AZE | RUS | ENG

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

header photo

Qulaq tıxanıqlığı

Tarix: 04-05-2016

Qulaq tıxanıqlığının müalicəsi tıxanıqlığa səbəb olan faktora görə dəyişir.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının qulaq-burun-boğaz şöbəsinin müdiri, Uzman Həkim Yusif Hacıyevlə müsahibə

-Yusif Doktor, böyüklərdə və kiçik uşaqlarda rast gəlinən qulaq tıxanıqlığının yaranma səbəbləri nələrdir?

- Qulaq tıxanıqlığı tez-tez görülən şikayətdir. Soyuqdəymə səbəbiylə, qulağa su getmə, qulaq kirinin içəriyə tıxanması, bəzən sinusit, allergiya,orta qulaq iltihabı, miqren, qrip və ya bir təyyarə səyahəti zamanı təzyiq dəyişikliyi kimi bir çox səbəblər qulaq tutulmalarına gətirib çıxara bilər. Qulaq tıxanıqlığı ciddi bir problemə səbəb olmaz. Qulaq damcısı və ya sadəcə gözləməklə həll edilə bilər. Ancaq 5 və ya 7 gündən çox davam edən qulaq tutulması zamanı həkimə müraciət etmək lazımdır. Bəzən də yaranan iltihabi proses təhlükəli olub, eşitmə pozğunluğuna gətirib çıxara bilir. Xüsusilə soyuqdəymə səbəbiylə uşaqlar qulaq tutulması ilə daha çox qarşı-qarşıya qalırlar. Həmçinin sinusit, infeksiya qaynaqlı ola bilər. Əgər körpənin şikayəti bir həftədən çox davam edirsə, allergik mənşəli ola bilər. Körpələrin və kiçik uşaqların qulaqları tıxandığı zaman mütləq həkimə müraciət etmək lazımdır.

Bu problemin həlli yolları hansılardır?

Əvvəlcə qeyd etmək lazımdır ki, qulaq tıxanıqlığının müalicəsi tıxanıqlığa səbəb olan faktora görə dəyişir. Bu səbəblə hər hansı bir müalicəyə başlamadan əvvəl qulaq tıxanıqlıqının səbəbini öyrənmək lazımdır. Qulaqlarda olan qulaq kiri yumuşaldıcı krem, zeytun yağı və körpə yağı ilə təmizlənə bilər. Bundan başqa, təyyarələrdə təzyiq fərqi səbəbi ilə qulaqda tıxanma yaranarsa, əsnəmək və ya saqqız çeynəmək lazımdır. Bundan başqa, müxtəlif üz və ağız hərəkətləri edərək, qulaqların daha az açılmasına nail olmaq olar. Qulaq tıxanıqlığının qarşısını almağın bir digər yolu da qulaqları davamlı olaraq təmizləməkdir. Bundan başqa bir sıra xalq təbabəti üsulları da vardır ki, bunun qarşısını ala bilər.

-Son olaraq tövsiyələrinizi bilmək istərdik.

- Əgər qulağınız ən kiçik bir infeksiya əlaməti göstərirsə, burada göstərilən üsullardan uzaq durmalısınız. Qulaq tıxanıqlığını öz-özünüzə açmağınız üçün təklif edilən həllər qulaq kiri qaynaqlı tıxanmalar üçündür.Qulaq infeksiyası müalicəsi ancaq həkimin təklif etdiyi antibiotik və ağrı kəsicilər ilə həyata keçirilir.Qulaqda şiddətli ağrı, qusma, axıntı, istilik varsa, bu infeksiyaya işarə edər. İnfeksiya qaynaqlı qulaq tıxanıqlığı zamanı dərhal həkimə gedilməlidir.

 

 

Go Back

Comments for this post have been disabled.