AZE | RUS | ENG

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

header photo

BİZƏ YAZIN

Ağiz və üz-çənə cərrahiyyəsi şöbəsi

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının (ATUTCK) Ağız və üz-çənə cərrahiyyəsi söbəsi son texnologiyalı avadanlıqları və yüksək ixtisaslı mütəxəssisləri ilə 7 gün 24 saat ərzində Sizin xidmətinizdədir.

Klinikanın Ağız və üz-çənə cərrahiyyəsi söbəsində yüksək ixtisaslaşdırılmış həkimlər tərəfindən endoskopik və lazer cərrahiyyəsi, mikrocərrahiyyə, sümük distraksiyasının texnologiyası, lazer stereolitoqrafiyası və virtual modelləşdirmə, naviqasiya ilə aparılan cərrahiyyə, sütun hüceyrələrin cərrahiyyəsi istiqamətləri ilə əməliyyatlar həyata keçirirlər. Ağız və üz-çənə cərrahiyyəsi söbəsi 23 çarpayılıq 9 palatadan ibarətdir. Palatalarımız geniş və isıqlı olmaqla yanaşı, xüsusi ventilyasiya sistemi, bakterisid sistemlə təmin olunurlar. Xəstələrin müalicəsi Dünya Səhiyyə Təşkilatı tərəfindən təstiq edilmiş protokollara əsasən aparılır. Şöbənin həkimləri öz professional səviyyəsini təkmilləşdirmək üçün beynəlxalq konqreslərdə mütamadi olaraq iştirak edirlər, xarici ölkələrin klinikalarında təcrübələrini artırırlar.

Şöbədə fəaliyyət göstərən həkimlər:

  1. Rəhimov Çingiz Rəhim oğlu, Ağız və üz-çənə cərrahiyyəsi kafesrasının müdirü, professor, t.e.d.
  2. Yusubov Yunis Əmiraslan oğlu, Ağız və üz-çənə cərrahiyyəsi kafesrasının professoru, t.e.d.
  3. Fərzəliyev İsmayıl Mahmud oğlu, Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, Ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri
  4. Davudov Məhəmməd Mirabdulla oğlu, Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, t.e.n.
  5. Yusubov Anar Adil oğlu, Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının baş laborantı, t.e.n.
  6. Nəcəfova Tamilla Yunis qızı, Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının baş laborantı
  7. Həsənov Fərman İbrahim oğlu, Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, t.e.n.
  8. Bilalzadə Sahib Yaqub oğlu, Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, t.e.n.
  9. Qələndərov Vaqif Məhərrəm oğlu, Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, t.ü.f.d.
  10. Estetik və Plastik Cərrahı Uzman Dr. Tale Neymətzadə
  11. Uzman Dr. İlham Mehdiyev
  12. Uzm. Op. Dr. Araz Salmanov

Ağız və üz-çənə cərrahiyyəsi şöbəsində göstərilən xidmət üzrə istiqamətlər:

  • Diş cərrahiyyəsi 
  • Üz-çənə və boyun nahiyəsinin iltihabi prossesləri
  • İmplantologiyanın cərrahi aspektləri
  • Paradontoloji cərrahiyyə
  • Üz-çənə nahiyəsinin şiş prosseslərində cərrahi müalicə
  • Üz-çənə nahiyəsinin travmaları
  • Üz-çənə nahiyəsinin rekonstruktiv cərrahiyyəsi
  • Sifətin və boyunun estetik cərrahiyyəsi
  • Gicgah-çənə oynağının cərrahiyyəsi
  • Uşaqlarda üz-çənə cərrahiyyəsi
  • Ortoqnatik cərrahiyyə
  • Distraksion osteogenez
  • Mikrocərrahiyyə