatına imza atıb. Əməliyyat nəticəsində xəstə karotid xemodektomalardan azad edilib.

Əməliyyat haqqında məlumat verən Məhəmməd Davudov qeyd edib ki, karotid hemodektomalar (paraqanqliomalar) - karotid cismində yerləşən hemoreseptorlardan inkişaf edən şişlər olub, baş-boyun nahiyyəsinin nadir rast gəlinən mürəkkəb patologiyalarından biridir.

“Bu tip şişlərin nadir hallarda rast gəlinməsi və bu barədə məlumatın az olması 70% hallarda səhv kliniki diaqnozun qoyulmasına səbəb olur. Çox hallarda hemodektomalar boynun yan kistası, limfadenit və digər patologiyalarla səhv salınır”.

Mütəxəssis bildirib ki, hazırda karotid hemodektomaların müalicəsndə əsas müalicə metodu cərrahi metod hesab edilir. Lakin şişin daxili və xarici yuxu arteriyaları ilə sıx təmasda yerləşməsi, cərrahi müdaxilənin mürəkkəb və yüksək riskli olmasına səbəb olur. Şişin bəzi yerləşmələrində isə, daxili və xarici yuxu arteriyalarının hissəvi rezeksiyası və damar rekonstruktiv əməliyyatların aparılması lazım gəlir.

Beləliklə, anatomik yerləşmə variantlarının və topoqrafik xüsusiyyətlərinin müxtəlifliyinə, vahid cərrahi taktikanın mövcud olmamasına görə, bu tip patologiyalara yanaşma aktuallıq kəsb edir.

Qeyd edək ki, xəstə M. A. boynun sol tərəfində şişkinlik, baş ağrıları və baş gicəllənmə, udqunmanın və tənəffüsün çətinləşməsi şikayətləri ilə ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edib. 35 yaşlı xəstədə 5 il əvvəl boynun sol tərəfində kiçik ölçülü pulsasiya edən törəmə olub. Aparılan 3 D rekonstruksiyalı KT müayinəsi göstərib ki, şiş həm daxili həm də xarici yuxu arteriyasını əhatə edir.

M.Davudovun sözlərinə görə, xəstənin qardaşında da 5 il əvvəl eyni xəstəlik müşahidə olunub, lakin onda şişin ölçüsü daha böyük olub: “Xəstəmizin qardaşı xarici ölkə klinikasında əməliyyat olunub. Lakin o, əməliyyatın 3-cü günündə qanaxma və beyin qan dövranının kəskin çatışmazlığı səbəbindən dünyasını dəyişib. Bu da hemadektomaların irsi xəstəlik olmasına dair mülahizələri sübut edir. Belə hallara ümumiyyətlə dünya təcrübəsində az rast gəlinir. Bu ailə faciəsi xəstəmizi 5 il gözləməyə vadar edib. Nəticədə şiş böyüyərək böyük ölçülərə çatıb və xəstənin həyatına real təhlükə yaradıb. Biz klinikamızda xəstəni hərtərəfli müayinə etdik, 3D rekonstruksiyalı KT müayinəsi, kontrast KT müayinəsi apardıq və nəticədə cərrahi əməliyyata qərar verdik. Əməliyyatın uğurla icra olunduğunu demək lazımdır. Şiş toxuması tam şəkildə çıxarıldı. Xəstə 3 gün müddətində stasionar müalicədən sonra fəsadsız evə yazıldı”. M.Davudov qeyd edir ki, əməliyyatın uğurlu keçməsində əməliyyat blokunun və xüsusilə anestezioloji briqadanın yüksək fəaliyyəti danılmazdır.

  

  

Azərbaycanda ilk dəfə - "Kök hüceyrə transplantasiyası" keçirildi

ATU-nun Tədris Cərrahiyyə Klinikasında Azərbaycanda ilk dəfə olaraq qaraciyər xəstəsinə "Kök hüceyrə transplantasiyası" əməliyyatı həyata keçirildi.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının I Cərrahi Xəstəliklər kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, professor Nuru Bayramovun rəhbərliyi altında böyük bir ekiblə ilk dəfə olaraq qaraciyər xəstəsinə "Kök hüceyrə transplantasiyası" əməliyyatı həyata keçirildi. Xəstənin sümük iliyindən əldə edilən mezenximal kök hüceyrələrini intraarterial yolla qaraciyərə trans etdilər.

