AZE | RUS | ENG

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

header photo

ATU həkimləri İranlı cərrahın xəstənin qarnında unutduğu cismi çıxardılar

Tarix: 16-02-2017

Bu günlərdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında daha bir uğurlu əməliyyat icra olunub. Yeddi ay əvvəl Tacikistanın paytaxtı Düşənbə şəhərində iranlı cərrah tərəfindən böyrək köçürdülən xəstənin halı pisləşib. ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edən xəstənin yarası sağalmır və irinləyirmiş. Digər tərəfdən, bu vətəndaşa həm də şəkərli diabetə tutulduğunu deyiblərmiş. Müayinə nəticəsində xəstəyə düzgün diaqnoz qoyulmadığı ayınlaşıb. Kompüter tomoqrafiyası zamanı dosent Rasim Bayramov xəstənin qarnında irinlik və yaddan çıxmış yad cisim aşkarlayıb. Və xəstə dərhal Professor Mübariz Əliyev tərəfindən əməliyyata alınıb. Yüksək səviyyədə keçən əməliyyat uğurlu olub. Hazırda xəstənin vəziyyəti stabilləşib.

Go Back

Comment