AZE | RUS | ENG

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

header photo

Otorinolarinqoloji şöbə

Otorinolarinqologiya - tibbin burun boşluğu, udlaq, qırtlaq və qulaq xəstəliklərinin diaqnostika və müalicəsi ilə məşğul olan bir sahəsidir. Kliinikamızın Otorinolarinqolgiya şöbəsi iki hissədən ibarətdir: Poliklinika və stasionar.

Poliklinika şöbəsində xəstələrə endoskopik və mikroskopik müayinələr aparılır. Stasionar şöbəsi isə müasir tibbi avadanlıqlarla ilə təchiz olunmuşdur, eləcə də, şöbənin yüksək ixtisaslı mütəxəssisləri – professorlar, tibb elmləri namizədi, fəlsəfə doktoru, dosentlər, uzman həkimlər qulaq-burun-boğaz( septoplastika, rinoplastika, endoskopik sinus cərrahiyyəsi,larings xəstəlikləri, qulaqda timpanoplastika əməliyatları və s.), baş-boyun və qalxanabənzər vəz cərrahiyyəsi, üz-çənə və plastik-estetik cərrahiyyə üzrə xəstələrə keyfiyyətli və səviyyəli tibbi yardım göstərməklə 7 gün 24 saat ərzində xidmət göstərməkdyik.Şöbədə həmçinin baş-boyun və qalxanabənzər vəz nahiyələrində olan hər növ xəstəliklərin müalicəsivə əməliyyatları aparılır.Bütün palatalar monitor, kondisioner, telefon, süni ventilyasiya cihazı, xəstə çağırış siqnalı, mərkəzləşdirilmiş qaz və vakuum sistemləri ilə təchiz olunub. Belə ki, bütün müalicə müddətində xəstənin ürək-damar sisteminin fəaliyyəti (arterial təzyiq,nəbz) və tənəffüs sisteminin fəaliyyəti (qanın oksigenlə tachizatı) daimi nəzarətdə saxlanılır.Bütün xəstələrin əməliyyatları,tibbi təqibləri, baxımları 24 saat müddətində təcrübəli həkim və tibb bacıları tərəfindən nəzarət altında olur.Yatan xəstələrə xüsusi tibb personalları tərəfindən yüksək səviyyədə tibbi xidmət göstərilir, həkim dietoloqun nəzarəti altında səhər, günorta, axşam yeməkləri verilir, xəstə evə buraxılanadək yüksək təcrübəli həkimlərin müşaiyəti altında olurlar.

Şöbənin mütəxəssisləri:

  1. Kafedra müdiri. Professor. Dr.Talışinkiy Əzizağa
  2. Şöbə müdiri. Ass. Dr.Hacıyev Yusif
  3. Dosent. Dr. Qasımov Cahangir
  4. Dosent. Dr.Cəlilov Cabbar
  5. Assistent. Dr.Qasımov Ayaz
  6. Assistent. Dr.Talışinskiy Rəşad
  7. Assistent. Dr.Quvalov Şakir
  8. Assistent. Dr.Qurbanov Rüfət
  9. Assistent. Dr.Abbasov Afaq
  10. Assistent. Dr.Ağalar Sara
  11. Assistent. Dr.Şıxlinskiy Nazim
  12. Assistent. Dr. Hüseynova Mənsurə
  13. Assistent. Dr.Şadlinskaya Afaq
  14. Assistent. Dr. Əbilova Fəridə
  15. Baş laborant. Dr.İbrahim Şirazi
  16. Baş laborant. Dr.Sücəddinova Aynur
  17. Uzm. Dr. Hafiz Mehdiyev
  18. Uzman. Dr. Cavid Cabbarzadə

Şöbədə aşağıdakı tibbi xidmətlər göstərilir.

Ümumi xidmətlər: 

  1. Burun boşluğunun ön və arxa tamponadası
  2. Ağız boşluğundan biopsiya götürülməsi
  3. Bera
  4. Burun boşluğunda qanayan sahənin yandırılması
  5. Burun boşluğundan arxa tamponun çıxarılması
  6. Burun boşluğundan biopsiya götürülməsi
  7. Burun boşluğundan yad cismin çıxarılması
  8. Burun boşluğunun ön tamponadası
  9. Burun boşluğunun yuyulması
  10. Burun çəpər absesinin açılması
  11. Burun repozisiyası
  12. Burun sümüyü qırığının düzəldilməsi 
  13. Dəri törəməsinin cıxırılması
  14. Endoskopik biopsiya
  15. Larinqoskopiya
  16. Lakuların yuyulması (1 seans)
  17. Orta qulaq inyeksiyası 
  18. Parafaringeal şişdən biopsiya götürülməsi
  19. Perfarasiyon təbil pərdəsinin kənarlarının yandirilması
  20. Perforasiyalı təbil pərdəsinin təmiri
  21. Pertonziyalar absesin açılması
  22. Qulaq kiri tıxacı (yuyulma və manipulyasiya)
  23. Qulaq sırğalığının deşilməsi
  24. Qulaqdan biopsiya götürülməsi
  25. Sebase kistinin açilması
  26. Səs protezinin təmizlənməsi
  27. Səs protezinin çıxarılması
  28. Səs protezinin salınması və ya dəyişdirilməsi
  29. Təbil pərdəsinə t- tüpün qoyulması
  30. Tonzillektomiya əməliyyatı sonrası qanaxmanın dayandırılması
  31. Traxeostomiya borusunun çıxarıldıması
  32. Traxeostomiya borusunun taxılması
  33. Udlağa dərman maddələrinin sıxılması
  34. Udlaqdan yad cismin çıxarılması 
  35. Ventilyasiya borusunun çıxarılması
  36. Videolarinqostroboskopiya
  37. Xarici qulaq keçəcəyi furunkulunun açılması
  38. Xarici qulaq keçəcəyindən yad cismin çıxarılması

