AZE | RUS | ENG

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

header photo

BİZƏ YAZIN

Şüa diaqnostika şöbəsi

Şüa diaqnostika – özündə kompleks diaqnostik müayinələri birləşdirən tibbin bir sahəsidir.

 ATU-nun Tədris Cərrahiyyyə Klinikasında (ATUTCK)  bütün beynəlxalq standartlara cavab verən, müasir tibbi texnologiyanın ən son imkanları ilə təchiz edilmiş Şüa diaqnostika şöbəsi 7 gün 24 saat ərzində Sizin xidmətinizdədir.

Hazırda Şüa diaqnostika şöbəsinin yüksək ixtisaslı mütəxəssisləri aşağıda göstərilən sahələr üzrə peşəkar səviyyədə geniş müayinə edilər:

Ultrasəs Müayinəsi:

Öncəliklə xəstələrin nəzərinə çatdıraq ki, ultrasəs müayinəsi ən çox istifadə olunan müayinədir!!!

Müasir MEDISON ACCUVIX A30  3D/4D apparatı ilə aparılan müayinələr:

  • Qarın boşluğu orqanlarının (qaraciyər, öd kisə, mədəaltı vəzi, dalaq, böyrəklər, sidik kisə və s.) rəngli doppler USM-si.
  • Qadın və kişi reproduktiv orqanların rəngli doppler USM-si (transabdominal, transvaginal, transrektal üsulu ilə).
  • Hamiləliyin 2 D, rəngli doppler, 3 D və 4 D rejimlərində USM-si.
  • Hamiləliyin I trimesterində dölün morfogenetik skrining
  • Hamiləliyin II trimesterində dölün malformasiyaların skriningi; genetik sonoqrafiya
  • Hamiləliyin III trimesterində dölün bətndaxili inkişafı və cift-döl qan davranının çatmamazdığın təyin edilməsi
  • Yuxarı və aşağı  ətraf, yuxu və onurğa  arteriyaların və venaların rəngli doppler USM-si
  • Süd vəzlərinin USM-si
  • Qalxanabənzər, tüpürcək, yumsax toxumanın (dərialtı törəmələr, limf düyünlər və s.) USM-si.
  • Neyrosonoqrafiya

Müayinə vaxtının uzunluğu 15-20 dəqiqədir.

Rəngli Doppler Müayinəsi:

MEDISON ACCUVIX A30  3D/4D apparatı ilə damarlarda izlənilən trombların, venoz yetməzlik və böyrək arteriyalarının  daralması diaqnozunun qoyulması

Uşaqlıqdan kənar hamiləlik və yumurtalıq burulması

Transplant olunmuş orqanın qan damarları ilə təchizatı haqqında məlumat əldə edə bilərsiniz

Kompüter tomoqrafiyası (KT) müasir diaqnostika üsullardan biri olan və bir çox xəstəliklərin aşkara çıxarılmasında mühüm rol oynayır. Şüa diqnostika şöbəsində beynəlxalq standartlara cavab verən müasir 128 kəsikli  Toshiba  KT aparatının köməyi ilə tez bir zaman ərzində, minimum şüalanma, keyfiyyətli və aydın görüntülər  əldə etməklə aşağıdakı xidmətlər aparılır:

Kompyuter Tomoqrafiya müayinələri:

  • Baş beyin KT
  • Paranazal sinusların KT
  • Gicgah sümüyünün KT
  • Boyun KT
  • Döş qəfəsi KT
  • Qarın boşluğu KT
  • Boyun - beyin damarlarının KT Angioqrafiyası
  • Aortanın KT Angioqrafiyası
  • Aşağı ətraf arteriyalarının KT Angioqrafiyası
  • Renal KT Angioqrafiya
  • Ağciyər damarlarının KT Angioqrafiyası
  • Koronar KT Angioqrafiya

Bu üsul vasitəsi ilə baş beyin, döş qəfəsi, bel-oma nahiyəsi, qarın boşluğu və çanaq orqanları, həmçinin sümüklərdə baş verən sınıqları, destruktiv dəyişiklikləri və digər sümük patologiyalarını aşkarlamaq olur.