Ekibdə Transplantologiya şöbəsinin müdiri t.ü.f.d. Dr. Ruslan Məmmədov, Şüa-diaqnostika şöbəsinin müdiri Dr. Rasim Bayramov, İnvaziv kardiologiya şöbəsinin müdiri, t.ü.f.d. Dr.Qalib İmanov, Hematoloq Dr. Naidə Ağayeva, Molekulyar bioloq və genetik Dr. Fərid İsmayıllı, Həkim-Anesteziolog Dr. Məmməd Şirinov, Rezident Mehriban Hüseynova iştirak edirdi.

Başda Prof. Nuru Bayramov olmaqla bütün ekibə dərin təşəkkürümüzü bildirir, işlərində davamlı uğurlar və Azərbaycan səhiyyəsində ilklərə imza atmanın davamını diləyirik.

    

    

Azərbaycan Tibb Universitetində daha bir unikal əməliyyat

Neyrocərrahiyyə Kafedrası müdiri Professor Sabir Etibarlının rəhbərliyi ilə Dr.Namiq Əhmədov və Qulaq-burun-boğaz şöbəsinin müdiri, Uzman Həkim Yusif Hacıyevlə birgə beyin kraniofarigeoması əməliyyatı endoskopik üsulla burun içərisində girilərək uğurla icra olundu.

  

ATU-da ilk dəfə prostat vəz laporoskopik yolla çıxarıldı

Əməliyyatda Azərbaycanla yanaşı Sudan, Almaniya və Türkiyədən mütəxəssislər iştirak ediblər.

Bu günlərdə ATU-nun Tədris Cərrahiyyə klinikasında laporoskopik radikal prostatektomiya əməliyyatı icra edilib. Əməliyyatda iştirak edən həkimlərdən biri, ATU-nun onkologiya kafedrasının assistenti, uzman-onkouroloq Vasif İsmayıl bildirib ki, iki saat yarım davam edən əməliyyatın nəticəsi uğurlu olub: “Bizə 70 yaşlı xəstə müraciət etmişdi. Onda müayinələr nəticəsində prostat vəzin xərçəngi aşkarlandı. Bu, doğrudan da dəhşətli xəstəlikdir, dünyada kişilərin ölümünə səbəb olan əsas xəstəliklərdən biridir. Ancaq prostat vəzin xərçəngi vaxtında aşkarlanaraq düzgün müalicə olunarsa xəstəni tamamilə sağaltmaq mümkündür”.

Uroloq Vasif İsmayıl qeyd edir ki, ATU-nun Tədris Cərrahiyyə klinikasına müraciət edən bu xəstədə prostat vəzin tamamilə çıxarılması əməliyyatı - radikal prostatektomiya əməliyyatı aparılamalı idi: “Radikal prostatektomiyanı həm klassik, açıq əməliyyatla, yəni köhnə metodla aparmaq mümkündür, həm də laporoskopik, robot yardımı ilə etmək olar. Biz isə laporoskopik radikal prostatektomiyaya qərar verdik. Bu əməliyyat bütün laporoskopik əməliyyatların ən çətini və əziyyətlisi sayılır”.

Qeyd edək ki, ATU-nun Tədris Cərrahiyyə klinikasında icra edilən bu əməliyyatda Vasif İsmayılla yanaşı, Türkiyənin məşhur uroloqu Yaşar Özgük, Almaniyada yerləşən Haydinbörq Klinikasının urologiya şöbəsinin şef yardımçısı Əli Sərdar Gözen də iştirak etmişdir.