Qulaq əməliyyatları:

  1. Eksplorativ timpanotomiya
  2. Kortikal (bəsit ) mastoidektomiya
  3. Koxlear implantasiya
  4. Lateral temporal sümük rezeksiyası
  5. Mastoidektomiya
  6. Mastoidektomiya ilə petroz apeks rezeksiyası
  7. Mirinqoplastika 
  8. Parasintez boru ( iki tərəfli)
  9. Parasentez boru ( iki tərəfli)
  10. Parasentez boru ( tək tərəfli)
  11. Parasentez boru ( tək tərəfli)
  12. Preaurikular kist və ya fistul ekzisiyası 
  13. Qulaqyanı tüpürcək vəzisinin çıxardılması (səthi parodektomiya) 
  14. Stapedektomiya
  15. Stapedektomiya (ağırlaşmış)
  16. Stapedektomiya (teflon piston daxil)
  17. Tamamlayıcı parotidektomiya
  18. Təbil pərdə travmatik perforasiya bərpası 
  19. Təbil pərdə travmatik perforasiya bərpası (greft alınması ilə)
  20. Timpanoplastika 
  21. Timpanoplastika 
  22. Timpanoplastika+ mastoidektomiya
  23. Total parotidektomiya
  24. Xarici qulaq keçəcəyi atreziyasının ləğvi
  25. Xarici qulaq keşəcəyinin plastikası

Burun əməliyyatları:

  1. Adenoidektomiya
  2. Adenoidektomiya + parasentez boru 
  3. Adenoidektomiya + parasentez boru (iki tərəfli)
  4. Ağırlaşmış rinoplastika-qreftin alınması ilə
  5. Alt konkaların radiofrekansı
  6. Angiofibromanın ekzisiyası
  7. Antroxoanal polip
  8. Bilateral sfenoetmoidektomiya (iki tərəfli)
  9. Burun boşluğundan biopsiya götürülməsi
  10. Burun boşluğunun bitişməsinin aradan qaldırılması
  11. Burun boşluğunun bitişməsinin aradan qaldırılması
  12. Burun çəpəri perforasiyasının bərpası
  13. Burun çəpəri perforasiyasının bərpası (kiçik)
  14. Burun qanaxmasının dayandırılması (tək tərəfli )
  15. Burun-udlaq kütləsinin çıxarılması
  16. Burunun açıq reduksiyası
  17. Burun qapali reduksiyası
  18. Burunun qanayan polipinin çıxarılması
  19. Endonazal polipotomiya
  20. Endoskopik DSR ( tək tərəfli)
  21. Endoskopik etmoido-maksillektomiya (iki tərəfli)
  22. Endoskopik etmoido-maksillektomiya (iki tərəfli)
  23. Endoskopik etmoido-maksillektomiya (tək tərəfli)
  24. Endoskopik etmoido-maksillektomiya (tək tərəfli)
  25. Endoskopik fronto sfenoidektomiya
  26. Endoskopik transfenoidal yolla likvoeya əməliyyatı+ Bioquse
  27. Endoskopik transnazal biopsiya
  28. FESC (iki tərəfli) reviziyası
  29. FESC (tək tərəfli) reviziyası
  30. Haymorotomiya
  31. Hissəvi maksilektomiya
  32. İnferior maksilektomiya
  33. Kaldvelyuk

Xüsusilə təkrarlayan infeksiyalara bağlı əməliyyat qərarı verərkən xəstələrin ümumi vəziyyəti, gündəlik həyatı, iş və dərs həyatına təsir etmə dərəcəsi, allergiyasının olması, diaqnozun qoyulduğu mövsümi dəyişikliklər də nəzərə alınmalıdır. Yay mövsümündə bu infeksiyalar azalmaqda olduğundan diaqnozu yazda qoyulan xəstələrə payıza kimi gözləmək tövsiyyə oluna bilər, bu vaxt ərzində isə bədən müqavimətini artıran müalicə və peyvəndlərin olunması, allergiyanın nəzarət altına alınması aparıla bilər. Antibiotik müalicəsi hər zaman əməliyyat üçün bir alternativ olmaqla bərabər, sıx antibiotik istifadəsinə bağlı rezistentliyin əmələ gəlməsi, mədə bağırsaq sisteminə təsirləri, allergik reaksiyaları diqqətə alınmalıdır. Depo penisillin istifadəsi ağrılı olması və ciddi allergiya risk səbəbi ilə tez-tez istifadə edilməməlidir.

