AZE | RUS | ENG

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

header photo

Doğum və neonatologiya şöbəsi

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının (ATUTCK) Doğum və Neonatologiya şöbəsi son texnologiyalı avadanlıqları və yüksək ixtisaslı mütəxəssisləri ilə 7 gün 24 saat ərzində Sizin xidmətinizdədir.

Klinikanın doğum şöbəsində yüksək ixtisaslaşdırılmış həkim mama-ginekoloqlar və həkim-neonatoloqlar tərəfindən doğuşlar və göstəriş olarsa keysəriyyə əməliyyatları həyata keçirilir. Neonatologiya şöbəsi fizioloji hamiləlik və doğuşdan olan körpələr üçün nəzərdə tutulmuş 20 çarpayılıq 2 palatadan və 10 çarpayılıq 2 reanimasion palatadan ibarətdir. Palatalarımız geniş və işıqlı olmaqla yanaşı, xüsusi ventilyasiya sistemi, bakterisid sistemlə təmin olunurlar. Bu şöbələr vaxtında və vaxtından əvvəl doğulan körpələrin intensiv terapiyası, qulluq və müalıcəsi üçün professional tibbi avadınlıqla təchiz edilib. Vaxtından qabaq doğulan körpələrin qulluğu ücün  O2 dotasiyasını, istənilən rütubət və temperatur rejimini təmin edən müasir küvezlər, açıq reanimasion masalar, uzun müddətli infuzion terapiya və parenteral qidalanmanın aparılmasında istifadə olunan infuzomatlar, hiperbilirubinemiyaların konservativ müaliəsini təmin edən fototerapiya lampaları, həyati vacib funksiyaları daimi nəzarətdə saxlamağa imkan verən portativ monitorlar, respirator pozgünluqların, tənəffüs sisteminin ağır xəstəliklərinin terapiyasında istifadə olunan “ARABELLA” firmasının CPAP və “HAMİLTON” firmasının ASV apparatları perinatal yardımın keyfiyyətinin artmasına zəmanət verir. Şöbədə ana və yenidoğulanın ilk gündən birgə yerləşdirilməsi təşkil olunub ki, bu da təbii qidalanmanın aparılmasına təkan verir. Körpələrin quluğunda anaya yardımçı olmaq üçün qayğıkeş və təcrübəli tibb bacıları fəaliyyət göstərir.

Xəstə uşaqların müalicəsi Dünya Səhiyyə Təşkilatı tərəfindən təstiq edilmiş protokollara əsasən aparılır. Şöbənin həkimləri  öz professional səviyyəsini təkminləşdirmək ücün neonatologiyanın aktual problemlərinə həsr olunmuş beynalxalq kongreslərdə  mütamadi olaraq iştirak edirlər, xarici ölkələrin klinikalarında təcrübələrini artırırlar.

Şöbədə fəaliyyət göstərən həkimlər:

  1. Həsənov Səfixan Şamil oğlu Neonatologiya kafedrasının müdiri, professor, t.e.d
  2. Neonatologiya şöbə müdiri. Həkim-neonatoloq Dr. Yaqubova Səadət 
  3. Nəcəfova Gulnarə Tələt qızı Neonatologiya kafedrasının assistenti, t.ü.f.d.
  4. Adilova Aytəkin İsmayıl qızı Neonatologiya kafedrasının assistenti, t.ü.f.d.
  5. Pənahova Nüşabə Fərhad qızı Neonatologiya kafedrasının assistenti, t.ü.f.d.
  6. Hacıyeva Nurəngiz Nizami qızı Neonatologiya kafedrasının assistenti, t.ü.f.d.
  7. Seyidbeyova Fatimə Oqtay qızı Neonatologiya kafedrasının assistenti, t.ü.f.d.
  8. Orucova Püstə Əli qızı Neonatologiya kafedrasının assistenti, dissertant
  9. Muxtarova Sevinc Nəbi qızı Neonatologiya kafedrasının assistenti, t.ü.f.d.
  10. Axundova Afaq Arif qızı Neonatologiya kafedrasının baş laborantı, dissertant
  11. Musfayeva Şövkət Azər qızı Neonatologiya kafedrasının baş laborantı, dissertant
  12. Məmmədova Nərgiz Vidadi qızı Neonatologiya kafedrasının baş laborantı, dissertant
  13. Adıgözəlova Günel Vidadi qızı Neonatologiya kafedrasının baş laborantı

Neonatologiya şöbəsində göstərilən xidmətlər:

  1. Neonatoloq təqibi - Doğuş sonrası neonatoloq təqibi
  2. Doğuş sonrası neonatoloq təqibi 1 gün
  3. Doğuş sonrası neonatoloq təqibi 2 gün
  4. Doğuş sonrası neonatoloq təqibi 3 gün

Ümumi xidmətlər:

  1. İmalə
  2. Serum taxılması (mayelərin köçürülməsi)
  3. Mədənin yuyulması
  4. Periferik venaların kateterizasiyası
  5. Peyvənd aparılması
  6. Qan və ya əvəzedicilərin transfuziyası
  7. Sidik yollarının və ya sidik kisəsinin kateterizasiyası
  8. Vena daxili inyeksiya
  9. Əzələ daxili inyeksiya
  10. Dərialtı inyeksiya
  11. Buğla müalicə
  12. Yara sarğısı (kiçik)
  13. Yara sarğısı (orta)
  14. Yara sarğısı (böyük)
  15. Dilin qısa yüyənin kəsilməsi
  16. Boğulmüş yırtığın əl üsulu ilə yerinə salınması
  17. Əvəzedici qan transfuziyası
  18. Abses və hematomların drenaj olunması
  19. Yenidoğulmuşun küvezdə adaptasiyası
  20. Pellotun qoyulması
  21. Aralıq nahiyyəsindən yaxmanın alınması
  22. Traxeobranxeal yolun təmizləməsi
  23. Lumbal punksiya və BOM alınması
  24. Uretral kateterin qoyulması
  25. Mərkəzi venoz kateterizasiyalar
  26. Sümük iliyinin aspirasiyası
  27. Plevra boşluğunundrenajı
  28. Sidik kisəsinin qasıq üstü punksiyası
  29. Traxeyanın intubasiyası
  30. İnhalyasiya (5 dəqiqə)
  31. Qan exchangenin aparılması
  32. Surfaktant verilməsi
  33. Nazoqastrik zondun taxılması
  34. Yuxari tənəffüs yollarının sanasiyası
  35. Sidik kisəsinin kateterizasiyası
  36. Fototerapiya