Vasif İsmayıl qeyd edir ki, “bu əməliyyatın icrası təkcə ATU üçün deyil, ümumiyyətlə Azərbaycan tibb elmi üçün əlamətdar bir hadisədir. Laporoskopik radikal prostatektomiya əməliyyatını Azərbaycanda ilk dəfə icra etmək bizim də həvəsimizi artırır. Çünki biz artıq bir neçə ildir ki, laporaskopik urologiya ilə ciddi şəkildə məşğul oluruq. Əməliyyat etdiyimiz xəstənin indiki vəziyyəti normaldır, adekvatdır, özünü yaxşı hiss edir”.

Qeyd edək ki, 8-9 iyun tarixlərində ATU-nun Tədris Cərrahiyyə Klinikasında Türk UroLap dərnəyinin 32-ci beynəlxalq tətbiqi laparoskopik urologiya kursu təşkil olunmuşdur. Yuxarıda söz açdığımız əməliyyatda iştirak edən həkimlər həm də bu tədbirə qatılıblar.

   

LAPAROSCOPİC Roux-en-Y Gastric Bypass

Azərbaycan Tibb Universiteti tarixində ilk dəfə “Koxlear implantasiya ” əməliyyatı icra olunub

Eşidə bilməyən uşaqlarla bağlı xoş xəbər

Azərbaycan Tibb Universiteti tarixində ilk dəfə “Koxlear implantasiya ” əməliyyatı icra olunub

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında “Daxili qulağın protezləşməsi” əməliyyatlarının icrasına başlanılıb. Bu əməliyyatın köməyilə anadangəlmə, eşitmə qabiliyyəti heç olmayan uşaqların eşitməsini bərpa olunur.

Dünən, 4 iyun 2015-ci il tarixində Tədris Cərrahiyyə Klinikasında 3 yaşlı Səadət və 4 yaşlı Ömərin üzərində aparılan əməliyyat uğurla nəticələnib. Bu gün isə artıq 2 yaş 2 aylıq İbrahim əməliyyata alınıb.

Əməliyyatlar Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Qulaq-burun-boğaz şöbəsinin müdiri, Uzman Həkim Yusif Hacıyevin rəhbərliyi və iştirakilə aparılır.

Yusif Hacıyevin sözlərinə görə, “Daxili qulağın protezləşməsi” əməliyyatlarının anadangəlmə, tam eşitmə qabiliyyəti olmayan uşaqların eşitmə qabiliyyətlərini bərpası məqsədilə aparılır: “ATU-nun Tədris Cərrahiyyə Klinikası bu əməliyyatların həyata keçirilməsi üçün hər cür şərait və avadanlıqla təchiz olunub . Klinikanın baş həkimi, dosent Asiman Həsənovun sözlərinə görə, xəstələrin vəziyyəti həm əməliyyat öncəsi, həm əməliyyat icrası baxımından dəyərləndirilir. Bununla əlaqədar klinikada yüksək ixtisaslı həkimlərdən ibarət böyük bir komanda fəaliyyət göstərməkdədir. Bu əməliyyatların uğurlu keçməsi tək bir cərrahın deyil, böyük komandamızın yüksək səviyyəli işinin nəticəsidir”.

Y.Hacıyev bildirir ki, eşitməsində anadangəlmə problem olan, qətiyyən eşitməyən uşaqlarla bağlı hər kəs ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edə bilər. Lakin həkim belə problemi olan uşaqları mümkün qədər tez həkimə müraciət etməyi məsləhət görür: “Çünki belə əməliyyatların 4 yaşa qədər icrası məsləhətdir. Həmçinin, əvvəllər eşidib-danışan, lakin sonradan bu qabiliyyətini itirən xəstələrə də bu əməliyyatı tətbiq etmək mümkündür”.

  

ATU-nun Tədris Cərrahiyyə Klinikasının Uşaq cərrahiyyəsi şöbəsinin növbəti uğurlu əməliyyatından - Fotolar

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Uşaq cərrahiyyəsi şöbəsinin müdiri, Tibb üzrə fəlsəfə doktoru Ramiz Poluxov öz ekibi ilə birgə 7 yaşlı uşaqda növbəti uğurlu "Laparoskopik qasıq yırtığı" əməliyyatı icra etdilər.

