AZE | RUS | ENG

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

header photo

BİZƏ YAZIN

Xəstə və yaxınlarının hüquq və öhdəlikləri

  1. Xəstə müalicə dövründə yazılı müraciəti ilə başqa bir müalicə mərkəzinə köçürülməsini tələb edə bilər.
  2. Xəstə və xəstə yaxınları xəstəxanamızda verilən xidmətlər haqqında pulsuz məlumat ala bilər.
  3. Xəstə aldığı müalicə haqqında məlumat ala bilər.
  4. Xəstəxanamızda olduğu müddətdə xəstə aldığı müalicə, keçdiyi müayinə və laborator müayinələrin nəticələrinin surətini götürə bilər.
  5. Xəstə xəstəxanaya ödədiyi məbləğin açıqlanmış şəkildə fakturasını tələb edə bilər.
  6. Xəstə şikayət, təklif və iradlarını azad şəkildə bildirmək hüququna malikdir.