MAQNIT-REZONANS TOMOQRAFİYASI – orqan və müxtəlif toxumalarda patoloji proseslərin lokallaşma və yayılma dərəcəsini müəyyənləşdirməyə, müxtəlif patofizioloji proseslərin dinamikasını izləməyə, işlərin stereotaksik biopsiyasını həyata keçirməyə, müalicənin nəticələrini qiymətləndirməyə imkan verir.

 

 

Maqnit Rezonans Tomoqrafiya (MRT):

  • Baş beyin MRT və MR Angioqrafiya
  • Orbita MRT
  • Hipofiz MRT
  • Gicgah sümüyü (daxili qulaq) MRT
  • Boyun MRT
  • Onurğa sütununun (boyun, döş, bel-oma nahiyələrinin) MRT
  • Mil-bilək oynağı MRT
  • Bazu – kürək oynağı MRT
  • Bud-çanaq oynağı MRT
  • Oma-qalça oynağı MRT
  • Diz oynağı MRT
  • Aşıq-daban oynaqlarının MRT
  • Üst qarın boşluğu orqanlarının MRT
  • MR Xolangioqrafiya (MRCP)

Müasir Toshiba 3 TL Vantage MRT aparatının üstünlükləri – diaqnostik effektivliyi; şüalanma istifadə olunmur; hətta ölçüsü bir neçə millimetr olan obyektin təsvirini görmək olur; baş beyin və onurğa beyni, qaraciyər, mədəaltı vəzi, böyrəküstü vəzilər, kiçik çanaq orqanları və s. üzvlərin istənilən patologiyasını vaxtında aşkar etməyə imkan verir.

 

 

Koronar KT Angeoqrafiya:

Üstünlükləri:

Ürək damarlarının müayinəsində yeni standart olan 128 kəsikli  Toshiba  KT aparatı ilə damarların dəqiq görüntülənə bilməsi üçün az miqdarda rentgen şüası tələb olunur:

Ənənəvi 128 kəsikli KT aparatlarından 80% az şüalanma tələb edən yeni “step an shoot” metodikası
İntervensional angioqrafiyadan 80 % daha az şüalanma
1.5 mm ölçüdə olan koronar damarların 99% nın vizualizasiyası
10 saniyə nəfəs tutmaqla ürək damarlarınız haqda dəqiq məlumat əldə edə bilərsiz.

Cihazın sürəti və qeyri-invazivliyinə bağlı müayinə tamamən ağrısızdır. Sadəcə 10 saniyə nəfəs tutmaqla ürək damarları dəqiq müayinə olunur.

Klinikanın ürək-damar cərrahiyyə şöbəsində bütün xəstələrin əməliyyatları,tibbi təqibləri, baxımları 24 saat müddətində təcrübəli həkim və tibb bacıları tərəfindən müşaidə olunmaqdadır.


Burada qeyri invaziv və invaziv müayinələr həyata keçirilir:

 

  • EKQ (Elekrtokardioqrafiya)
  • ExoKQ (Exokardioqrafiya)
  • FETAL ExoKQ (Dölun bətndaxili ürək-damar müayinəsi)
  • TEE (Transezofageal exokardioqrafiya)
  • Holter monitorizasiyası
  • Tredmil-stress test
  • KT angioqrafiya (Komputer Tomoqrafiya ilə koronar angioqrafiya)
  • Ürəyin MRT (Maqnit Mezonans Tomoqrafiya) müayinəsi
  • Koronar angioqrafiya 
  • Ürək boşluqlarının kateterizasiyası