Əməliyyat minimum travma və uğurla nəticələndi.Qeyd edək ki, əməliyyat, başda Dr.Ramiz Poluxov olmaqla, ekibi-həkim anestezioloq-reanimatoloq Esmira Nəsibova, assistent Ramin Bayramov, əməliyyat tibb-bacısı Günay Həsənova tərəfindən aparılıb.

    

ATU-nin Tədris Cərrahiyyə Klinikasında növbəti bir uğurlu əməliyyat həyata keçirildi

Z.Ə. 1955 təvəllüdlü, çəkisi 119 kq olan xəstə "Öd daşı xəstəliyi və böyük uşaqlıq mioması" diaqnozu  səbəbi ilə eyni vaxtda xəstədə "Laparoskopik xolesistektomiya" və müştərək olaraq "Laparoskopik histerektomiya" əməliyyatı icra edildi.

Əməliyyat uğurla nəticələndi.

Cərrahi heyətimizə - ATU TCK-nın baş həkimi, Ümumi-cərrah, Dosent Dr. Asiman Həsənova, ümumi-cərrah Dr. Renat Məmmədova, Həkim Anestezioloq-reanimatoloq Dr.Səbuhi Xudakərimova, Ginekologiya şöbəsinin müdiri Uzman cərrah Dr.Turab Canbaxışova, cərrah-rezidentlərimiz Dr. Vüsalə Rüstəmovaya, Dr. Şəhla Həsənovaya, Dr. Reyhan Muradovaya və  əməliyyat bloku işçilərinə  dərin təşəkkürlər , xəstəmizə isə tezliklə şəfalar diləyirik!

ATU-nun Tədris Cərrahiyyə Klinikasının I Cərrahi Xəstəliklər kafedrasının müdiri "Pankreatoyeyunoanastomoz" əməliyyatından görüntülər

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının I Cərrahi Xəstəliklər kafedrasının müdiri, Azərbaycan Milli Elimlər Akademiyasının müxbir üzvi, professor Nuru Bayramovun növbəti uğurlu "Pankreatoyeyunoanastomoz" əməliyyatından görüntülər.

 

ATU-nin Tədris Cərrahiyyə Klinikasında yeni bir uğura imza atdıq

ATU-nin Tədris Cərrahiyyə Klinikasında yeni bir uğura imza atdıq. Ağız dibi nahiyənin karsinoması ilə olan xəstədə (T4) şişin çənə sümüyü seqmenti ilə birlikdə rezeksiyası, bilateral boyun diseksiyası və ağız dibi nahiyədəki defektin incik sümüyü-əzələ-dəri sərbəst damar ayaqcıqlı fleplə aradan qaldırılması əməliyyatı icra edildi.
Xəstədə iki briqada əməliyyat işləyib :
I briqada - Ağız və üz-çənə cərrahları ağız dibi nahiyənin şiş toxumasını çənə sümüyü seqmenti ilə birlikdə rezeksiya etdilər. Xəstəyə boyunun hər iki tərəfində "Elektiv limfa diseksiya" əməliyyatı icra olundu.
II briqada- Rekonstruktiv cərrah sol aşağı ətrafda incik sümüyünün sərbəst damar ayaqcığı ilə birlikdə, dəri-əzələ-sümük flepi şəklində hazırladı, sərbəst damar ayaqcıqlı fibula flepi çənə deffektinə və ağız dibi nahiyə defektinə uyğunlaşdırıldı və damarları üz arteriya və venasına tikildi (anastomoz qoyuldu). Xəstənin çənə sümüyü və dilaltı nahiyəsi bərpa olundu.
Cərrahi heyətimizə - Ağiz və üz-çənə cərrahiyyəsi şöbəsinınin müdiri TFD Dr. Məhəmməd Davudova, Üz-çənə cərrahı Dr.Cahid Məmmədova, Plastik Estetik Cərrah, Uzman həkim Araz Salmanova, cərrah-rezidentlərimiz Dr.Farinaz İrannejada, DR.Kənan Əmirəliyevə, əməliyyat bloku işçilərinə və anestezioloji-reanimasion briqadaya dərin təşəkkürlər , xəstəmizə isə tezliklə şəfalar diləyirik.!

