AZE | RUS | ENG

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

header photo

BİZƏ YAZIN

Ambulans və təcili tibbi yardım şöbəsi

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ambulans və Təcili Tibbi Yardım Xidməti  7 gün 24 saat ərzində əhalinin sağlamlığının keşiyindədir. Klinikanın yüksək ixtisasa malik təcrübəli və peşəkar tibbi heyəti Azərbaycanın istənilən nöqtəsindən müraciət edən hər bir xəstələrə fasiləsiz və operativ olaraq təcili tibbi yardım xidməti göstərir. Ambulans və təcili yardım otaqları hər növ təcili və təxirəsalınmaz müdaxilələr üçün ən müasir tibbi cihaz və avadanlıqlarla təchiz edilmişdir.  Təcili tibbi yardım zamanı əlavə konsiliuma  ehtiyac olduqda xəstəxananın aparıcı mütəxəssisləri ilə də canlı telefon konsultasiyası aparılır.

İlk yardım (ilkin reannimasion tədbirlər, yaraların tikilməsi, sınıqların immobilizasiyası və s.) , xəstələrin hospitalizasiyası  , transport (xəstələrin klinikadan klinikaya, klinikadan evə köçürülməsi) xidmətləri Təcili Tibbi Yardım şöbəsi tərəfindən yüksək səviyyədə həyata keçirilir.

Xidmətlərimiz :

  • Kiçik cərrahi müdaxilələr (ilkin reannimasyon tədbirlər,yaraların tikilməsi, sınıqların immobilizasiyası dəri və dərialtı törəmələrin çıxarılması və s.)
  • Ürək-damar sistemi ilə bağlı təxirəsalınmaz tibbi yardım
  • Tənəffüs sistemi ilə bağlı təxirəsalınmaz tibbi yardım
  • Həzm sistemi ilə bağlı təxirəsalınmaz tibbi yardım
  • Sinir sistemi ilə bağlı təxirəsalınmaz tibbi yardım
  • Bayılma
  • Koma
  • Qəzalar
  • Travmalar
  • Beyin qansızması
  • Cərəyan vurması
  • Müxtəlif növ zəhərlənmələr
  • Yanıqlar və s.