AZE | RUS | ENG

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

header photo

BİZƏ YAZIN

Tələbələrlə İş

2003-cü ildən başlayaraq  hər il 200-ə yaxın tələbə ABŞ, Almaniya, Bolqarıstan, İtaliya, Misir, Rusiya, Türkiyə və s. ölkələrin qabaqcıl universitet kilnikalarında istehsalat təcrübələri keçməklə biliklərini təkmilləşdirmək imkanı əldə edirlər.  

Tələbələrimiz hər il müxtəlif  Beynəlxalq proqramlarda fəal iştirak edərək xarici dövlətlərin universitetlərində təqaüdlə təhsil almaq hüququ qazanırlar. Hazırda azərbaycanlı tələbələr Türkiyə, ABŞ, Almaniya, Fransa, Yaponiya və s. ölkələrdə müxtəlif dillərldə ixtisasları  üzrə təhsil alır və ya təhsilini davam etdirirlər. 

2012-ci ildən Beynəlxalq əlaqələr şöbəsində xarici dilləri bilən fəal tələbələrdən ibarət dərnək təşkil olunmuşdur. Tələbələrimiz müxtəlif  beynəlxalq tədbirlərdə iştirak edir, xarici universitetlərdə təhsil alan yaşıdalrı ilə əlaqə yaradır,  mütəmadi olaraq informasiya və təcrübə  mübadiləsi aparırlar.

 

 

Azərbaycan Tibb Universitetinin tələbələri 16-18 Mart tarixində Gürcüstanın Bakuriani şəhərində təşkil olunmuş “Birinci Beynəlxalq Qış Seminar-məktəbi”nin “İctimai sağlamlıq” mövzusunda seminarında iştirak etmişlər.

 
 
 

2012-ci ilin fevral ayında ABŞ-ın Oklahoma Universitetini tələbəsi Azərbaycan Tibb Universitetində 1 aylıq rotasiya keçmişlər.

 
 
 

14-28 iyul tarixlərində isə İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin tələbələri yay istehsalat təcrübəsi keçmək üçün Bakıya gəlmişlər.