        

ATU -nun Tədris Cərrahiyyə Klinikasının Uşaq Cərrahiyyəsi şöbəsində Dosent

ATU -nun Tədris Cərrahiyyə Klinikasının Uşaq Cərrahiyyəsi şöbəsində Dosent. Tibb üzrə fəlsəfə doktoru. Uşaq cərrahiyə şəbəsinin müdiri Poluxov Ramizin 5 günlük uşaqda uğurlu teratoma əməliyyatı..

 

Klinikamızda növbəti uğurlu əməliyyat - Benthall əməliyyatı həyata keçirildi

Klinikamızın Ürək-damar cərrahiyyə şöbəsində Dr. Mirəli Məcidov tərəfindən növbəti əməliyyat - Benthall əməliyyatı uğurla həyata keçirildi.

Xəstə döş sümüyü arxasında, sol qola və kürəyə yayılan kəskin yandırıcı, göynədici xarakterli ağrı, eyni zamanda, başgicəllənmə və ürək döyüntüsü şikayətləri ilə təcili tibbi yardım maşını ilə ağır vəziyyətdə ATU-nun Tədris Cərrahiyə Klinikasına hospitalizə edildi. Xəstə şöbəyə daxil olduqdan dərhal sonra ətraflı laborator və instrumental müayinələrdən keçirildi. Aparılan müayinələr nəticəsində xəstədə De Bakey tip lll (Stanford tip B) aorta disseksiyası və qalxan aortada və aorta gövsündə ən qalın yerində 17 mm intramural hematoma diaqnozu qoyuldu və Benthall əməliyyatı qərarı verildı.

Benthall əməliyyatı zamanı-ÜAA medial sternotomiya aparıldı.Heparin vuruldu.Perikardiotomiya aparıldı.Kanülyasiya olundu.CDBtotal hipotermiya T-270C.ASQK-lə ürək arrest olundu.Aortotomiya olundu.kardioplegiya selektiv şəkildə göndərildi.Aorta qapaqlarına baxış zamanı degenerativ və leftləri boşalmış kimi görüldü.Aorta qapaqları kəsildi və yerinə mexaniki qapaq (25N Medtronik,mexanik kapak) implantasiya edildi. Koronar damarları aortadan ayrıldı 28 N və desekə olunduğuna görə braxiosefal damarlara qədər kəsilərək çıxarıldı,yerinə PTFE qreft (28N Dacron GREFT) implantasiya edildi. Boşluqlardan hava çıxarıldı.TSA-35. Xəstə isindi AF ritmində. (Yeni qreftin qanama kontrolu olundu. RV pace teli qoyuldu. Pompadan inotrop dəstəyi (Noradrenalin və Dopamin) çıxarıldı. Dekanülyasiya. Drenajlar qoyuldu.Sternum telləndi.Yara qat-qat tikildi. Əməliyyat uğurla başa çatdı. Hazırda xəstənin vəziyyəti stabildir. Xəstəyə lazımi məsləhət və təyinat verilərək yaxşılaşma ilı evə yazıldı.

 

Ağız boşluğu xərçəngi

Ağız boşluğu selikli qişası xərçəngi son zamanlarda praktikada artım nümayiş etdirməkdədir. Bu xəstəliyin əmələ gəlməsində bir çox amillər iştirak edir ki, bunların da sırasında siqaretçəkmə, alkoqol istifadəsi və düzgün hazırlanmayan protezlərin mexaniki təsiridir. ağız xərçənginin müalicəsi kombinəolunmuş şəkildə aparılır: cərrahi müalicə və əməliyyatdan sonra şüa və ya kimyəvi dərman müalicəsi. Cərrahi müalicə şiş toxumasının götürülməsi boyun nlimfa düyünlərinin götürülməsindən ibarətdir.