Muasir dövrumuzdə ölum və əlilliyin əsas səbəbi ürək-damar xəstəlikləridir. Ürək-damar xəstəlikləri vaxtında aşkar edilib qarşısı alınmazsa, gələcəkdə miokard infarktı, ciddi ritm pozğunluqları, ürək çatışmazlığına səbəb ola bilər. 
Koronar angioqrafiya- əməliyyat deyil, invaziv müayinə metodudur. Bu müayinə ürəyin tac damarlarının rentgen nəzarəti altında xüsusi rentgenkontrast maddə yeridilməklə görüntüləmə metodudur. Bu müayinə ilə damarlarda daralmaların yeri və ciddiliyi aşkar edilərək həkimin duzgün müalicə taktikası seçmesinə komək edir.
Müayinə təcrübəli həkim və tibb personalı tərəfindən angioqrafiya laboratoriyasında həyata keçirilir. 
Angioplastika , ürəyi qidalandıran tac arteriyalardakı darlıq nahiyyəsinin stent vasitəsilə mexaniki genişləndirilməsi metodudur.


Koronar angioqrafiya və ürək kateterizasiyası laborotoriyasında aparılan müdaxilələr:


Sağ-sol ürək boşluqlarının kateterizasiyası
Koronar angioqrafiya
Koronar angioplastika (PTCA)
Stent implantasiyası
Periferik angioqrafiya və angioplastika 
Renal angioqrafiya və angioplastika 
Mitral qapaq Balon valvuloplastikası
Pulmonar və aortal qapaq balon valvuloplastikası
Uşaqlarda və böyüklərdə ASD, VSD, PDA –nın invaziv bağlanması
Pacemaker implantasiyası
- VVİ, DDD, İCD, CRT, CRT-D
Ritm pozğunluqlarında elektrofizioloji müayinə
Serebral angoqrafiya
Beyin anevrizmalarının və AVM-nin koil embolizasiyası
Yuxu arteriyalarının angioplastikası
 

TOSHİBA Vantage 128-Slice cihazla əldə olunan müayinənin nəticəsində ürək damarlarınız normaldırsa, 99% əmin ola bilərsiniz ki, yaxın bir ildə stenokardiya ilə üzləşməyəcəksiniz.

Müayinəyə hazırlıq təxmini 10-15 dəqiqə çəkir. Nəticədə siz film, CD-yə yazılmış damarların görüntüləri və yazılı rəy əldə edirsiniz.

Rentgenoloji müayinələrin köməyi ilə həkim daxili orqan və strukturların təsvirini əldə edərək, dəyişiklikləri aşkar edə bilir. Klinikamızda olan Rentgen aparatları Digital TOSHİBA Vantage və Digital SHUMATSU vasitəsi ilə ən xırda dəyişikliklərin aydın müəyyən edilməsi, skeletin bütün şöbələrinin tam dəqiqliklə muayinəsi mümkündür.  Şöbədə olan müasir rentgen diaqnostik komplekslərin köməyi ilə xəstələr minimum şüalanır, səhvsiz diaqnostika aparılır, aydın görüntülər əldə etmək olur və rentqenoskopiya/rentqenografiyanın imkanlarının artmasına imkan verir. Rəqəmsal rentgeno-diaqnostik avadanlığın köməyi ilə döş qəfəsi, ürək-damar sistemi, mədə-bağırsaq traktı, sidik-cinsiyyət sistemi, ginekoloji xəstəliklər, mərkəzi sinir sistemin xəstəlikləri, onurğa sütununun, çanaq sümüklərinin və bütövlükdə dayaq-hərəkət aparatının degenerativ/destruktiv dəyişiklikləri vaxtında və səhvsiz həyata keçirilir.

ATU TCK-nın şüa diaqnostoka şöbəsində bütün  müayinələrdən keçən xəstələrin xəstəlik tarıxləri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Qanunvericiliyinə əsasən 5 il ərzində klinikanın arxivində saxlanılır.

Mütəxəssislərimiz:

Şöbə müdiri: Dr.Bayramov Rasim
Dr. Nəcəfov Səbuhi
Dr. Məlahət Sultanova
Dr. Məmmədov Yaqub
Dr. Vəfa Nəcəfova
Dr. Əliyeva Nərmin
Dr.Nəcibə Mahmudova
Xeyrin Məmmədyarova