Xəbərlər

Azərbaycanlı kardioloq Vaşinqtonda elmi konfransda çıxış edib

Azərbaycanlı kardioloq Vaşinqtonda elmi konfransda çıxış edib

12.02.2025
Azərbaycan Tibb Universitetinin məzunu, kardioloq Yasmin Rüstəmova ABŞ-nin paytaxtı Vaşinqtonda baş tutan elmi konfransda ölkəmizi təmsil edib. Tibb elmleri doktoru Y.Rüstəmova nufuzlu SCMR təşkilatının (The Society for Cardiovascular Magnetic Resonance - Kardiovaskular Maqnit Rezonans əmiyyəti ) 28-ci konfransında təqdimatla çıxış edib. O, ölkədə ilk dəfə olaraq aparılan tədqiqatının nəticələri əsasında yaradılmış yeni müalicə üsulu haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
 
Qeyd edək ki, Yasmin Rüstəmova İtaliyanın Piza şəhərində ürək maqnit rezonans tomoqrafiyası üzrə 2 il ərzində nəzəri və praktiki təhsil almış, sonradan həmin müayinə üsulunu Azərbaycana gətirmiş ilk mütəxəssisdir. Onun nüfuzlu Springer nəşriyyatında çap edilmiş "101 clinical cases in MR" adlı kitabı Avropada bu mövzuda ilk əsərdir. Yasmin Rüstəmova ATU ilə yanaşı, İsveçrənin Sürix və Böyük Britaniyada London Kral Universitetinin mezunudur, rus, ingilis, fransız, alman və italyan dillərində səlis danışa bilir.

 

Azərbaycanlı kardioloq Vaşinqtonda elmi konfransda çıxış edib
Azərbaycanlı kardioloq Vaşinqtonda elmi konfransda çıxış edib