Op. Dr Məhəmməd Davudov DMD, PhD

 

     

Boyun şişi

Boyun diseksiyonu baş boyun nahiyəsində olan bədxassəli şişlərin müalicəsində boyun limfa düyünlərində metastaz aşkarlandıqda və ya metastaza şübhə olduğu hallarda icra edilən cərrahi əməliyyatdır. əməliyyatın məqsədi metastatik limfa düyünlərinin, bəzi hallarda isə boyunda olan qeyri-limfoid strukturların (döş-körpücük-məməvari əzələ, daxili vidaci vena və spinal əlavə sinir) götürülməsindən ibarətdir.

Funksional boyun diseksiyonundan sonrakı görüntü (əzələ damar və sinir saxlanılıb, yalnız limfa düyünləri çıxarılıb).- bizim cərrahi komanda


Op. Dr Məhəmməd Davudov DMD, PhD

 

 

ATU TCK -da 18.06.2014 tarixində aparılmış unikal əməliyyat və (FOTO)

Tibb Universitetində 6 yaşlı uşağın sınıq qoluna ayaqdan damar köçürülüb.
Universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanovanın ANS PRESS-ə verdiyi məlumata görə, Tədris Cərrahiyyə Klinikasında texniki baxımdan çox mürəkkəb olan mikrocərrahiyyə əməliyyatı sayəsində 6 yaşlı oğlanın qolu kəsilməkdən xilas edilib.

Qeyd edək ki, Quba rayonundan olan 6 yaşlı Tanrıverdi Allahverdiyev yelləncəkdən yıxılıb. O, yıxılarkən dirsəyinin üstünə düşüb. Dirsək sümüyü tam sınıb və dərini deşərək bayıra çıxıb. Uşaq ağır vəziyyətdə Tədris Cərrahiyyə Klinikasına gətirilib və əməliyyata alınıb.

Əməliyyat mikrocərrahiyyə sahəsində iki tanınmış mütəxəssis - ürək-damar cərrahı Mirəli Məcidov və tibb elmləri namizədi Nəsir Cəfərli tərəfindən aparılıb. Bundan sonra daha ağır əməliyyat da lazım olub.

Mirəli Məcidov bildirib ki, uşaq ATU-nun Tədris Cərrahiyyə Klinikasına “Sol bazu kondilusunun qapalı sınığı” diaqnozu ilə daxil olub.

“Əməliyyat zamanı sınıq sümük bərpa olundu. Lakin 5-6 saat sonra bəlli oldu ki, uşağın sol əlində nəbz itib, işemiya əlamətləri başlayıb, sağ qolla müqayisədə sol qolda hərəkət çətinləşib”, - deyə Mirəli Məcidov vurğulayıb.

Doppler müayinəsi zamanı bəlli olub ki, sol qolda qan yalnız dirsəyin ortasına kimi gedir, qan aşağı hissəyə işləmir. M.Məcidov bildirib ki, damar trombozu uşağın qolunun kəsilməsilə nəticələnə bilərdi: “Böyüklərdən fərqli olaraq, uşaqların damarları incə olur. 2 mm qalınlığında damarlardır. Adətən belə hallarda böyük xəstələrdə protezlərdən istifadə edirdik. Uşaqlarda belə imkan olmur. Ona görə təcili olaraq uşağı yenidən əməliyyata götürdük”.

Həkimlər saat 00:00-da yenidən əməliyyata giriblər. Tibb elmləri namizədi Nəsir Cəfərli deyib ki, yıxılma nəticəsində damarlar yalnız sıxılmayıb. Həm də onların içi zədələnibmiş.

N.Cəfərli əlavə edib ki, əgər dərhal müdaxilə olmasaydı, uşağın qolu dirsəkdən aşağı kəsilməliydi. 6 saat davam edən əməliyyat uğurlu keçib. Artıq T.Allahverdiyev reanimasiyadan palataya köçürülüb. Vəziyyəti qənaətbəxşdir, qolunda hərəkət başlayıb, ağrıları da keçmək üzrədir.