Uşaq iflici peyvəndinin yay aylarında aparıldığı vaxtlarda badamcıq və burun əti əməliyyatlarını yay aylarında aparmamaq məsləhət idi. Günümüzdə bu peyvəndin standart olaraq aparılmaması səbəbi ilə artıq yay aylarında da burun əti və ya badamcıq əməliyyatı aparıla bilər. Ancaq xüsusilə azyaşlı uşaqlarda əsasən badamcıq əməliyyatları sonrasında uşağın lazımi qədər maye almamasına görə problem ola biləcəyi nəzərə alınmalıdır. Orta qulaqda sıx təkrarlayan, ya da müalicə ilə keçməyən maye toplanması səbəbi ilə ventilyasiyalı borucuq taxılmasına qərar verilən uşaqlarda bu əməliyyat vaxtı tıxanıqlıq yaratmasa da infeksiyanın olma tezliyini azaltmaq səbəbindən burun ətini də xaric etmək olar.

Radiofrekans metodu

Təqribən 20 ildirki qulaq burun boğaz bölgəsində tətbiq olunan bu metod, son dərəcə uğurlu nəticələr əldə etməyə kömək edir. Bu metodda yüksək frekanslı radio dalğalar elektrodlar vasitəsilə enerjiyə çevrilir və birbaşa toxumalara göndərilir. Beləliklə toxumalara hər hansı cərrahi müdaxilə etmədən istənilən nəticəni əldə etmək olur. Ümumi olaraq radiofrekans metodu olaraq adlandırılan bu yöntəm, inqilabi yenilik olaraq qəbul edilməkdədir.

HANSI HALLARDA RADİOFREKANS METODUNDAN İSTİFADƏ OLUNUR?
Alt konka toxumalarının,yəni burun ətlərinin şişməsi səbəbilə burun tıxanıqlığı yarandıqda, sadəcə lokal(yerli) anestezi altında radiofrekans metodundan istifadə olunur. Bu zaman yüksək temperatur(istilik) yardımı ilə toxumaları kiçildirlər. Eyni zamanda yumşaq damaq və dil kökünün quruluşu səbəbilə, xorlama və yuxu apnesi problemi olan xəstələr üçün də radiofrekans üsulu qalıcı bir nəticəəldə etməyə kömək edir. Bəzi hallarda cərrahi müdaxiləyə yardımcı yöntəm olaraq da radiofrekansdan istifadə olunur.

RADİOFREKANS METODUNUN NƏTİCƏSİ NƏ ZAMAN HİSS EDİLİR?
Bu yöntəm tətbiq olunduqdan sonra xəstənin şikayətlərinin ən az olduğu metodlardan biridir. Radiofrekans yöntəminin nəzərde tutulan bölgədəki tətbiqinden sonra bir neçə günlük zəif şişlik meydana gələ bilər. Şişlik səbəbilə radiofrekansın nəticəsi xəstə tərəfindən nəzərə çarpmaya bilər. Ancaq bu şişlik qısa müddətdən sonra çəkilir və 3-4 həftə sonra isə istənilən nəticə ortaya çıxır.

RADİOFREKANSIN NƏTİCƏSİ QALICIDIRMI?
Radiofrekans metodu ciddi cərrahi müdaxilələrə ehtiyac olmadan xəstənin şikayətlərini ortadan qaldırmağa yönəlib. Bu yöntəm tətbiq olunan nahiyədə toxuma itkisi meydana gelir ve toxuma daha da kiçilir. Bununla yanaşı həmin nahiyədə fibroz toxuma olaraq adlandırılan sərt və qalıcı olan bir toxuma əmələ gəlir. Hər nə qəqər də qalıcı nəticə versə də, nadir olaraq bəzi xəstələrdə bu yöntəm təkrarlana bilər. Bu xəstələr əksər hallarda allergik problemləri olan və burun ətləri zaman keçdikcə yenidən şişən xəstələrdir.

RADİOFREKANS METODU AĞRI VERİRMİ?
Radiofrekans yömtəmi hər hansı bir ağrıya və ya narahatçılığa səbəb olmaz. Çünki bu metod tətbiq olunacaq bölgəəvvəlcədən tamamilə uyuşdurulur və beləliklə xəstə ağrı hiss etmir.