 

Göz yuvasının divarlarının sınığı

Göz yuvasının divarlarının sınığı izolə edilmiş və ya almacıq, əng, alın, gicgah sümüklərinin sınıqları ilə birlikdə müşahidə edilə bilər. Göz yuvasının divarlarının izolə edilmiş sınıqları bütün göz yuvası sınıqlarının 16.1%-ini təşkil edir.  Belə sınıqlar adətən göz almasına küt vasitə ilə yetirilən travma nəticəsində əmələ gəlir.  Bu zaman göz almasının ani elastiki deformasiyası nəticəsində  göz yuvası daxilində təzyiqin artması gözyuvasının divarlarının sınmasına səbəb olur. Göz yuvasının aşağı və medial divarlarının qalınlığı daha az olduğundan bu divarlar daha çox zədələnir.  Bu zaman sınıq fraqmentləri göz yuvası xaricinə doğru yerini dəyişdiyindən bu sınıqlar “blow out” tipli sınıqlar adlandırılır. Göz yuvasının aşağı divarının sınığı zamanı orbital yumşaq toxumaların əng cibinə doğru yerdəyişməsi baş verir. Xəstədə kliniki olaraq enoftalm, diplopiya qeyd edilir.  Bu tipli sınıqların müalicəsində  titan rekonstruktiv tor vasitəsilə orbitanın rekonstruksiyası əməliyyatı aparılır. 


Op. Dr Məhəmməd Davudov DMD, PhD


Modifikasion I tipli radikal boyun diseksiyonundan fraqment

ATU TCK 
Ağız və üz-çənə cərrahiyyə kafedrasının assistenti,
Tibb elmləri namizədi, Davudov Məhəmməd Mirabdulla oğlu, DMD, PhD 

Ağız karsinoması

Xəstəyə ağız dibi nahiyəsi selikli qişasının karsinoması diaqnozu qoyulub və kliniki radioloji müayinədə boyunda limfadenopatiya aşkar edilib. Xəstədə ağız dibi nahiyənin rezeksiyası ipsilateral radikal boyun diseksiyası və ağız dibi nahiyədə əmələ gələn postrezeksion defektin dəri-böyük döş əzələsi (m.pectoralis major) flepi ilə aradan qaldırılması əməliyyatı icra edilib.

Op. Dr Məhəmməd Davudov DMD, PhD

  

Bıçaq yarası

Xəstə 30 yaşinda biçaqlanma nəticəsində həm median, həm də ulnar siniri kesilmiş. Onu ayaqdan götürülmüş sinirlə bərpası.

ATU TCK-nin Travmatologiya şöbəsinin rezidenti Dr.Səttarov Nicat.
Türk əl və mikrocərrahi assosiasiyasinin uzvi

    

Dəri xərçəngi

  

Dəri xərçəngi əsasən dəridə baş verən yanıqlardan sonra, çapıq toxumasının yerində, uzun zaman günəş şüasının təsirindən baş verə bilir. Histoloji quruluşuna görə bazal hüceyrəli xərçəng və yastı hüceyrəli xərçəng olur. Əsasən baş boyun dərisində rast gəlinir. Müalicəsi kombinəolunmuş şəkildə aparılır. Kiçik ölçülü şişlər şüa müalicəsi və ya kriodestruksiya ilə (maye azotla) müalicə olunur. Nisbətən böyük ölçülü şişlər isə cərrahi yolla götürülür və defekt müxtəlif üsullarla bağlanılır.

Op. Dr Məhəmməd Davudov DMD, PhD

Boyun kistası

  

Op. Dr Məhəmməd Davudov DMD, PhD

Tüpürcək vəzi

  

Qulaqətrafı tüpürcək vəzilərinin şişləri üz-çənə və baş boyun cərrahiyyəsində ən mürəkkəb əməliyyatlardan biridir. Əməliyyatın mürəkkəbliyi qulaqətrafı tüpürcək vəzi daxilindən üz sinirinin keçməsi ilə bağlıdır. Bu da cərrahdan dəqiq anatomok bilgi və təcrübə tələb edir.


Op. Dr Məhəmməd Davudov DMD, PhD